Qarabag.com Zəngilanın 1908-ci ildən 1989-cu ilədək demoqrafik göstəriciləri haqqında arayışı (şəhər, rayon) təqdim edir. Materialın tərtib edilməsi zamanı rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.
Zəngilan şəhəri
1908: Zəngilan kəndində əhalinin sayı – 495 nəfərdir. Əhalinin üstünlük təşkil edən hissəsi – tatarlardır.
[1910-cu il üçün Qafqaz təqvimi., səh. 254]
1912: Zəngilan kəndində 762 tatar yaşayırdı.
[1912-ci il üçün Qafqaz təqvimi., səh. 155]
1915: Zəngilan kəndində 746 tatar yaşayırdı.
[1915-ci il üçün Qafqaz təqvimi., səh. 125]
1959: Əhalinin sayı – 2.980
Kişilər – 1.427
Qadınlar – 1.553
[Ümumittifaq siyahıyaalınması.,1959-cu il]
1979: Əhalinin sayı – 5.164
Kişilər – 2.538
Qadınlar – 2.626
[Ümumittifaq siyahıyaalması., 1979-cu il]
Zəngilan rayonu
1926: Əhalinin sayı – 12.958
Kişilər – 6.673
Qadınlar – 6.285
[Zaqafqaziyanın əhalisi. Əhalinin Ümumittifaq siyahıyaalınması 1926-cı il.Qısa nəticələr. 1928-ci il., səh. 10]
1931-1932: Əhalinin sayı – 40.294
Kişilər – 21.164
Qadınlar – 19.130
Milli tərkib
Türklər – 33.863
Ermənilər – 314
Kürdlər – 5.497
Ruslar – 474
Povoljye tatarları – 39
Tatlar – 35
Savadlı əhalinin sayı – 9.757
[1931-ci il Azərbaycan əhalisinin siyahıyaalınması.1932-ci il., səh. 218–219]
1959: Əhalinin sayı – 18.857
Azərbaycanlılar – 18.215
Ermənilər – 324
[Ümumittifaq siyahıyaalması., 1959-cu il]
1970: Əhalinin sayı – 28.058
Kişilər – 13.503
Qadınlar – 14.555
[SSRİ-nin şəhərlərinin, şəhər tipli qəsəbələrinin, rayon və rayon mərkəzlərinin 15 yanvar 1970-ci il tarixinə olan siyahıyaalma məlumatlarına əsasən respublikalar, diyarlar və vilayətlər üzrə (RSFSR-dən başqa) əhalinin mövcud sayı]
1989: Əhalinin sayı – 32.698
Kişilər – 16.123
Qadınlar – 16.575
[Əhalinin Ümumittifaq siyahıyaalınması., 1989-cu il]