Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi – Qarabag
 Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi

 

“Karvan” simfonik lövhəsi azərbaycanlı bəstəkar Soltan Hacıbəyov tərəfindən 1945-ci ildə (ikinci nəşr, 1952-ci ildə) yazılmışdır. 1946-cı ildə o, ilk dəfə azərbaycanlı dirijor Niyazi Tağızadə-Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilmişdir.
[Musiqi ensiklopediyası. Cild 1. 1973-cü il, səh. 871]
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.11]
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 13]
[E. Abbasova.Soltan Hacıbəyov. 1965-ci il, səh. 10]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il, səh. 147]

Soltan Hacıbəyov “Karvan” simfonik əsərini öz əmisi, azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyova həsr etmişdir.
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il, səh. 66]
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il, səh. 15]

1940-cı illərin ortalarında Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə Sultan Hacıbəyov “Kəminə və qazı” xalq əfsanəsinin süjeti əsasında opera yazmağa başladı. Lakin, opera tamamlanmamış qaldı. Bu operanın parçalarından biri Orta Asiya mənzərələrinin obrazlarını əks etdirən orkestr lövhəsi idi. 1945-ci ildə Soltan Hacıbəyov, onu “Karvan” adlı müstəqil proqramlı simfonik əsərə çevirməklə bu fraqmenti yekunlaşdırdı. Əsər həmçinin “Karvan” proqram orkestr pyesi kimi adlanırdı.
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 13]
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.39]
[S. Qasımova. N. Bağırov. Azərbaycan sovet musiqi ədəbiyyatı. 1986-cı il, səh. 176]

“Karvan” pyesininə prototip kimi rus bəstəkarı Aleksandr Borodinin “Orta Asiyada” orkestr lövhəsi xidmət etdi. “Karvan” ideyasına, öz obrazına, musiqi dilinə və ifadə vasitələrinə görə Borodinin əsəri ilə üst-üstə düşür. Lakin, ondan fərqli olaraq, “Karvan”- ın müfəssəl süjet proqramı yoxdur. A.Tağızadənin  “Soltan Hacıbəyov” kitabında da, həmçinin “Karvan”-da A.Borodinin, eləcə də rus bəstəkarı Nikolay Rimski-Korsakovun təsviri-mənzərəli simfonizm ənənələrinin əks olunduğu göstərilir.
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il, səh. 15]
[S. Qasımova, L. Mehmandarova, R. Zöhrabov. Azərbaycan musiqi ədəbiyyatı. 1984-cü il, səh. 100]
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.11]

1952-ci ildə Soltan Hacıbəyov onu orkestrləmənin həddən artıq yüklənməsindən azad etməklə “Karvan” – ın ikinci redaktəsini yaratdı. Lakin, D.X. Danilovun 1956-cı il “Sultan Hacıbəyov” kitabında göstərilir ki, Soltan Hacıbəyov, 1955-ci ildə pyesi yaxşılaşdırmış bir sıra dəyişikliklər etdiyi “Karvan”-ın ikinci redaksiyasını yaratmışdır. 1955-ci ildə əsərin partiturası (orkestr, xor və ya ansambl kompozisiyasının not yazısı) nəşr olundu.
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.39]
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 13]
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il, səh. 15]
[E. Abbasova.Soltan Hacıbəyov. 1965-ci il, səh. 10]

“Karvan”-da səhrada, qızmar günəşin altında böyük bir dəvə karvanının yavaş hərəkəti təsvir olunur və onun yürüşü dəvə sürücüsünün həzin və kədərli mahnısı ilə müşayiət edilir.

A.Tağızadənin  1985-ci ildə yazdığı Soltan Hacıbəyov kitabında, aşağıdakılar qeyd edilir:

“Orta Asiyanı mənzərəsini canlandıran “Karvan”-ın musiqisində S. Hacıbəyovun mənzərəli təsvirə meyli olduğu üzə çıxır. Bəstəkar burada özünü usta – mənzərəçi rəssam kimi göstərir.

