Şuşanın demoqrafik məlumatları
Qarabag.com Şuşanın demoqrafiyası haqqında 1823-cu ildən 1989-cu ilə qədər aid məlumatları təqdim edir. Bu materialın hazırlanmasında 25 rəsmi və akademik mənbədən istifadə olunmuşdur.
1823: Ailələrin sayı – 1462
[P. İ. Mogilyevskinin və P. N. Yermolovun A. P. Yermolova Qarabağ əyalətinin gəlirləri haqqında raportu, 02.05.1823
Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi (sənədlər toplusu) C. II (1814-1830). Ermənistan SSR Elmlər akademiyası, Yerevan 1978. səh. 122]
1864: Əhali sayı – 20.297 nəfər
[Qafqaz canişinliyinin Baş idarəsində nəşr edilmiş 1865-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1864. Səh. 125]
1874: Əhali sayı – 30.000. Tatar – 16.000; erməni – 14.000.
[1886-cı il üçün Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1885. səh. 125]
1882: Əhali sayı – 24.552.
[1883-cü il üçün Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1882. Bölmə I, səh. 252]
1886: Əhali sayı – 26.806 (kişi– 15.786, qadın– 11.020).
Ermənilərin sayı – 15.188
Türklər (tatarlar) – 11.595 (7045 – kişi, 4550 – qadın)
Ruslar – 22
Yəhudilər – 2
[1891-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1890. Əlavə “Zaqafqaziyanın məkanı və əhalisi haqqında məlumat”, səh.10]
[1895-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1894. Bölmə V, səh. 54-55]
[1902-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1901. Bölmə III, səh. 29]
1891:
Əhali sayı – 26.780.
Erməni qriqoryanları – 15.160; erməni katolikləri– 2
Şiələr – 11.595 (7045 – kişi, 4550 – qadın); sünnələr– 0
Pravoslavlar – 22
Yəhudilər-2
[1897-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1896. Bölmə V, səh. 44-45]
1897: Əhali sayı – 25.881
Etnik-dini tərkib
- Ermənilər – 14.240
- Erməni qriqoryanlar – 14.335;
- erməni müsəlmanlar – 12,
- erməni katoliklər – 9,
- erməni pravoslavlar – 6,
- qədim dinlərə mənsub ermənilər və ateistlər – 57
Türklər – 10.787
Onlardan tatarlar (azərbaycanlılar) – 10.778 (müsəlman – 10.777, 1 erməni qriqoryan kilsəsinin tərəfdarı)
- Ruslar – 396
- Polyaklar – 133
- Gürcülər – 37
- Almanlar – 12
- Yəhudilər – 4
- Pribaltlar – 2
Sosial status üzrə
- Meşşanlar (orta sinif) – 15.755
- Kəndlilər – 4.833
- Zadəganlar (əsil-nəcabətli aristokratiya) – 2.272
- Tacirlər – 593
- Ruhanilər (bütün konfessiyalar) – 270
Digər dövlətlərin nümayəndələri (Rusiya imperiyasından başqa)
- 330 (266 – kişi, 64 – qadın)
- Onlardan 293 nəfəri İranlı olub
Əhalinin savadlılığı
- Savadsız – 17.825
- Savadlı – 4.994
- Ali təhsilli – 36
[1907-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1906. Əlavə III «1897-ci ilin əhali siyahıya alınması məlumatlarına əsasən Zaqafqaziya diyarının əhalisinin dini mənsubiyyəti və ana dili üzrə bölüşdürülməsi, səh. 106]
[Rusiya İmperiyası əhalisinin ilk ümumi siyahıya alınması 1897-ci il. Daxili İşlər Nazirliyinin Mərkəzi Statistika Komitəsinin nəşri, 1904. Yelizavetpol quberniyası, səh. 2-181]
1904: Əhalinin sayı – 33.187
- Ermənilər – 17.982 (54%)
- Türklər və digər müsəlman xalqları – 14.548 (43.8%)
- Ruslar – 593
[1907-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1906. // Zaqafqaziya şəhərlərinin və qəsəbələrinin əhalisi haqqında məlumat, səh. 322-323]
1910: Əhali sayı – 42.016 (Şuşa qəzası administrasiyası haqqında məlumat).
- Kişi – 42.180
- Qadın – 17.836
[1912-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1911 // Bölmə IV (statistik bölmə), səh. 237]
1913-1914: Əhali sayı – 42.568 (Şuşa qəzası administrasiyasının 01.01.1914-cü il tarixə olan məlumatına əsasən)
- Ermənilər – 22.416 (52.6%)
- Müsəlmanlar – 18.890 (44.4%)
- Ruslar – 1188
[1915-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1914. Statistik bölmə, səh. 218-219, 230-233]
1915: Əhali sayı – 43.900
- Ermənilər – 23.400 (53%)
- Türklər – 19.100 (43.5%)
- Ruslar – 1.200
[Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ (qısa statistik məcmuə). Stepanakert, 1969. Səh. 9]
1919: “Bakinskiy Raboçiy” qəzetinin (21.12.1922-ci il) məlumatına əsasən, 1919-cu ildə Şuşa şəhərində demək olar ki, eyni sayda erməni və müsəlman əhalisi var idi.
[Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixi haqqında (sənədlər və materiallar)). Bakı, 1989. Səh. 136].
1921-1927: 1918-1920-ci illərdəki hərbi hərəkatlar nəticəsində 1921-ci ildə əhalinin sayı (1914-cü ilə olan 42.568-dən) 9.223-ə azaldı.
1921-ci ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması barədə qərar qəbul edildikdən sonra əhalinin Şuşadan axını prosesi gücləndi. Buna əlavə təkan da 1923-cü ildə Şuşada olan inzibati mərkəzin Xankəndiyə köçürülməsi qərarı oldu. Şuşa əhalisinin sayının aşağıdakı dinamikasını buna sübut kimi göstərmək olar:
- 1921 – 9.223
[Koçaryan Q. Dağlıq Qarabağ, Bakı, 1925. Səh. 8] - 1923 – 6.976
[Koçaryan Q. Dağlıq Qarabağ, Bakı, 1925. Səh. 46] - 1926 – 5.104 (kişi – 2487, qadın – 2617)
[Zaqafqaziyanın əhalisi. Ümumittifaq əhali siyahıya alınması 1926 г. Tiflis, 1928. Səh. 6]
1922-ci ildə azərbaycanlıların Şuşa əhalisi arasında mütləq üstünlük təşkil etməsini 31.01.1922-ci il üçün Azərbaycanın maarif müəssisələrinin siyahıya alınma məlumatları sübut edir. Şuşada 11 şəhər məktəbi fəaliyyət göstərirdi. Onlardan 10-da tədris dili yalnız türk dili idi və yalnız bir məktəbdə tədris iki dildə – türk və erməni dillərində aparılırdı.
[31 yanvar 1922 – ci ildə Azərbaycanın maarif müəssisələrinin siyahıya alınması-maarif müəssisələrinin siyahıları. 1-ci nəşr – tədris müəssisələri. Bakı, 1922 Səh. 100]
1926-cı ildə əhalinin 96%-ni azərbaycanlılar təşkil edirdi.
[İ. Niftəliyev Ermənilərin ekspansionist planlarında Azərbaycan SSR (XX əsrin 20-ci illəri). Bakı, 2010. Səh. 130]
“Azərbaycan SSR hökumətinin 1925-1926-cı illər üzrə hesabatı”nda qeyd edilmişdir ki, Şuşa şəhərində “əsasən türklər” üstünlük təşkil edir.
[1918-1925-ci illər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixi haqqında (sənədlər və materiallar) Bakı, 1989. Səh. 319-320]
1927-ci ildə Moskvada nəşr edilmiş məlumat kitabçasında bildirilirdi ki, Şuşa əhalisi “yalnız müsəlmanlar”dan ibarət olub.
[RYXK (Rabitə Yolları Xalq Komissariatı) Transpeçat Məlumat kitabçası Qafqaz. Moskva, 1927. Səh. 362]
1931: Əhali sayı – 5.285
- Kişi – 2.915
- Qadın – 2.370
- Türklər – 5.096 (96.4%)
Savadlı əhalinin sayı – 2.703
- Kişi – 1899
- Qadın – 804
[1931-ci ilə olan Azərbaycan əhalisinin siyahıya alınması. Bakı, 1932. Səh. 114-115]
1939: Əhali sayı – 5.424
[1959-cu ilə olan ümumittifaq əhali siyahıya alınması – Azərbaycan SSR. Moskva, 1963. Səh. 15]
1959: Əhalinin sayı – 6.117
[1959-cu ilə olan ümumittifaq əhali siyahıya alınması – Azərbaycan SSR. Moskva, 1963. Səh. 15]
1988: Şəhər hakimiyyətinin məlumatına görə, 1988-ci ilin ortalarında Şuşa əhalisinin sayı 14.000 nəfərə yaxın idi.
[“Bakinskiy raboçiy” qəzeti, 28.07.1988, səh.3]
1988-ci il ərzində Ermənistandan azərbaycanlı qaçqınların buraya köçürülməsi hesabına şəhər əhalisinin artımı müşahidə olunurdu. Rəsmi məlumata görə, 1989-cu ilin əvvəlində onların sayı Şuşada 2000-dən çox olmuşdur.
[“Bakinskiy raboçiy” qəzeti, 09.02.1989, səh. 1]
1989: 1989-cu ildə əhalinin siyahıya alınması nəticələrinə görə Şuşada 17000 nəfər əhali məskunlaşıb, onlardan 98% azərbaycanlı olub.
29.05.1989: Şuşa rayon Kommunist Partiyası Komitəsinin birinci katibi (de-yure Rayon İcra Hakimiyyətinin başçısı) Vaqif Cəfərov Sovet İttifaqı Xalq deputatlarının qurultayında bildirib ki, Şuşa rayon əhalisinin 90%-dən çoxunu azərbaycanlılar təşkil edir. “Demək olar ki, bütün 220 yaşayış məntəqəsində (Dağlıq Qarabağ Muxtar Vilayəti) azərbaycanlılar yaşayır, 53 yaşayış məntəqəsində isə onlar əhalinin böyük əksəriyyətini təşkil edir”,-deyə Cəfərov qeyd edib.
[«İzvestiya» qəzeti 01.06.1989, səh. 4]