Şeyx Babı Yaqub türbəsi
Şeyx Babı Yaqub türbəsi Araz çayının yaxınlığında, Füzuli rayonunun Babı kəndinin qəbiristanlığında yerləşir.
[M. S. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. 1. 1991-ci il, səh. 19;45]
[Azərbaycan memarlığı. Nizami dövrü 1947-ci il səh.163]
[A. V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il, səh. 57]
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 51]
Türbə 1273-1274-cü illərdə Şeyx Babı Yaqubun (böyük ehtimalla sufi şeyxin) şərəfinə inşa edilmişdir. Bu, türbənin qapı girişinin üstündə kufi xətti ilə olan iki sətirli ərəb yazısı ilə təsdiqlənir:
“Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə altı yüz yetmiş ikinci ildə əmr olunmuşdur. Yer üzərində nə varsa məhv olacaqdır”. Hicri 672-ci il = 1273\74-cü il).
Lakin, bununla belə Məşədi xanım Nemətova aşağıdakıları qeyd edirdi:
““Əgər Yaqubun atasının adı “İsmayıl Qur Xər” oxunursa, o zaman onu İsmaililər hərəkatı ilə də əlaqələndirmək olar (İsmaililik – VIII əsrin sonlarına aid edilən islamın şiə qolundakı dini hərəkatların məcmusudur).””
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 131-132]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 42]
[M. S. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. 1. 1991-ci il, səh. 45;46]
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il, səh. 191]
XIX əsrin ortalarında türbə və yuxarıda göstərilən kufi yazısı rus şərqşünas alimi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü Nikolay Xanıkovun diqqətini cəlb etdi, o qeyd edirdi ki, türbə Arazın sol sahilində “Babili” kəndində yerləşir (onun albomunda isə kənd “Bab” kimi göstərilir). Lakin, türbənin üzərindəki yazı onun tərəfindən səhvlərlə və boşluqlarla oxunmuşdu.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 131]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il, səh. 57]
Ehtimala görə türbə nəhəng bir dini ibadət kompleksinin, yəni Şeyx Babı Yaqubun sufi xanəgahının bir hissəsi idi (ictimai-siyasi yığıncaq, məktəb, mehmanxana, karvansaray, xəstəxana, xeyriyyə mərkəzi və s. kimi funksiyaları yerinə yetirməklə, xanəgah o dövrdə böyük ictimai rol oynayırdı). Kompleksdən bu günə qədər təmiz yonulmuş qalın ağ daşdan (əhəngdaşı) olan türbə və bişmiş kvadrat kərpicdən hazırlanmış yarımdağılmış silindrik minarə qorunub saxlanılmışdır. Minarədəki divarların və beş yan tağlı tağtavanın qalıqları böyük bir dini ibadət tikilisinə – məscidə məxsus idi. Türbə və məscid bir vaxtlar divarla əhatə olunmuşdu. Bu, yer səthindəki bir sıra yerlərdə qalmış bünövrənin qalıqlarından görünür. Yerli rəvayətə görə divar, Şıx-Baba (Şeyx Babı Yaqub) tərəfindən idarə olunan böyük qarnizonlu istehkamın mövcud olduğu vaxtlarda dağıdılmışdı. XIX əsrin ortalarında məscid artıq çox dağılmış vəziyyətdə idi. 1963-cü il “Azərbaycan memarlıq tarixi” kitabında qeyd olunur ki, minarə Naxçıvan minarələri ilə oxşar cəhətlərə malikdir. Azərbaycanlı epiqrafçı Məşədixanım Nemətovanın sözlərinə görə, kompleksdə çox güman ki, başqa yardımçı otaqlar da var idi.
Türbənin və məscidin minarəsinin təsviri F. Rıkovskinin miniatüründə (XIX əsr) verilir.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 134]
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il, səh. 191]
[M. S. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. 1. 1991-ci il, səh. 19]
[М.Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il, səh. 156-157]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 163]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il]
[Azərbaycan. (Tarixi və görməli yerlər). 1960-cı il, səh. 138]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 41-42]
[Məruzələr. V.A. Kraçkovskaya. Şıx-Babalı türbəsinin öyrənilməsi tarixinə dair. III cild. №8. 1946-cı il, səh. 361-363]
Türbə özü ilə planda düzgün səkkizbucaqlıdan ibarətdir. Türbə azərbaycanlı sənətşünas Əbdülvahab Salamzadə tərəfindən “açıq-aydın görünən qülləsiz səkkizguşəli türbələrə” aid edilmişdir.
