Qubadlının Gürcülü türbəsi – Qarabag
Qubadlının Gürcülü türbəsi

Türbə Qubadlı rayonunun Gürcülü kəndindəki qəbirisanlıqda yerləşir.
[12 cilddə Memarlığın ümumi tarixi. Aralıq dənizi, Afrika və Asiya ölkələrinin memarlığı. V-XIX əsrlər. Cild 8. səh. 415]
[Müharibə və tarixi-mədəniyyət abidələrimiz. 2006 il., səh. 55]

Türbə təqribən XVII-XVIII əsrlərdə tikilib. Abidənin memarı naməlumdur.
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 278]
[A.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı 1964-cü il., səh. 53]

Türbə səkkizguşəli formaya malikdir və çadır şəkilli günbəzlə örtülmüşdür. Türbənin giriş hissəsi kiçik relyef portalı şəklindədir. Giriş qapısı ilə üzbəüz divardakı dəlik qəbir daşı formasındadır.  Qəbir daşının yeri, giriş qapısının yerləşməsi və qəbirin qiblə tərəfə (Məkkədə Kəbə tərəfə istiqamət) istiqaməti, türbədə qəbirin və onun ətrafındakı qəbirisanlığın müsəlmanlara aid olduğunu göstərir. Abidə bir sıra xüsusiyyətlərinə görə unikal səkkizgüşəli türbə kimi tanınır:
“Bu, türbənin korpusundan çadır örtüyünə keçidin özünəməxsus təşkilidir. Memar stalaktit formasını əsas götürərək, original tromp konstruksiya yaradıb, hansı ki, səkkizguşəli plandan on altı güşəli çadır formalı günbəzə hamar keçid həyata keçirməyə imkan verib. Memarın “tektonik sərhəd”in tam müstəqil şərhi – karnizin çadıra keçidi – türbəyə böyük özünəməxsus xüsusiyyətlər bağışlayıb. Müəllifin qəbul etdiyi qərarda çadırın hər tərəfi tromp formalı karnizin kompozisiya düyünlərinə uyğundur. Bu cür həll türbənin iki hissəsini – korpus və günbəzi orqanik olaraq birləşdirir.  Bundan başqa, burada istifadə olunan memarlıq vasitələri abidənin plastikliyini və yumşaqlığını müəyyənləşdiriblər. Memar səkkizguşəli çadırla səkkizguşəli türbələrə məxsus olan sərt həndəsi formanı yumşaltmağa müvəffəq olub”.  
[Müharibə və tarixi-mədəniyyət abidələrimiz. 2006-cı il., səh. 55]
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 277-278]
[A.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı 1964-cü il., sйəh. 52-53]

Qubadlı rayonunun 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə türbə vandalizmə məruz qalmışdır.

image_pdfimage_print