Qarabağda ipəkçilik – Qarabag
Qarabağda ipəkçilik

V-VII əsrlərdə Azərbaycan ərazisində ipəkçilik meydana gəldi. Sənayenin mərkəzlərindən biri də Azərbaycanın hüdudlarından kənarda ipək məhsulları ilə məşhur olan Qarabağdır. Qarabag.com Qarabağda ipək və ipək məmulatları istehsalının inkişaf tarixi haqqında material hazırlayıb.

Qədim dövrlərdən bəri Qarabağ özünün kustar bədii ipək məhsulları ilə, xüsusilə də, gözəl orijinal rəsmləri ilə özünün ipək xalçaları və son dərəcə incə iş olan cecimləri ilə məşhurdur. Bu baxımdan, Ləmbəran kəndi xüsusi şöhrət qazanmışdır.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S.R. 1925-ci il, səh.383].
Zaman keçdikcə bu bölgədə ipəyin məhsuldarlığının və istehsal cəhətdən səmərəliliyinin artması, ipəyin istehsalı prosesinin Avropa standartlarına tam olaraq cavab verdiyi yeni zavodların və fabriklərin açılmasına səbəb olmuşdur.

1875-ci ildə Cəbrayıl qəzasında Avropa üsulu ilə ipək sarma fabriki açılmışdı. Burada istehsal edilən ipək daha yüksək qiymətə Avropa ölkələrinə ixrac olunurdu. Elə həmin ildə, eyni tipli daha 2 fabrik Şuşa qəzasında açılmışdır.
[1877-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1876, s.24].

1894-cü ildə, ipək sarıma üzrə fabrik-zavod sənayesində əsas rolu Şuşa qəzasında yerləşən sayları 16-ya çatan fabriklər oynayırdı.
[1896-cı il üçün Qafqaz təqvimi. Tiflis, 1895, s. 287; 289].

Qarabağ bölgəsində, Avropa ölkələrinə ipəyin ixracından başqa, ondan bahalı xalçalar hazırlayırdılar.
1915-ci ilədək Cəbrayıl rayonunda ipək sarma fabriklərinin sayı 3-ə, Şuşa rayonunda 22-yə, Karyaginskidə 4-ə çatırdı.
Azərbaycanın SSRİ-nin tərkibinə daxil olduğu dövrdə Qarabağda 25 ipək sarma fabriki fəaliyyət göstərirdi.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S.R. 1925-ci il, səh.276].

1925-ci ildə Qarabağ bazarı Azərbaycanda barama və digər ipəkçilik məhsullarının əsas bazarlarından biri hesab olunurdu.
Həmçinin, qeyd etmək lazımdır ki, o dövrlərdə ipəkçilik sahəsinin dirçəlişi və yaxşılaşdırılması işinə ipək yetişdiricilərinin xüsusi kooperativləri  əhəmiyyətli dərəcədə təkan vermişdilər.
[Zaqafqaziya. Sovet respublikaları: Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Dağlıq Qarabağ, Naxçıvan. Statisitik – iqtisadi məcmuə. Ali İqtisadi Şuranın nəşri 3. S.F. S.R. 1925-ci il, səh.270].

image_pdfimage_print