Qarabag.com saytı Qarabağın türk tarixinə həsr olunmuşdur. Onun yaradıcıları və müəllifləri əslən Naxçıvandan olan ailələrdə doğulan azərbaycanlılardan və 1990- illərdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Zəngilan və Ağdam rayonlarından olan qaçqınlardan ibarət bir qrup gəncdir. Bəzilərimiz Bakıda, digərləri isə Moskva və Tümendə yaşayır.

Biz uşaqlıqdan bəri, Qarabağ müharibəsinin dəətləri haqqında olan hekayələri öz yaxınlarımızdan eşitmişik: 1990- ildə Tbilisi-Ağdam marşrutu üzrə sərnişin avtobusunun partladılması haqqında, həmin il əhalisi ilə birlikdə yandırılmış Azərbaycanın Bağanis-Ayrım kəndi haqqında, həlak olmuş qohumlarımız, gecə atəşə tutulmalar, valideynlərimizin, nənə və babalarımızın bombardman altında tələm-tələsik evakuasiya olunmaları barədə. 27 sentyabr 2020-ci ildə Qarabağda yenidən müharibə başlananda biz gördük ki, qarşı tərəf sosial şəbəkələrdə öz mövqeyini qəzəblə qəti və kompromissiz şəkildə irəli sürür. Ermənilər xüsusilə tarixə tez-tez müraciət edirlər: guya onların əcdadları bu torpaqda ilk yaşayanlar olub, onlar orda həmişə və mütləq əksəriyyətlə yaşayıblar. Bununla belə bu, təkcə Dağlıq Qarabağa aid deyildir. Eyni əsassız iddialar Daşkəsən, Xanlar, Ağstafa, Gədəbəy, Qazax rayonlarına, hətta Gəncəyə və Naxçıvan Muxtar Respublikasına aiddir. Onlar vəhşi türklər tərəfindən öz torpaqlarından qovulublar, nəticədə gələcək nəsillər böyük çətinlik və əzab-əziyyətlərlə üzləşiblər. Bizim bu torpağa olan tarixi hüquqlarımız, Xocalı faciəsi, həlak olmuş qohumlarımız, puç olmuş talelərimiz, artıq ölmüş nənə və babalarımızın da öz doğma yurdlarına qayıtmaq ümidlərinin gerçəkləşməməsi haqqında danışmaq cəhdlərimiz tez-tez hətta erməni olmayanlar tərəfindən belə laqeydlik, etinasızlıq vəəliyev təbliğatı” haqda ittihamlarla üzləşirdi.

Təəssüf ki, bizim bir çox həmyaşıdlarımız, xüsusən xaricdə yaşayan azərbaycanlılar kimi, biz də öz xalqımızın tarixini çox səthi bilirdik. Öz mövqeyini müdafiə etmək, təsdiqedici materialları haradan götürmək, birinci Qarabağ müharibəsindən məqalələrin skan və şəkillərini haradan tapmaq barədə heç bir təsəvvürümüz yox idi. Bütün bunlar olmayanda da, sosial şəbəkələrdə diskussiyalarda ifadə etdiyimiz istənilən söz uydurma, fantaziya, təbliğat kimi qəbul edilirdi. Belə olduqda biz kitabxanalara üz tutduq.

Orada tapdığımız və mütləq tapacağımız hər şey bu saytda olan nəşrlərdə istifadə edəcəyik. Biz bilərəkdən çalışırıq ki, Azərbaycan müəlliflərinin kitab və məqalələrinə müraciət etməyək. Məlum oldu ki, xalqımızın Qarabağa, eləcə də Ermənistana bağışlanmış Zəngəzur və İrəvanda tarixi hüquqları XIX – ХХ əsrin əvvəllərinə aid Zaqafqaziyadan Rusiya rəsmi sənədləri, o dövrün rus tarixçilərinin və səyyahlarının əsərləri, dünya şöhrətli sovet şərqşünaslarının materialları, hətta Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun nəşrləri əsaslı surətdə təsdiq edir.

