Aktyor Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində anadan olub. Bəstəkar Soltan Hacıbəyovun qardaşıdır.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017-ci il., səh. 271]
[“Ədəbiyyat və incəsənət” qəzeti. №25 (1848) 22.06.1979-cu il., səh. 7]
[“Exo” qəzeti. №192 (3353) 24.10.2014-cü il., səh. 8]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]
Osman 10 yaşında olanda atasının əmisi oğlu Üzeyir Hacıbəyov onu Bakıya gətirib.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017-ci il., səh. 271]
1939-1942-cı illərdə Osman Hacıbəyov Bakı Teatr Məktəbində oxuyub. Aktyor 1942-ci ildən etibarən Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış etməyə başlayıb.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017-ci il., səh. 271]
[“Ədəbiyyat və incəsənət” qəzeti. №25 (1848) 22.06.1979-cu il., səh. 7]
Osman Hacıbəyov teatr pyeslərində aşağıdakı rolları ifa edib: yazıçı Əbdürrəhim bəy Haqverdiyevin (“Bəxtsiz cavan”) Fərhad, Nəcəf bəy Vəzirovun (“Hacı Qəmbər” və ya “Yağışdan çıxdıq, yağmura düşdük”) Qıdı Kirvə, dramaturq Mirzə Fətəli Axundovun (“Müsyö Jordan və dərviş Məstəli şah”) Şahbaz bəy və Tarverdi (“Hekayəti xırs quldurbasan”), dramaturq Cəfər Cabbarlının eyni adlı pyesində Yaşar və Oqtay (“Oqtay Eloğlu”), ingilis yazıçısı Etel Lilian Voyniçin (“Ovod”) Polkovnik Ferrari və s.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017-ci il., səh. 271]
[“Ədəbiyyat və incəsənət” qəzeti. №25 (1848) 22.06.1979-cu il., səh. 7]
1956-ci ildə Osman Hacıbəyov Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” bədii filmində epizodik tələbə rolunu oynamışdır.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017 il., səh. 271]
1957-ci ildə publisist Yusif Əzimzadənin “Anacan” tamaşasında İmran roluna görə Osman Hacıbəyov respublika festivalının laureatı, 1967-ci ildə isə yazıçı İsgəndər Coşqunun “Komsomol poeması” adlı pyesində (şair Səməd Vurğunun poeması əsasında) Bəxtiyar roluna görə respublikanın Lenin komsomolu mükafatı adına layiq görülmüşdür.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017 il., səh. 271]
[“Ədəbiyyat və incəsənət” qəzeti. №25 (1848) 22.06.1979 il., səh. 7]
25 dekabr 1969-cu ildə Osman Hacıbəyova Azərbaycan SSR əməkdar artisti adı verilmişdir.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. III cild. 2017 il., səh. 271]
[“Ədəbiyyat və incəsənət” qəzeti. №25 (1848) 22.06.1979 il., səh. 7]
[“Exo” qəzeti. №192 (3353) 24.10.2014 il., səh. 8]
Osman Hacıbəyov 14(4) iyun 1979-cu ildə Bakı şəhərində vəfat edib.