Qarabag.com Azərbaycan yazıçısı, siyasətçi, publisist, dramaturq, pedaqoq, tarixçi, tərcüməçi, rəssam Yusif Vəzir Çəmənzəminli haqqında məqalə hazırlamışdır.
Yusif Vəzir (Vəzirov) Çəmənzəminli 12 sentyabr 1887-ci ildə Şuşada zadəgan ailəsində anadan olmuşdur. O, “Çəmənzəminli” təxəllüsünü Cənubi Azərbaycanın Çəmənli kəndindən gəlmiş atasının yanında sığınacaq tapan kasıb ailəyə hörmət əlaməti olaraq götürmüşdür. Vəzirov ibtidai təhsilini Şuşadakı rus-azərbaycan Nikolayev məktəbində almışdır. 1905-1907-ci illərdə o, Bakı realnı məktəbində təhsil almışdır. 1910-cu ildə Yusif Vəzir Müqəddəs Vladimir İmperator Universitetinin hüquq fakültəsinə (Ukraynada indiki Şevçenko adına Kiyev Dövlət Universiteti) daxil olmuşdur. 1915-ci ildə universiteti bitirdikdən sonra Yusif Vəzir Məhkəmə palatasında və Saratovun şəhər upravasında (indiki Saratov şəhəri, Rusiya) işləməyə başladı.
[Köhnə Şuşa Ç. Qacar. 2007-ci il, səh. 271-272]
[Şuşa. F. Şuşinski, 1968-ci il, səh.95]
[Cənnətə yol vərəqəsi Y.V. Çəmənzəminli. 1962-ci il, səh.3-4]
[Hekayələr. Y.V. Çəmənzəminli.1959-cu il, səh.172]
Çemənzəminli Azərbaycan Cümhuriyyətinin Ukraynadakı ilk diplomatik nümayəndəsi (1 noyabr 1918 – 18 may 1919) olmuşdur. O, eyni zamanda, Krım və Polşada nümayəndə olmuşdur. 1 avqust 1919-cu ildən AC-nin süqutuna (aprel 1920) qədər Yusif Vəzir Konstantinopolda (indiki İstanbul, Türkiyə) AC-nin diplomatik nümayəndəsi vəzifəsini tutmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Yusif Vəzir fəaliyyətini dayandırdığını elan etdi və kiçik qardaşının yanına Parisə köçdü.
[Şəxsi arxivlərdən sənədlər: Ə.M. Topçubaşi”:1903-1934-cü illər 2012,-ci il səh. 181]
[Köhnə Şuşa Ç. Qacar. 2007-ci il, səh. 272]
[“Azərbaycan” qəzeti. 1918. 3 noyabr 1918-ci il, səh. 1 №25]
[Azərbaycan Respublikasının diplomatiya tarixi: 3 cilddə. T. I: Azərbaycan Demokratik Respublikasının xarici siyasəti (1918-1920) / C.P. Həsənli. 2010-cu il, səh. 284]
[Mühacirlərin dönüşü. D.Əhməd. 2017., səh.55]
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Qanunvericilik aktları” (Sənədlər toplusu) 1998// “Diplomatik nümayəndəliyin İstanbul şəhərinə göndərilməsi və Azərbaycanın İranda diplomatik nümayəndəliyinin yaradılması haqqında qərar. № 566, səh.618]
Mühacirət illərində (1920-1926-cı illər) Yusif Vəzirin müsavatçılarla münasibətləri bir sıra səbəblərdən pisləşdi. Müsavatçılar onun Konstantinopoldakı səfir səlahiyyətlərini Xəlil bəy Xasməmmədova verdilər və sonradan ölüm ayağında olan qardaşına maddi yardım etməkdən imtina etdilər (yaxud göstərə bilmədilər). Müsavat mətbuatında ona qarşı “Şərəfsiz aqibət” adlı məqalə dərc edilmişdi. Yusif Vəzir, onun yaşadığı hadisələri danışmaq və müsavatçıların ittihamlarına cavab vermək məqsədilə 1925-ci ildə “Kommunist” qəzetinin (Azərbaycan KP MK-nın orqanı) redaksiyasına “Müsavatçıya məktub” adı altında məktub göndərmişdi.