Buna görə də, bizim hər məqaləmiz orijinal mənbələrdən çox sayda sitatlar ehtiva edir. Onlar hər yerdə kursivlə (italik) ayrılıb. Məlumatın hər fraqmentinin altında, onun haradan hansı sənəddən, hansı kitabdan və ya elmi nəşrdən alındığı kvadrat mötərizədə qeyd edilib. Bundan başqa, ən əhəmiyyətli məlumatların mənbələri interaktiv istinad (link) şəklində verilmişdir. Bu linkə keçid zamanı brauzerdə istifadə olunan sitatların götürüldüyü səhifələrin skanları, həmçinin müvafiq mənbənin titul səhifələrinin yerləşdiyi pəncərə açılır. Məqalələrimizdə göstərilən sitatların axtarışını asanlaşdırmaq üçün skanlarda qırmızı rənglə vurğulanır.

Bütün bunlar aydın şəkildə göstərir ki, Qarabag.com-da olan məqalələrdəki heç bir fakt, heç bir sitat, məqalələrdən alınmış heç bir nəticə bizim fantaziyamızın məhsulu deyil. Bütün bunlar istəndikdə düzgünlüyünün yoxlanması asan olan sənədlər və tarixi sübutlarla (heç də azərbaycan dilində olmayan) təsdiqlənmişdir.

Ümid edirik ki, materialların axtarışına, onların öyrənilməsinə və nəşrlərin hazırlanmasına sərf etdiyimiz böyük zəhmət boşa çıxmayacaqdır. İndi azərbaycanlılar, nəhayət, Qarabağ problemi və bu münaqişənin müxtəlif aspektləri ilə bağlı sosial şəbəkələrdə öz mövqelərini arqumentlərlə, dəlillərlə və əsaslı surətdə göstərmək imkanına malikdirlər. Linklərdən istifadə edin, mənbələri göstərməklə sitatları və statistikaları kopyalayın, skanları endirin və müxtəlif səhifə və qruplarda yerləşdirin!

Azərbaycan dilini bilməyənlər, birincisi, bizim yazılarımızla rus dilində tanış ola bilərlər, ikincisi də öz mövqeyini müdafiə edərkən, Qarabag.com-da olan ingilis və fransız dillərində məqalələrdən istifadə edə bilərlər.

Sonda bir daha izah etmək istəyirik: biz hesab edirik ki, 1920-1923-cü illərdə Sovet hakimiyyəti tərəfindən aran Qarabağın dağlıq Qarabağdan ayrılması yalnız Azərbaycan ərazisində süni surətdə erməni anklavını yaratmaq üçün edilmişdi ki, İttifaqın tərkibindən çıxmağa cəhd göstərilərsə, etnik zəmində münaqişə yaratmaq mümkün ola bilsin. Eyni məqsədlə Dağlıq Qarabağın türk əhalisi oradan ardıcıl surətdə sıxışdırılıb çıxarılırdı, ermənilərin oraya Ermənistandan və Azərbaycanın müxtəlif rayonlarından köçürülməsi həyata keçirilirdi, tarixi və inzibati mərkəz Şuşa isə o vaxtlar kiçik bir kənd olan Xankəndinin (Stepanakert) xeyrinə keçmiş statusunu itirmişdi. Əslində isə aran dağlıq Qarabağ əsrlər boyu bir bütöv region olmuşdur. Onlar təbii şəkildə ümumi tarixlə bağlı olmuş, məhsul və sənətkarlıq məhsulları istehsalında bir-birini qarşılıqlı surətdə tamamlayaraq eyni inzibati-siyasi qurumların tərkibinə daxil olmuşlar.

Bütün bunları əsas tutaraq biz Qarabağı iki yerə bölmürük vətün nəşrlərimizdə onun keçmişini siyasi, təsərrüfat-iqtisadi və mədəni nöqteyi-nəzərdən vahid regionun bütöv tarixi kimi işıqlandırırıq.

azərbaycanlıların tarixi hüquqlarının sübut bazası

Qarabag.com – azərbaycanlıların tarixi hüquqlarının sübut bazası

© 2020 Qarabag.com