Ağdamın Papravənd türbəsi – Qarabag
Ağdamın Papravənd türbəsi

Türbə Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşir.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 50]

Məqbərə təxminən XIV (XVI) əsrlərdə inşa edilmişdir. Abidənin memarı naməlumdur. Məqbərə daş kürsünün üzərində dayanıb və bişmiş kərpicdən inşa edilmişdir. Kürsü və tikilinin əsas həcmi yalnız tikinti materialının fakturası ilə məhdudlaşdırılır. 1972-ci ilin “Arxeoloji kəşflər” kitabında bu barədə aşağıdakılar qeyd olunur: “Analoji texnikaya biz Quba rayonunun Ağbil kəndinin məqbərəsində də rast gəlirik. Ümumiyyətlə, yalnız fakturalı xüsusiyyətə görə, kürsünün ayrılmasının belə üsuluna Azərbaycanın cənub vilayətlərinin bəzi kərpic məqbərələrində rast gəlinir. Əgər bu qəbildən olan digər məqbərələrdə xarici tərəflər monoton formalarda həll edilmişdirsə, Papravend türbəsində üç tərəf dekorativ cəhətdən zəngin həll edilmişdir”.

Məqbərənin divarları daxildən doldurulma ilə əhəng daşından hörülmüşdür. Divarların hündürlüyü 1,4 m, eni isə 0,4 m-dir. Divar yuxarıdan səthi yarımdairəvi daş plitələrlə tamamlanır. Bu plitələr, 4 sm kənara çıxaraq pərvaz əmələ gətirirlər.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 50]
[1972-ci ilin arxeoloji kəşfləri. 1973-cü il., səh. 439-440]
[1977-ci ilin arxeoloji kəşfləri. 1978-ci il., səh. 499]

Məqbərə günbəz tikililəri qrupuna aid edilir. Örtüksüz olan türbə xaricdən kvadrat formasındadır, daxildən isə o xaçvarı zaldan ibarətdir. Zal mərkəzi hissədə günbəzlə, qollar hissəsində isə – oxvari cizgilərin tağtavanları ilə örtülmüşdür. Mərkəzi kvadratın günbəzə tərəf keçməsi yelkənlər vasitəsilə həyata keçirilir. 4,20 m kənara çıxan oxvari tağtavan açıq eyvanın təşkil edilməsinə imkan verirdi. Sağ çıxıntılı divarda meydançaya giriş qurulmuşdur ki, buna da səbəb kəskin relyef olmuşdur.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 50] 
[1972-ci ilin arxeoloji kəşfləri. 1973-cü il., səh. 439-440]
[1977-ci ilin arxeoloji kəşfləri. 1978-ci il., səh. 499]

Məqbərəyə giriş şimal-qərb tərəfdən – əsas fasadın açıq eyvanı tərəfindən yerləşir. Qapı yeri tağlı formaya malikdir. Giriş qapı yerinin hündürlüyü 1,0 m, eni isə 0,4 m-dir. Qalan üç fasadda daxili tərəfdən 0,9×0,95 və 1,0×1,35 m ölçülü kiçik oyuq vardır. 1983-cü ilin “Azərbaycanın inşaat sənəti (qədim zamanlardan XIX əsrə qədər)” kitabında göstərilir: “Papravənd türbəsində kərpic ornamentasiyasının özünəməxsus növü meydana çıxır. Burada üç tərəfli dekorativ oxvari oyuqlar bişmiş kərpicdən tərtib edilmişdir. Sənətkar məqbərənin bütün tərəfləri boyunca əsasında müxtəlif, sadə həndəsi təsvirlər olan ornament tərtib etmişdir. Tərəflərin işlənilməsinin analoji üsulunu biz Naxçıvanda Küseyirin oğlu Yusifin türbəsində (XII əsr) müşahidə etmişdik, lakin orada tərəflərin bütün ornamentasiyası ayrı-ayrılıqda hazırlanmış və sonra yerində quraşdırılan ayrı-ayrı bloklardan ibarətdir”.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim zamanlardan XIX əsrə qədər) 1983-cü il., səh. 50]
[1977-ci ilin arxeoloji kəşfləri, 1978-ci il., səh. 499]

Yarıdağılmış məqbərə 1972-ci ilin iyulunda təmizlənərək tədqiq edilmişdir.
[К M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim zamanlardan XIX əsrə qədər) 1983-cü il., səh. 50]

1993-cü ildə Ağdamın erməni silahlı birləşmələri tərəfindən işğalı ilə türbə tamamilə dağıdılmışdır.

image_pdfimage_print