Özünü aktyorluq peşəsinə həsr etmiş Hacıbəyovlar ailəsinin nümayəndəsi, Şuşada anadan olan: Osman Hacıbəyov
Aktyor Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində anadan olub.
Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun qardaşıdır.
Şuşanın ən qədim məscidi – Yuxarı Gövhər ağa məscidi
Qarabag.com saytı Şuşada tikilmiş sayca dördüncü məscid olan Yuxarı Gövhər ağa məscidi haqqında material hazırlayıb. Məqalədə vaxtilə indiki məscidin yerində olmuş əvvəlki üç məscid haqqında da məlumat verilib. Məqalə ilk ən qədim məscidin təsviri ilə başlayaraq xronoloji ardıcıllıqla davam edir.
Məhkəmə özbaşınalığının qurbanı olmuş şair, əslən Şuşadan olan: Qasım bəy Zakir
Qarabag.com Azərbaycan poeziyasında tənqidi realizmin və satirik istiqamətin banilərindən biri olan Qasım bəy Zakir haqqında materialı təqdim edir. Məqalə iki hissəyə bölünüb: Şairin həyatı və onun yaradıcılıq fəaliyyəti.
Qubadlının Gürcülü türbəsi
Türbə Qubadlı rayonunun Gürcülü kəndindəki qəbirisanlıqda yerləşir.
Qarabağ və Şuşa Azərbaycan rəssamı Səttar Bəhlulzadənin rəsm əsərlərində
Qarabağın təbiətini təsvir etmək Azərbaycan rəssamı Səttar Bəhlulzadənin çoxdankı arzusu idi. 1956-cı ildə onun fərdi sərgisinin müzakirəsi keçirilməli olan Tiflisə (Gürcüstan) səfərdən əvvəl Səttar Bəhlulzadə ilk dəfə Qarabağa, Şuşa şəhərinə yollandı.
Stalini heyrətləndirən əslən Şuşadan olan opera müğənnisi: Əli Zülalov
Opera müğənnisi, aktyor Əli Əbdül oğlu Zülalov 13 sentyabr 1893-cü ildə Şuşa şəhərində anadan olub. O, azərbaycanlı xanəndə Bülbülcanın qardaşı oğlu idi.
Zəngilanın Şərifan sərdabəsi
Şərifan sərdabəsi Zəngilan rayonunun Şərifan kəndi yaxınlığında Həkəri çayının sağ sahilində yerləşir. Lakin 1947-ci ilin “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında qeyd edilir ki, abidə Həkəri çayının sağ qolu olan Bərgüşad çayının sağ sahilində yerləşir.
Rus məmur Andrey Mixayloviç Fadeyevin Şuşaya səfəri
1897-ci ildə çar məmuru, Rusiyanın Saratov vilayətinin qubernatoru (1841-1846), Cənubi Qafqaz diyarı Baş İdarəsi Şurasının üzvü (1846-ölümünə qədər) Andrey Mixayloviç Fadeyevin xatirələri dərc olunub. Qarabag.com rus məmurun Azərbaycanın Şuşa şəhərinə səfəri və Qarabağ əsilzadələrinin nümayəndələri ilə əlaqədar təəssüratlarının əks olunduğu xatirələri barədə material hazırlayıb.