Şuşa şəhərinin inzibati ərazi bölgüsünün tarixi

8 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin (27.09.2020-10.11.2020) gedişatında Azərbaycan Ordusu Şuşa şəhərini erməni işğalından azad etmişdir. 7 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Qarabag.com Şuşa şəhərinin Qarabağ xanlığından indiki zamana qədər inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Şuşa rayonunun inzibati mərkəzi Şuşa şəhəri (əvvəllər Pənahabad) Qarabağ dağ silsiləsinin şərq dağətəklərində yerləşir.
[Abbasqulu ağa Bakıxanov. Gülüstan-i iram.1991, s. 77]
[V.P. Leviatov. XVIII əsrdə Azərbaycan tarixindən oçerklər. 1948., səh. 99]
[Gürcüstanın baş xəritəsi. Poçt və böyük keçid yollarının, stansiyaların və verstlər arasındakı məsafələrin göstərilməsi ilə. Sankt-Peterburq, 1823-cü il]
[V.Sidorov. Rusiya üzrə. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. Sankt-Peterburq. 1897, səhş 235-236]

Şuşanın əsası birinci Qarabağ xanı Pənahəli Cavanşir tərəfindən 1752-ci ildə (1754-cü ildə) qoyulmuşdur.
[K. Nikitin. Şuşa şəhərinin və Şuşa qəzasının oçerki. Elisavetpol. 1873., s. 4-5]
[V. M. Sısoyev. Azərbaycanda ən məşhur qədim dövr və təbiət abidələri üzrə qısa bələdçi. 1930, səhifə, 11]

1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Qarabağ xanlığı (Şuşa da daxil olmaqla) Rusiya İmperiyasının tərkibinə daxil oldu. 1823-cü ildə Şuşada rus idarəçiliyi tətbiq edilmişdir.
[E. Veydenbaum. Qafqaz üzrə bələdçi kitabçası. Tiflis, 1888., Səh. 146]
[Brockhaus və Efron Ensiklopedik Lüğəti: Cild XL (79). 1904., səh. 26]

1835-ci ildə Qarabağ əyaləti (Şuşa da daxil olmaqla) Rusiya imperiyasının Zaqafqaziyasının müsəlman əyalətlərinin tərkibinə daxil edilmişdir.
[O. Yevetskiy  Zaqafqaziya diyarının statistik təsviri. Sankt-Peterburq, 1835., səh 24]

1840-cı ildə Şuşa rəsmi olaraq şəhər kimi təsdiq edildi. Elə həmin il Qarabağ əyaləti (Şuşa da daxil olmaqla) yeni yaradılan Xəzər vilayətinə daxil edildi, bütün mahalların adı sahələrə, əyalətlərin adı isə – qəzalara dəyişdirildi. Nəticə etibarilə, Qarabağ əyaləti eyni adlı qəza oldu.
[SSRİ: 1 yanvar 1980-cı il üçün müttəfiq respublikaların inzibati ərazi bölgüsü. 1980, səh. 439]
[1871-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1870. İkinci bölmə. Bakı quberniyasının tarixi icmalı., səh. 44-45]

1846-cı ildə Şuşa şəhərinin şərəfinə Qarabağ qəzasının adı dəyişdirilərək Şuşa qəzası
adlandırılmışdır.
[1868-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1868. Üçüncü bölmə Qafqaz və Zaqafqaziya diyarının mülki idarələrinin tarixi icmalı., səh 398]

1868-ci ildə Şuşa qəzası (Şuşa da daxil olmaqla) Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir.
[1869 – cu il üçün Qafqaz təqvimi. Tiflis, 1868. İkinci bölmə., səh. 115]
[1892-ci il üçün [Qafqaz təqvimi. Tiflis, 1891. Bölmə II. Xronoloji göstərici, səh. 33]

Azərbaycan Demokratik Respublikası (1918-1920) illərində Şuşa Gəncə quberniyasının Şuşa qəzasının tərkibində idi. 1919-1920-ci illərdə Şuşa Qarabağ general-qubernatorluğunun tərkibinə daxil edilmişdir.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) 1998-ci il qanunvericilik aktları (Sənədlər toplusu), səh. 126;389]

5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosunun (RKP MK-nın Qafbüro) Plenumunun qərarı ilə Dağlıq Qarabağın ərazisi Şuşa şəhərində inzibati mərkəzlə ona muxtariyyət verilməklə Azərbaycan SSR-nin hüdudlarında saxlanılmışdır.
[Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə. 1918-1925: Sənədlər və materiallar.1989//RKP (B) MK Qafbüro Plenumunun iclas protokolundan 5 iyul 1921, səh. 59]

