Qarabağda xalçaçılıq

Hazırda Qarabağ xalçalarının bir hissəsi dünyanın müxtəlif muzeylərində saxlanılır. XVI-XVII əsrlərə aid Qarabağ ipək xalçası (zili) Berlindəki İncəsənət Muzeyində saxlanılır. XVIII əsrə aid Şuşa xalçası Boston Təsviri Sənət Muzeyində saxlanılır. Amerika Tekstil Muzeyində XVIII əsrdə Şuşada toxunmuş “Əfşan” adlı xalçaya və Nyu -Yorkdakı Metropolitan Muzeyində “Verni” qrupunun Qarabağ xalçasına rast gələ bilərsiniz. Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində Şuşa və Qarabağ xalçalarının nadir kolleksiyası var. Kolleksiyanın əksəriyyəti əvvəlcə Şuşanın Xalça Muzeyində saxlanılırdı. 1992-ci ildə, şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməzdən bir qədər əvvəl Şuşa Muzeyinin direktoru şəhərdən 600 xalça köçürdü. Qarabag.com Qarabağda xalça işinin inkişaf tarixi ilə bağlı material hazırlayıb.

Xalçaçılıq Azərbaycan xalqının qədim, ənənəvi məşğuliyyətlərindən biridir və tarixən keçmiş Qarabağ xanlığının ərazisində inkişaf etdirilmişdir.

XIX-cu əsrin sonunda ХХ-ci əsrin əvvəlində. Qarabağ xalçalarını Qərbi Avropanın müxtəlif ölkələrinə, əsasən İngiltərəyə ixrac edirdilər. Bu xalçalar, həmçinin Təbrizdə və İstanbulda da satılırdı.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S. R. 1925-ci il, səh. 378].
[Kərimov L. Q. Azərbaycan xalçası. 2-ci cild, Bakı, Gənclik, 1983. Səh. 48].

Qarabağ xalçaçılıq bölgəsi Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının (indiki aran və dağlıq Qarabağ) hüdudlarında yerləşirdi. Bu, Qarabağın Fars sərhədlərinə yaxın yerləşməsi ilə əlaqədardır. Bir çox rəsmlərin xarakteri və üslubu, toxunma üsulu və Qarabağ xalçalarının xovlarının hündürlüyü Fars xalçalarına oxşar idi, lakin Qarabağ xalçalarının əsası, fars xalçalarından fərqli olaraq kağızdan deyil, yundan toxunurdu.
[Qafqaz təqvimi 1901. Tiflis, 1900, s. 63; 64].

XIX-cu əsrin sonuna yaxın Qarabağ xalça bölgəsi öz ölçülərinə görə ən böyük xalçalar istehsal edirdi. Texniki cəhətdən Qarabağ xalçaları yüksək keyfiyyətli idi, lakin XIX-cu əsrin 70-ci illərindən sonra bu bölgədə geniş yayılmış tez solan anilin boyalarının tətbiq edilməsi nəticəsində rəsmlərinin bədii keyfiyyətinə görə çox geridə qalırdı. 

Şuşa şəhəri Qarabağ xalça istehsalının və satışının mərkəzi idi və digər bölgələrdən olan kustar sənətkarlardan daha çox xarici bazarın tələbləri ilə daha yaxşı tanış olan, böyük bədii zövqə malik ən yaxşı qadın xalça ustalarının yeri hesab edilirdi.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S. R. 1925-ci il, səh. 378].
[Kərimov L. Q. Azərbaycan xalçası. 2-ci cild, Bakı, Gənclik, 1983. Səh. 48].

1872-ci ildə Moskva Politexnik Sərgisində, ekspert komissiyalarının məruzələri və Moskva Universitetinin nəzdində Təbii Elm Həvəskarları cəmiyyətinin İmperator Şurasının yekun rəyləri əsasında, yaxşı xalçalara görə mükafat yerlərini Qarabağ bölgəsinin nümayəndələri tutdular:

  • Fatma – ağa – Şərif qızı – Şuşa şəhəri
  • Əhməd Daşdəmir oğlu – Hadrut kəndi, Şuşa qəzası

[Qafqaz qəzeti, buraxılış №145, 10(22).12.1872. səh. 3].

