Şuşanın yetirmələri – şairlər və şairələr – Qarabag
Şuşanın yetirmələri – şairlər və şairələr

Qarabag.com Şuşanın görkəmli yetirmələri haqqında materialların nəşrini davam edir və milli ədəbiyyatda zəngin bədii irs qoymuş məşhur Azərbaycan şair və şairələrinin siyahısını təqdim edir.

Ad, Soyad

Yaşadığı illər

Tarixdəki iz

1.

Həsən bəy Hadi

1835 – 1900-cü illər

Həsən bəy Qarabaği Hadi təxəllüsü ilə şeir yazırdı. Onun mədəni irsi əsasən klassik janrda yazılmış qəzəllərdən, habelə epiqramlardan və həcvlərdən ibarətdir.

2.

Qəmər bəyim Şeyda

1881 – 1933-cü illər

Azərbaycan Respublikasının Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda onun 1918-ci ilə aid əlyazmaların iki nümunəsi saxlanılır: “Ağan canı” qəzəli və “Zülmün daşqını” pyesi

3.

Abdulla Paşa Canızadə

1782-1840-cı illər

O, nadir şair istedadına malik idi. Onun qələminə həm klasik poeziya nümnunələri, həm də lirik, folklor və hətta satirik şeirlər aiddir. Lakin, o əsasən öz epiqramları ilə şöhrət qazanmışdı

4.

Qasım bəy Zakir

1784 – 1857-ci illər

Qasım bəy Zakir Azərbaycan ədəbiyyatının 19-cu əsrin birinci yarısının tənqidi realizmin görkəmli nümayəndəsi idi, azərbaycanlıların ruslarla və Qafqaz xalqları ilə mədəni yaxınlaşmanın zəruriliyini təbliğ edirdi.

5.

İbrahim bəy Azər

1836 – 1885-ci illər

Azər təxəllüsü ilə şeirlər yazırdı. İbrahim bəy Azər klassik tərzdə (əruz vəznində) Azərbaycan və Fars dillərində şeirlər yazırdı.

6.

Məmo bəy Məmai

1849 – 1918-ci illər

Məmai təxəllüsü ilə şeirlər yazırdı.

Xurşidbanu Natəvanın başçılıq etdiyi “Məclisi-üns” şairlər birliyinin ən fəal üzvlərindən biri idi.

7.

Mirzə Ələsgər Növrəs

1836 – 1912-ci illər

Şuşada fəaliyyət göstərən “Məclisi-üns” şairlər birliyinin fəal üzvü idi.

8.

Mirzə Bəybaba Fəna

1787 – 1867-ci illər

Fəna təxəllüsü ilə şeir yazırdı. Şuşa şairlərinin siyahısını tərtib etmişdi, bir neçə kitabın üzünü köçürmüşdü.

9.

Mirzə Hüseyn bəy Salar

1824 – 1876-cı illər

Mərsiyyə şeir janrının ən yaxşı ustadlarından biri idi.

10.

Mirzə İbrahim bəy Səba

1801 – 1877-ci illər

Savadlı və hərtərəfli bilikli olduğundan xalq arasında onu “Mirzə” adlandırırdılar. “Səba” təxəllüsü ilə bir çox qəlboxşayan şeir yazıb.

11.

Mirzə Məhəmməd Katib

1827 – 1889-cu illər

Mirzə Məhəmməd bəy öz yaradıcılığında klassik janr ilə bərabər aşıq şeirləri tərzinə də üstünlük verirdi.

12.

Mirzə Məhəmmədkərim bəy Kəbirli

1785 – 1840-cı illər

O, Şuşada tikilən kafedral məscidin tərtib edilməsində iştirak edib, böyük məharət ilə bir neçə Quran əlyazma kitablarını yaradıb, müəllimlik ilə məşğul idi.

13.

Mirzə Rəhim Fəna

1841 – 1931-ci illər

Mirzə Rəhim Fəna “Məclisi üns” (“Dostlar birliyi”) Xurşidbanu Natəvanın başçılıq etdiyi şairlər birliyinin yaradılmasının təşəbbüskarlarından biri idi.

14.

Mirzə Sadıq Piran

1822 – 1893-cü illər

Piran təxəllüsü ilə şeirlər yazırdı. Şeirlər Tez-tez Xurşidbanu Natəvanın başçılıq etdiyi şairlər birliyində iştirak edirdi.

15.

Molla Zeynalabdin Sağəri  

1791 – 1854-cü illər

Molla Zeynalabdin Sağəri iki divanın (şeirlər toplusu) müəllifidir Azərbaycan və Fars dilində, onu qəzəlləri, гасиды, rübailəri və digər şeirlərinin sayı mindən artıqdır.

16.

Məhəmmədəli bəy Məxfi  

1832 – 1892-ci illər

Məhəmmədəli bəy “Əhvalati Qarabağ” tarixi əsərin müəllifi hesab edilir. Müəllif öz əsərində daha böyük diqqət və yer Qaarabağın memarlıq abidələrinə, tarixi şəxsiyyətlərinə, adət-ənənələrinə və etnoqrafiyasına ayırır.

17.

Məhəmməd bəy Aşiq

1800 – 1861-ci illər

XIX əsrdə Qarabağda yaradıcılıqla məşğul olan şairlərin ən yaşlılarından, böyüklərdən biridir. Aşiq təxəllüsü ilə yazırdı.

18.

Mir Möhsün Nəvvab

1833 – 1918-ci illər

Özünün acdığı tipoqrafiyada şeirlər yazır və kitablar çap edirdi. Onun əsərləri arasında “Təzkireyi-Nəvvab”böyük maraq yaradır, burada yüzdən çox XIX əsrin Qarabağ şairlərinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat toplanıb.

19.

Nəcəfqulu bəy Şeyda

1858 – 1936-cı illər

Şairin ölümündən onillər sonra, 2006-cı ildə AMEA Əlyazmalar İnstitutu tərəfindən Nəcəfqulu bəy Şeydanın şeirlər kitabı hazırlanıb çap olundu.

20.

İsgəndər bəy Rüstəmbəyov

1845 – 1918-ci illər

Bütün ömrü boyu maarifləndirici mövqedə dururdu, elmi, mədəniyyəti, tərbiyyəni müdafiə edirdi, tez-tez Şuşa, Ağdam sakinləri qarşısında çıxış edərək, onları təhsilə savada çağırırdı.

21.

Baba bəy Şakir

1770 – 1844-cü illər

Baba bəyin satirası sərt idi, açgöz bəyləri, savadsızlıq yayan din xadimlərini, korrupsiyaya meylli məmurları, qəddar və kobud komendantları, zabitləri və dövlət məmurlarını ifşa edirdi.

 

image_pdfimage_print