2021-ci ilin 16 mart tarixində Şuşaya səfəri zamanı prezident İlham Əliyev, Heydər Əliyev Fondunun öz nəzarətinə götürdüyü Molla Pənah Vaqifin məqbərəsinin təmir-bərpa planı ilə şəxsən tanış oldu. 1992-ci ildə şəhərin erməni silahlı dəstələri tərəfindən işğalı zamanı məqbərə vandalizmə məruz qalmışdı. Yenidənqurmanın tamamlanması 2021-ci ilin yayına nəzərdə tutulmuşdur. Qarabag.com böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif haqqında material hazırlayıb.
Vaqif 1717-ci ildə Salahlı (Azərbaycanın indiki Qazax rayonu) kəndində anadan olmuşdur.
Vaqif – bədii təxəllüsdür, mənası “Bilikli” deməkdir.
[А. Dadaşzadə. Həyatın müğənnisi. Vaqif haqda düşüncələr. Azərbaycan SSR-in Elmlər Akademiyasının nəşriyyatı. Bakı – 1968-ci il, səh.13]
Xanlığın ən nüfuzlu və mötəbər xadimlərindən biri olub, 27 il Qarabağ xanının sarayında xidmət etmişdir.
[А. Dadaşzadə. Həyatın müğənnisi. Vaqif haqda düşüncələr. Azərbaycan SSR-in Elmlər Akademiyasının nəşriyyatı. Bakı – 1968-ci il, səh.15]
Azərbaycan poeziyasında realizm janrının banisi, dövlət xadimi və diplomat. Qarabağ xanının vəziri olmuşdur. Şuşada məktəb açmışdır. Bir neçə xarici dili mükəmməl bilirdi, astronomiya və mühəndislik işini bilirdi.
“Vaqif, xüsusilə təcrübəli mühəndis kimi tanınırdı. Şuşada xan sarayı, yaşayış binaları və qala divarları onun tərəfindən inşa edilmişdir:”
[А. Berje, Zaqafqaziya müsəlman şairləri haqda bir neçə söz, “Qafqaz” qəzeti, 1868, №3 // Həyatın müğənnisi Araz Dadaşzadəyə görə sitat gətirilir (Vaqif haqda düşüncələr), Bakı 1968, səh. 3]
Onun yaşadığı dövrdə, onun özündən sonra yaşayan belə bir ifadə meydana çıxmışdı:”Hər oxuyan Molla Pənah olmaz”. Onun iştirakı ilə Qarabağ, Gürcüstan, Talış və İrəvan xanlıqları arasında İrana qarşı müdafiə ittifaqı bağlanmışdı. O, həm də, Rusiya ilə onun dəstəyini almaq məqsədilə danışıqların aparılmasının təşəbbüskarı olmuşdu.
Vaqif poeziyası üçün əsasən heca vəznində yazılmış şerlər xarakterikdir. Eyni zamanda, onun qəzəlləri, müxəmməsləri və müstəzadları onu sübut edir ki, o əruz vəzninə mükəmməl olaraq yiyələnmişdi. Bundan başqa, Vaqif – bir sıra qoşmaların müəllifidir.
1797-ci ildə Qarabağda hakimiyyət İbrahim xanın kiçik qardaşıının oğlu Məhəmməd bəy Cavanşir tərəfindən ələ keçirilir və onun əmri ilə Vaqif Şuşada edam edilir.
Vaqifin edamından sonra onun şerlərinin əlyazmaları məhv və ya talan edilmişdi. Bununla belə, bir sıra şerləri aşıqların yaddaşında qalmış, bəzi insanlar isə onun əsərlərini toplayır və üzünü təzədən xüsusi dəftərə – cunqə köçürürdülər. Azərbaycan Respublikasının əlyazmalar fondunda və Azərbaycan Ədəbiyyat Muzeyində onlarla cunqlar, həmçinin şairin şerləri ilə olan əlyazma almanaxlar – təzkirələr qorunub saxlanılır.
Vaqif Şuşada dəfn edilmişdir, 1982-ci ilin yanvarında şairin məzarının üzərində məqbərəsi açılmışdır. Memorialın inşa edilmiş olduğu yerin adı “Cıdır düzü” adlanır.