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il, səh. 191]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 163]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il, səh. 55]
Türbənin üstü şaquli fiqurlu daşla tamamlanmış nazik daş plitələrdən olan səkkizguşəli bir qatlı sferik günbəz ilə örtülmüşdür. Günbəzin daxili və xarici örtüksüzdür və bu onun konstruksiyasının yüngüllüyünü təmin edir. O öz forması ilə Bakıdakı divanxananın günbəzini (İçərişəhərin tarixi rayonunda yerləşən Şirvanşahlar hökmdarlarının saray ansamblının bir hissəsi) xatırladır.
Türbənin səkkizguşəli həcmi onun hər bir guşəsinə dörd rozetlərlərlə və aşağı relyefli qurşaq ilə quraşdırılmış hamar kürsülükdə dayanır. Taxılma səkkizguşəli rozetlər Kiçik Asiyadakı Səlcuqluların bəzi abidələrinin tərtibatını, məsələn, 1242-ci il, Konya şəhərindəki Sırçalı mədrəsəsinin portalındakı taxma yarı ulduzları xatırladır. Türbənin üzləri özünəməxsus formalı tağları olan ikinci taxçalara salınmış dayaz düzbucaqlı taxçalarla işlənilmişdir. Türbənin cənub hissəsi eyni qaydada həll edilmiş səkkiz üzündən bir qədər fərqlənir, onun kompozisiyasına əsas taxçanın içərisinə döşənmiş daha bir ikiqat düz tağ yeridilmişdir. Onlar Naxçıvandakı Möminə-xatun türbəsinin stalaktit tağtavanlarını xatırladırlar. Türbəyə giriş şimal tərəfdə yerləşir və çatma tağla haşiyələnmişdir. Abidənin daxili sahəsi yuxarı kameradan və sərdabədən ibarətdir. Türbənin cənub divarında bütün otaqları yaxşı işıqlandıran böyük pəncərə yerləşdirilmişdir, şərq və qərb divarlarında isə kiçik yarıq yerlər var. Türbənin döşəməsində kiçik bir dəlik var. Onun vasitəsilə sərdabə kimi xidmət etmiş zirzəmiyə enmək mümkündür.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 163-165]
[İ. P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il, səh. 81]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il, səh.56]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il, səh. 52]
[М.Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il, səh. 156-157]
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il, səh. 191]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 41]
[Məruzələr. V.A. Kraçkovskaya. Şıx-Babalı türbəsinin öyrənilməsi tarixinə dair. III cild. №8. 1946-cı il, səh. 360]
Cənub qapı yerinin yaxınlığında bir çox mənbələrdə “örtük” adlanan kiçik bir portik var. Ehtimal olunur ki, türbənin portiki mehrabdır və cənub istiqamətinin – yəni qiblənin memarlıq cəhətdən vurğulanmasına xidmət edir. Portikin forması fars Əhəmənilər (e.ə. 705-330) sülaləsi dövründə olan saraylara bənzəyir. Mehrab türbəyə giriş ilə üzbəüz yerləşir.
Rəvayətə görə, türbənin cənub pəncərəsində Şeyx Babı Yaqubun cəsədi “örtüyün” altında daş tabutda basdırılmışdı. Sonradan daşdan olan tabut xəzinə axtaranlar tərəfindən dağıdılmışdı. 1939-1940-cı illərdə qazıntılar zamanı tabutun daşlarının bir hissəsi tapılmışdı. Azərbaycanlı memar Rizvan Qarabağlının ehtimalına görə, türbənin cənub pəncərəsinin qarşısında Şeyx Babı Yaqubun vəsiyyəti ilə oğlu, nəvəsi, ən yaxın qohumu və ya sadiq silahdaşı dəfn edilmişdir/ Həmçinin, 1947-ci il, “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında türbənin yerləşdiyi qəbiristanlıqda qəbirlərdən birində at təsviri olan məzarüstü abidənin olduğu göstərilir. Onun üzərində belə bir yazı var: “yerli qəbilə başçısının məzarı”.