“…“Karvan” da S. Hacıbəyovun lövhəli, mənzərə planının obrazlarını yaratmaq bacarığı böyük qüvvə ilə özünü büruzə verdi. Bəstəkarın bu yaradıcılıq xəttini sonrakı illərin əsərlərində də izləmək olar…”

Proqramlı başlanğıc əsərin üç hissəli quruluşunu müəyyənləşdirir. Onun daxilindəki dəstəkləyici mənalı məqamlar aşağıdakı sxemə birləşdirilə bilər: karvanın meydana çıxması, coşmuş təbiət qüvvəsi (səhrada gözlənilmədən yaranan qasırğanın obrazını təsvir edilir) və karvanın uzaqlaşması.

Bütün “Karvan” əsəri boyunca əvvəlcə simli alətlərlə ifa olunan, daha sonra trombonlara və tubaya (geniş menzurlu mis nəfəs musiqi aləti) keçən ritmik fiqur qorunub saxlanılır. Bu, karvanın dəyişməz hərəkətinin obrazını yaradır. Səhra obrazını bas-klarnet, faqotlar və solo skripkanın davamlı səsləri ilə yaradılır; zınqırovların cingiltisi fleytaların aşağı düşən və yuxarı qalxan passajlarını təsvir edir. Dəvələrin nəriltisi mis alətlərin səsi ilə təsvir olunur. Karvanın əsas mövzusu – fleyta ilə ifa olunan “Hicaz” ahəngində naxışlı melodiyadır (muğamın Şur – “Hicaz” ahəngi bölməsi “karvan” mahnılarının melodiyaları və alətlərdəki oyunlar üçün tipikdir). Pyesin səslənməsinin rəngarəngliyinə orkestrə zınqırovların, ksilofonun və tam tamın (zərbli musiqi alətləri) daxil edilməsi səbəb olur. 
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il, səh. 15]
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.39-40;42;44]
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 18]
[E. Abbasova.Soltan Hacıbəyov. 1965-ci il, səh. 10]

Soltan Hacıbəyovun “Karvan” – dakı bədii vəzifəsi çöllərin açıqlığının özünəməxsus gözəlliyi və əzəməti ilə fəth edilmiş insanın hisslərinin ifadə edilməsidir. 

A.Tağızadənin  1985-ci ildə yazdığı “Sultan Hacıbəyov” kitabında, aşağıdakılar qeyd edilir:

“Karvan-da” bəstəkarın yaradıcı istedadının ən yaxşı xüsusiyyətləri Birinci simfoniyadan (Sultan Hacıbəyov) daha böyük dəqiqliklə təzahür edir, konkretlik və lakonizm, formaların simmetriyasına meyl, rəngarəng orkestrləmə kimi üslub xüsusiyyətləri təsvir olunur.

… “Karvan”ın qismətinə bəstəkarın ən məşhur əsərlərindən biri olmaq qabaqcadan nəzərdə tutulmuşdu…”
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.11]
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 15]

Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi ABŞ-da plastinkalara yazılmış və Macarıstan, Yaponiya, Bolqarıstanda ifa edilmişdir. Əsər görkəmli sovet dirijorlarının A. Staseviçin, A. Yansonun, K. Eliasbergin və digərlərinin repertuarlarına daxil edilirdi.  1964-cü ilin “Soltan Hacıbəyovun Karvanı və uvertüra Aydınlaşdırma” kitabında qeyd olunur ki, 1960-cı illərdə Ukraynanın Lvov Dövlət Opera və Balet Teatrı tərəfindən “Karvan”-nın musiqisi əsasında bir pərdəli balet hazırlanırdı.
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 13]
[E. Abbasova. Soltan Hacıbəyov. 1965-ci il, səh. 10]
[А. Tağızadə. Soltan Hacıbəyov. 1985-ci il, səh.11]

image_pdfimage_print