Qarabağın etnik tarixi son dərəcə siyasiləşdirilib. Münaqişənin hər iki tərəfi bu bir parça dağlıq əraziyə olan haqlarını, o cümlədən özlərinin oradakı varlığının qədimliyinə dair bəyanatlarla müdafiə edirlər. Üstəlik, tərəflərdən birini bu məsələdə Avropa ziyalıları dəstəkləyir. 2020-ci ilin oktyabr ayında Qarabağda hərbi əməliyyatların ən qızğın çağında fransız tarixçisi və yazıçısı Olivye