Qarabag.com Azərbaycan dramaturgiyasında faciə janrının banisi, Mirzə Fətəli Axundovun dramaturgiya məktəbinin davamçılarından biri olan Nəcəf bəy Vəzirov haqqında material hazırlamışdır
Dramaturq, publisist, teatr xadimi Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov təxminən 5 (17) fevral və ya 1854-cü ilin martında, aprelində Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. O, öz əsərlərini “Dərviş” təxəllüsü ilə yazırdı (azərb. dilindən tərcümədə “asket”,” rahib” mənalarını verir).
[Teatr ensiklopediyası. Cild I. 1961-ci il., səh. 884]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 78]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 166;198]
[F. Qasımzadə. N.B. Vəzirov. 1958-ci il., səh. 5]
Mollaxanada bir il oxuduqdan sonra Nəcəf 1866-cı (1867) ildə Şuşa şəhər məktəbinə keçdi. Lakin o, məktəb müəllimi tərəfindən döyülmələrə tab gətirə bilməyərək tezliklə məktəbi tərk etdi.
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 78]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 5]
1868-ci ildə təxminən 14 yaşında Nəcəf öz ailəsini atıb Bakıya gəldi və real gimnaziyanın ikinci sinfinə daxil oldu. Sonralar yazıçı xatırlayırdı:
“Atam naxoş və bacarıqsız bir adam idi. Bizi ancaq anamız çalışıb para qazanmaqla saxlardı. Qohumlar bizim taleyimizə biganə idilər və bizə heç bir kömək göstərmirdilər.
…1868-ci ildə anamın göz yaşına baxmayıb dərs oxumaq üçün Bakıya gəldim. Anamın ağlaması bundan ötəri idi, ki, bəlkə mən kənd mirzəsi olub ailəmizi saxlayam, çünki bizim həyatımız üsrət ilə (sıxıntı, ehtiyac) keçirdi”.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 5-6;175;198]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 78]
[F. Qasımzadə. N.B. Vəzirov. 1958-ci il., səh. 5]
Nəcəf bəy Vəzirov Azərbaycan milli teatrının banilərindən biridir. 1873-ci ildə Vəzirov öz müəllimi, azərbaycanlı maarifçi Həsən bəy Məlikov (Zərdabi) ilə birlikdə Azərbaycan dilində ilk dəfə olaraq dramaturq Mirzə Fətəli Axundovun “Hacı Qara” (“Sərgüşəsti Mərdi-Xəsis”) və “Lənkəran xanının vəziri” komediyalarını səhnələşdirmişdir. “Hacı Qara” pyesinin uğurla səhnəyə qoyulmasından sonra Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov onlara yazmış olduğu təbrik teleqramı göndərdi:
“Bu gün “Hacı Qara”nı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız”.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 7;198;201]
[Seçilmiş əsərləri. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 6]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 61]
[Teatr ensiklopediyası. Cild I. 1961-ci il., səh. 884;1072]
Azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev Nəcəf bəy Vəzirovu müsəlman səhnəsinin ilk təşkilatçısı və Azərbaycanın ilk aktyoru adlandırırdı.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 169]
Qimnaziyanı gümüş medalla bitirdikdən sonra, 1874-cü ilin avqustunda Nəcəf bəy Vəzirov Peterburqa yollandı və orada universitetə daxil oldu. Lakin tezliklə o, qızdırma ilə ağır xəstələndi və 27 sentyabr 1874-cü ildə Moskvaya getməyə məcbur oldu.
[H. Quliyev. Azərbaycan ədəbiyyatı. 2010-cu il., səh. 134]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 9-10]
1874-1878-ci illərdə Nəcəf bəy Vəzirov Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında (indiki Rusiya Dövlət Aqrar Universiteti – K. A. Timiryazev adına KTNA) meşəçilik fakültəsində oxumuşdur. Bu illərdə o, rus akademiki K. A. Timiryazevlə (gələcəkdə onun adı ilə universitetin özü adlandırılacaqdır) və rus yazıçısı V. Q. Korolenko ilə dostlaşdı. Hələ tələbə ikən Nəcəf bəy Vəzirov 1878-ci ildə “İmdadiyyə” cəmiyyətini təsis etdi.
[M. Meylman. Azərbaycan ədəbiyyatı. 1958-ci il., səh. 32]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il, səh. 78]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il, səh. 11;25-26]
1875-1877-ci illərdə Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabinin yaradıcısı və redaktoru olduğu ilk Azərbaycan qəzeti “Əkinçi” üçün publisistik məqalələr və oçerklər yazırdı. 1971-ci il “Azərbaycan ədəbiyyatının tarixi. (Qısa oçerk)” kitabında Nəcəf bəy Vəzirovun bu qəzetin ilhamvericilərindən biri olduğu qeyd edilir. Azərbaycanlı filoloq, ədəbiyyatşünas Firudin bəy Köçərli onun əsas əməkdaşlarından biri kimi Vəzirovun adını çəkir.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 199]
[H. Quliyev. Azərbaycan ədəbiyyatı. 2010-cu il., səh. 135]
[Seçilmiş əsərləri. Nəcəf bəy Vəzirov. 1995-ci il, səh. 9]
[F. Köçərlinski. Azərbaycan tatarlarının ədəbiyyatı. 1903-cü il., səh. 36]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 79]
[M. Arif. Azərbaycan ədəbiyyatının tarixi. (Qısa oçerk). 1971-ci il., səh. 112]
Nəcəf bəy Vəzirov universiteti bitirdikdən sonra 1878-ci ildən 1890-cı ilə qədər əvvəlcə Tərtər dairəsində (1878-1880), sonra isə Dilicanda (indiki Ermənistan), Yelizavetpol quberniyasında meşəbəyi işləmişdir. 1880-1890-cı illərdə Nəcəf bəy Vəzirov Azərbaycan dilində Azərbaycanın meşələri haqda ilk elmi işini yazmışdır.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il, səh. 28-29;199]
[M.N. Meylman. Azərbaycan ədəbiyyatı. 1958-ci il., səh. 32]
1890-cı illərdə Rusiyada inqilabi hərəkatın yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski Akademiyasının məzunları təqib edilir, həbs edilir və işdən çıxarılırdılar. Bu hadisələr nəticəsində Nəcəf bəy Vəzirov tutduğu meşəbəyi vəzifəsindən azad edildi.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 28-29]
1895-ci ildə Bakıya gəldiyində Nəcəf bəy Vəzirov bir müddət vəkil kimi işə düzəldi.