4 iyul (7 İyul) 1923-cü il tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİU) Rəyasət Heyətinin qərarı ilə (1922-1938-ci illərdə respublikada dövlət hakimiyyətinin ali orqanı) Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar vilayəti (DQMV – Автономная Область Нагорного Карабаха) yaradıldı. Şuşa şəhərinin inzibati əhəmiyyətinin azaldılması, Qarabağda əhalinin sayının və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə yeni yaradılmış muxtariyyətin inzibati mərkəzi Şuşa şəhərindən Xankəndi (sonradan adı dəyişdirilərək Stepanakert olmuşdur) kəndinə köçürülmüşdür.
[Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin yaranması tarixinə. 1918-1925-ci illərdə Sənədlər və materiallar. Bakı, 1989-cu il, səh. 94;116]
[V. M. Sısoyev. Azərbaycanda ən məşhur qədim dövr və təbiət abidələri üzrə qısa bələdçi. 1930-cu il, səh. 11]
[SSRİ: 1 oktyabr 1938-ci il üçün müttəfiq respublikaların inzibati ərazi bölgüsü. 1938-ci il, səh. 183]
[Azərbaycan SSR:1 yanvar 1977-ci il tarixinə İnzibati-ərazi bölgüsü. 1979-cu il, səh. 6]

21 iyul 1923-cü il tarixində Azərbaycan SSR (respublika hökuməti) Xalq Komissarları Soveti və AzMİK-in Rəyasət Heyətinin qərarı ilə Şuşa şəhəri DQMV-nin tərkibinə daxil edilmişdir. Lakin SSRİ-nin 1923-1924-cü illər üzrə inzibati bölgüsünə görə Şuşa şəhəri Şuşa qəzasının inzibati mərkəzi kimi göstərilir.
[Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin yaranma tarixinə. 1918-1925-ci illər. Sənədlər və materiallar. Bakı, 1989// ASSR Xalq Komissarları Soveti və AzMİK Rəyasət Heyətinin iclasının protokolundan 21 iyul 1923-cü il, səh. 97-98]
[15 may 1923-cü il tarixinə olan məlumata görə S. S. S. R-nin İnzibati  bölgüsü. 1923-cü il, səh. 21;56]
[1 may 1924-cü ilə olan məlumatlara görə SSRİ-nin inzibati bölgüsü. 1924-cü il, səh. 34;69]

1925-ci ildə Şuşanın adı DQMV-nin Xaçın rayonunun mərkəzi kimi çəkilir.
[1 yanvar 1925-ci il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1925-ci il, səh. 204]

1926-cı il üçün Şuşa DQMV-nin Xaçın qəzasının və Şuşa sahəsinin mərkəzi kimi göstərilir.
[S.İ. Sulkeviç. SSR İttifaqının inzibati-siyasi quruluşu (ərazi dəyişiklikləri haqqında materiallar 1917-ci ildən 1 iyul 1925-ci ilədək) 1926-cı il, səh. 184]
[1 yanvar 1926-cı il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1926-cı il, səh. 193]

1929-cu ildə Şəhərin adı DQMV-nin Şuşa dairəsinin mərkəzi (ehtimala görə rayon) kimi çəkilir.
[SSR İttifaqının inzibati-ərazi bölgüsü və 1917-ci ildən 1929-cu ilədək quberniyaların, vilayətlərin və respublikaların sərhədlərinin dəyişdirilməsi haqqında qərarların xronoloji siyahısı ilə mühüm yaşayış məntəqələrinin siyahısı, səh. 117;286]

8 avqust 1930-cu ildə mərkəzi Şuşa şəhərində olmaqla Şuşa rayonu yaradılmışdır.
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il tarixinə İnzibati ərazi bölgüsü. 1979-cu il, səh. 7]
[SSR İttifaqının İnzibati-ərazi bölgüsü. SSRİ-nin rayon və şəhərləri. 1931, səh 230]

1936-ci ildə Şuşa şəhərinin daxil olduğu Dağlıq Qarabağın Muxtar Vilayətinin adı dəyişdirildi. Əvvəl – “Автономная Область Нагорного Карабаха”, sonra – “Нагорно-Карабахская Автономная Область”.
[SSRİ Konstitusiyası. 1936-cı il, səh. 31]
[Bakinskiy raboçiy qəzeti, №63 16.03.1937]

4 yanvar 1963-cü ildə Şuşa rayonu ləğv edildi, Şuşa isə Stepanakert rayonunun tərkibinə daxil edildi. 6 yanvar 1965-ci ildə Şuşa şəhəri yenidən bərpa olunmuş Şuşa rayonunun mərkəzinə çevrilmişdir.
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il tarixinə İnzibati ərazi bölgüsü. 1979-cu il, səh. 7]
[SSRİ: müttəfiq respublikaların inzibati-ərazi bölgüsü 1965-ci ilin yanvar ayına., səh. 696]     

Azərbaycan SSR Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu və SSRİ-nin dağılması ilə isə (26.12.1991) DQMV öz mövcudluğunu dayandırdı. Lakin Şuşa rayonu, mərkəzi Şuşa şəhərində olmaqla, öz inzibati-ərazi statusunu qoruyub saxlamışdır.
[Azərbaycan Qəzeti, №230, 27.11.1991]

8-9 may 1992-ci ildə Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
[Tomas de Vaal: Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. 2005., səh. 384]