Azərbaycan xalçalarında tez-tez Qarabağda “islimielyan” kimi tanınan bir orta haşiyəyə rast gəlinir. O XIX-cu əsrin ikinci yarısında Şuşa xalçaçıları arasında geniş tətbiq edilirdi. – onlar onu “çaynikelyən” və ya “çayniknişan” adlandırırdılar (çaydana bənzər haşiyə).
[Kərimov L. Q. Azərbaycan xalçası. 2-ci cild, Bakı, Gənclik, 1983. Səh. 130].

1885-ci ildə Şuşa xalça istehsalı üzrə Cənubi Qafqazın əsas mərkəzlərindən birinə çevrilir.
[1887-ci il üçün Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində, Qafqazda Mülki Hissəyə Baş rəislik edənin əmri ilə nəşr edilmişdir. Tiflis, 1886 Bölmə I, səh. 201].

Şuşada yeni xalça kompozisiyaları meydana çıxdı – “Baxçada güllər”, “Saxsida güllər”, “Bulud”, “Atlı-itli”.
[Kərimov L. Q. Azərbaycan xalçası. 2-ci cild, Bakı, Gənclik, 1983. Səh. 48].

Qarabağ bölgəsində, əsasən Şuşa qəzasında “keçə” və “namyat” keçə məhsulları istehsal olunurdu Onlar, orijinal, çox gözəl rəsmləri ilə seçilirdilər və özləri ilə xalçaları əvəz ediirdilər. Lakin, XX-ci əsrin birinci rübünün sonunda onların istehsalı əhəmiyyətini itirməyə başladı.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S. R. 1925-ci il, səh. 378].

Qarabağdakı xalça sənəti, həm istehsalın ölçüsünə, həm də növ müxtəlifliyinin sayı baxımından Qafqazın digər bölgələrindən daha güclü inkişaf etmişdi.

1900-cü ildə Şuşa qəzasında naxışların xüsusiyyətinə görə aşağıdakı xalça növü müxtəlifliyi seçilirdi:  

1) lampa – ortada kiçik bir naxış ilə onun fonu birrənglidir

2) masa

3) maşin (qarışıq Avropa naxışları ilə)

4) balıq (balığa bənzər naxışlar ilə)

5) buta (badama oxşar naxışlarla)

6) güllü yaylıq (qırmızı yaylıq)

7) sini (siniyə bənzər naxışlarla)

8) yaşma (açma) – yumma (yuma)

9) bulud (bulud fonu ilə)

10) muncuq

11) zərməxmər (qızılı-məxməri)

Böyüklüyünə, formasına və təyinatına görə bu xalçalar aşağıdakılara bölünürdülər:

  • xalı – böyük xalça, otağın ortasına sərilirdi
  • verni – bir yarımlıq ilmələrlə toxunmuş, böyük xalı Bu xalıların əsas naxışını, ümumiyyətlə latınca “S” hərfini xatırladan, böyük üslublaşdırılmış əjdahanın təsviri təşkil edir.
  • gərtafa – uzunsov ölçülərdə Qarabağ xalçaları, keçmişdə ticarət yolu ilə İstanbula göndərilirdi. GƏRTAFA “Qarabağ hədiyyəsi” deməkdir
  • yan – dar, uzun xalçalar, xalınin kənarlarına sərilən cüt xalçalar
  • gübə (gəbə) – böyüklüyünə görə xalı ilə yan arasında orta mövqeni tuturdu
  • taxt-üstü – taxt və divarlar üçün
  • xalı-balası
  • ceynamaz – namaz üçün gəbələr

[1901-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1900, s. 63; 64].
[Kərimov L. Q. Azərbaycan xalçası. 2-ci cild, Bakı, Gənclik, 1983. Səh. 59;60].