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Araz boyu abidələr. 1979-cu il, səh. 56]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 163]
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 57]
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il, səh. 79]
Plandakı səkkizbucaqlı, müstəqil girişi (şərq tərəfdən olan bu giriş 1939-1940-cı illərdəki qazıntılar nəticəsində aşkar edilmişdir.) olan sərdabə, sivri təpəsi ilə olan günbəzlə örtülmüşdür. Günbəz divarın yanında kəsişən çatma tağların yaratdığı yelkənlər sisteminə dirənir. Zindanın döşəməsi gilli kütlədən düzəldilmişdir. Türbənin döşəməsinin səviyyəsinə qədər yelkənli və günbəzli bütün yeraltı hissə bir növ xüsusi betondan yerinə yetirilmişdir. Zindanın girişindəki şərq tərəfinə perpendikulyar olaraq, pilləkənləri kobud şəkildə yonulmuş böyük daşlardan hazırlanmış iki dayaq divarına döşənmiş bir pilləkən qorunub saxlanılmışdır. Pillələr böyük ölçülü ağ təmiz yonulmuş daşdan hazırlanmışdır. Türbənin sərdabəsinə girişdə azacıq kənarda, onun tağlı damının düşdüyü tamamilə yerin altında tikilmiş daha bir sərdabə var. O ermənilər tərəfindən top atəşinə tutulması nəticəsində uçmuşdur. Sərdabənin divarları həndəsi bəzək ilə olan firuzə, qırmızı, və göy rəngli keramik plitələrlə örtülmüşdür (2014-cü ildə arxeoloji qazıntılar nəticəsində onun içində insan skeletləri aşkar edilmişdir).
[М.Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il, səh. 157]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 165]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 41]
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 57-58]
Şeyx Babı Yaqubun xanəgahı yerli hakimiyyət orqanlarına və monqollara qarşı sufilik pərdəsi altında çıxış edən hərəkatın mərkəzi idi (1991-ci il “Nizami dövrünün Azərbaycan epiqrafik abidələri” kitabında sadalanan düşmənlərlə yanaşı səlcuqlular da göstərilir).
Məşədixanım Nemətova bu barədə aşağıdakıları qeyd edirdi:
“Mənbələrdən və yazılardan olan məlumatlara, xalq arasında qorunub saxlanılmış rəvayətlərə əsaslanaraq demək olar ki, Şeyx Babı Yaqub xalq arasında böyük nüfuza sahib idi, onun arxasında müəyyən bir hərbi qüvvə dayanırdı.
…Babı Yaqub türbəsinin yanında köhnə ticarət-karvan yolunda kompleks tikilisi və onun yaxınlığında nəhəng orta əsr nekropolunun yaranması bu kompleksin keçmiş ictimai-siyasi əhəmiyyətindən, habelə Qarabağın və bütün Azərbaycanın müstəqilliyini müdafiə etmək məqsədilə feodallara və monqol istilaçılarına qarşı xalq hərəkatına rəhbərlik etmiş şeyxin böyük nüfuzundan xəbər verir… Kənd (türbənin yerləşdiyi) hələ də həmin Şeyx Babının adı ilə adlanır”.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 134-135]
[Nemət. M. S. Nizami dövründə Azərbaycanın epiqrafik abidələri.1991-ci il, səh. 31]
Daha sonra, Məşədi xanım Nemətova aşağıdakıları qeyd edirdi:
“Mənbələrdə monqol hökmdarları elxanilərin və Qızıl Orda xanlarının hakimiyyətlərinin möhkəmləndirilməsi üçün İslamı qəbul etdikləri, Azərbaycanın dini mərkəzlərinə ziyarət etdikləri və sufi xanəgahlarının şeyxlərinə rəğbət bəslədikləri və vəqflərini sonuncuların xeyrinə verdikləri barədə məlumatlar var. Rəşidəddinin (fars xadimi, həkim, ensiklopedist alim, Hülakülər dövlətinin naziri (1298-1317)) Aranda yaşayan Şeyx Babı Yaqub haqqında məlumatı maraq doğurur. Kutuy xatundan olan Hülakü xanın yeddinci oğlu sultan Əhməd Təkədur, Babı Yaqubun müridlərinə çox hörmət edirdi. Rəşidəddin 1282-1284-cü il hadisələrindən bəhs edərkən göstərir ki, sultan Əhmədin qardaşı Arqun onun əleyhinə çıxış edəndə Sultan Şeyx Babı Yaqub və onun müridlərindən kömək istəmişdi. Rəşidəddinin misal gətirdiyi mənzum parçalardan aydın olur ki, göstərilən həmin illərdə Şeyx Babı Yaqub artıq həyatda deyildi. Bu həmçinin, abidənin tikinti yazısı ilə də təsdiqlənir. Onun işini, müridləri davam etdirdilər, hansıların ki, təşkilatı çox böyük hərbi qüvvəyə malik idi”.
[Nemət. M. S. Nizami dövründə Azərbaycanın epiqrafik abidələri.1991-ci il, səh. 31]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 132-133]
Abidə bir sıra memarlıq xüsusiyyətləri istisna olmaqla, yaxınlıqda yerləşən Əhmədalılar türbəsi ilə eynidir. Yerli əhali arasında Şeyx Babı Yaqub türbəsi ilə Əhmədalılar türbəsi arasında yeraltı keçidin olması barədə əfsanə mövcuddur.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 165]