1926-cı ildə Yusif Vəzirə Azərbaycana qayıtmağa icazə verildi.
[Mühacirlərin dönüşü. D.Əhməd. 2017. S, 60-61]
[Şəxsi arxivlərdən sənədlər: Ə. M. Topçubaşi: 1903-1934-cü illər, 2012-ci il, səh. 181]
[Cənnətə yol vərəqəsi. Y.V. Çəmənzəminli. 1962-ci il, səh.5]
1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.
[Azərbaycanda Stalin repressiyalarının qurbanları. F. Cahannuri (Həşimova) 2010-cu il, səh. 225]
1939-cu ildə Yusif Vəzir antisovetçi kimi həbs edilmişdir və Qorki vilayətinə (indiki Nijni Novqorod vilayəti, Rusiya) sürgün edilmişdir. Yusif Vəzir sürgündə düz özünün ölümünə qədər yazmağa davam edirdi, lakin bu əsərlərin əlyazmaları bu günümüzə qədər gəlib çatmamışdır. Çəmənzəminli 3 yanvar 1943-cü ildə vəfat etmişdir.
İosif Stalinin ölümündən sonra 1956-cı ildə siyasi repressiya qurbanlarının reabilitasiyası prosesi başladı. Elə həmin il Yusif Vəzir ölümündən sonra bəraət aldı.
[Azərbaycanda Stalin repressiyalarının qurbanları. F. Cahannuri (Həşimova) 2010-cu il, səh. 225]
[Köhnə Şuşa. Ç. Qacar. 2007-ci il, səh. 272]
Yaradıcılıq fəaliyyəti
Yusif Vəzir ilk hekayələrini 1909-cu ildə, onun dayısı olan, jurnalist, yazıçı Haşım-bəy Vəzirovun nəşr etdirdiyi “Səda” qəzetində dərc etdirmişdir. O, həmçinin öz karikaturalarını 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalında dərc etmişdir.
[Köhnə Şuşa. Ç. Qacar. 2007-ci il, səh. 271-272]
[Şuşa. F. Şuşinski.1968-ci il, səh. 95]
[Cənnətə yol vərəqəsi. Y.V. Çəmənzəminli.1962-ci il, səh. 3]
Tələbəlik illərində Çəmənzəminli “Kiyevin müsəlman tələbələri cəmiyyəti” nə daxil olmuşdur, Avropada və Şərqdə qadınların hüquqlarına həsr olunmuş “Bizim qadınlarımızın vəziyyəti” adlı məruzə dərc etmişdir.
[Cənnətə yol vərəqəsi. Y.V. Çəmənzəminli. 1962-ci il, səh. 4]
1930-cu illərdə o, “Qızlar bulağı”, “Studentlər”, “1917-ci ildə” romanlarını və “Telli”, “Əlahəzrət Parisə gedir” (“Həzrəti Şəhriyar”) komediyalarını yazmışdır.
[Qan içində. Y.V.Çəmənzəminli. 1985-ci il, səh. 5-6]
[“Bakınski raboçiy” qəzeti № 220 (21046) 22.09.1987, səh.3]
Çəmənzəminli rus yazıçıları L. Tolstoyun, N. Qoqolun, İ.Turgenevin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
[“Bakinski raboçiy” qəzeti № 220 (21046) 22.09.1987., səh. 3]
Çəmənzəminlinin “İki od arasında” (1936-1937) adlı tarixi romanı Azərbaycan şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin həyat və dövlətçilik fəaliyyətindən bəhs edir. O, yalnız yazıçının ölümündən sonra 1960-1961-ci illərdə “Azərbaycan” jurnalında “Qan içində” adı ilə dərc olunmuşdur. Yusif Vəzir “Mənim ömrümün iyirmi ili”, “Bir gəncin dəftəri” memuarlarında XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşanın və şuşalıların həyat və məişətini təsvir etmişdir.
[Qan içində. Y. V. Çəmənzəminli. 1985-ci il, səh. 443]
[Azərbaycan ədəbiyyatının tarixi (qısa oçerk). 1971-ci il, səh. 134]
[Köhnə Şuşa. Ç. Qacar. 2007-ci il, səh. 272]