[M. N. Meylman. Azərbaycan ədəbiyyatı. 1958-ci il., səh. 32]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 200]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 78]
1896-cı ildə Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında – “Müsibəti Fəxrəddin” adlı ilk faciəni yazdı.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il, səh. 57]
[Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il, səh. 22]
1903-ci ildə Nəcəf bəy Vəzirov Bakı şəhər dumasının katibi, sonra isə onun Peşə məktəb şöbəsinin rəis müavini təyin olundu.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il, səh. 200]
1907-ci ildə Nəcəf bəy Vəzirov rus dramaturqu Aleksey Nikolayeviç Tolstoyun “İvan Qroznının ölümü” faciəsini Azərbaycan dilinə tərcümə etdi.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 200]
Nəcəf bəy Vəzirov aşağıdakı əsərlərin müəllifidir: “Qaragünlü” (1874) faciəsi və “Əti sənin, sümüyü mənim” (1873), “Ev tərbiyəsinin bir şəkli” (1875), “Daldan atılan daş topuğa dəyər” (1890), “Sonrakı peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Yağışdan çıxdıq, yağmura düşdük” (1895), “Pəhləvanani-zəmanə” (“Zəmanə pəhlivanları”) (1900) komediyaları.
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 79]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 198-199;200]
[Seçilmiş əsərləri. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 9]
Firudin bəy Köçərli Nəcəf bəy Vəzirovun yaradıcılığını belə qiymətləndirirdi:
“Nəcəf bəy Vəzirov ən məhsuldar dram yazıçısı hesab olunur, onun tərəfindən 7 komediya və bir neçə vodevil yazılmışdır. C (yəni cənab) N. Vəzirov öz komediyalarında böyük istedad aşkar edir: o, mülkədar sinfinin patriarxal məişətindən olan müxtəlif hadisələri məharətlə təsvir edir. Onun “Yalnız adı var” (“Adı var, özü yox”) və “Sonrakı ağlı ilə möhkəmdir” (güman ki, sonuncusunun altında “Daldan atılan daş topuğa dəyər” və ya “Sonrakı peşmançılıq fayda verməz” komediyası nəzərdə tutulur) komediyaları bu baxımdan ən uğurlu əsər hesab edilə bilər. Həm N. Vəzirovun, həm də Haqverdiyevin (Əbdürrəhim bəy Haqverdiyev) komediyaları canlı dildə yazılıb, lakin Vəzirovda dil az işlənilmişdir və ehtiyac olmadan Bakı tatarlarının ləhcəsinə uyğunlaşdırılmışdır”.
[F. Köçərlinski. Azərbaycan tatarlarının ədəbiyyatı. 1903-cü il., səh. 50-51]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 46]
Nəcəf bəy Vəzirovu, onun yaradıcılığına böyük təsir göstərmiş rus dramaturqu Aleksandr Ostrovskinin şərəfinə “müsəlman Ostrovskisi” adlandırırdılar.
[M.N. Meylman. Azərbaycan ədəbiyyatı. 1958-ci il., səh. 33]
[Seçilmiş əsərləri. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 7-8]
[Böyük sovet ensiklopediyası. Birinci Cild. 1926-cı il., səh. 666]
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 174]
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Nəcəf bəy Vəzirovu özünün mənəvi müəllimi adlandırırdı. 1913-cü ildə Vəzirovun yaradıcılıq fəaliyyətinin 40 illiyi ilə əlaqədar Hacıbəyov ona aşağıdakıları yazırdı:
“Nəcəf bəy cənabları, siz həmişə diri qalacaqsınız. Dünyada siz əkdiyiniz ağacların meyvələrinin toxumlarını külək müsəlman aləminin səhralarına səpib, göyərdib, minlərcə Nəcəf bəylər yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər. Sizin adınız tarixlərin vərəqlərində səbt olub dillərdə zikr olunacaqdır”.
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 61]
Azərbaycanın sovetləşdirilməsindən sonra (1920) Nəcəf bəy Vəzirov Əkinçilik üzrə Xalq Komissarlığı Meşə İdarəsinin baş müfəttişi təyin edildi. 1921-1926-cı illərdə Vəzirov Bakıda Ağamalı oğlu adına kənd təsərrüfatı və meliorasiya texnikumunda meşəçilik üzrə dərs demişdi.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 173; 201]
1926-cı ildə ona təkidlə istirahət tövsiyə edən həkimlərin etirazlarına baxmayaraq, Nəcəf bəy Vəzirov tələbələri ilə birlikdə Şamaxı rayonunun Çuxuryurd kəndində praktiki məşğələlərə getdi. 9 iyul 1926-cı ildə Nəcəf bəy Vəzirov xidməti vəzifələrini yerinə yetirərkən qəflətən ürək tutmasından dünyasını dəyişdi. O, Bakı şəhərində dəfn olundu.
[К. Məmmədov. Nəcəf bəy Vəzirov. 1995-ci il., səh. 173;201]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il., səh. 79]