Qərbin ksenofobiyasının Qarabağda nümayişi – Qarabag
Qərbin ksenofobiyasının Qarabağda nümayişi

Qərb sivilizasiyası Qarabağ timsalında öz ikili standartlarını açıq- aydın şəkildə nümayiş etdirdi. Gündəlik multikulturalizm fikirlərinin səsləndirilməsinə baxmayaraq, Qərb dünyaya birmənalı ismarış göndərir: müsəlmanların müqəddəsatını və mədəni abidələrini məhv etmək olar, xristianlarınkını – əsla!

1988-ci ildə, 14-minlik əhalinin 90%-nin azərbaycanlıların təşkil etdiyi [1] Şuşa şəhərində rəsmi olaraq 184 memarlıq abidəsi qeydə alınmışdır [2].

8-9 may 1992-ci ildə erməni silahlı qruplaşmaları Şuşa şəhərini ələ keçirdi.

Erməni tərəfindən hərbi əməliyyatlarda iştirak edən Ovik Vardumyan, 2012-ci ildə, Şuşanın ələ keçirilməsi üzrə əməliyyata həsr olunmuş kitab nəşr etdi [3]. O, erməni tərəfindən hərbi əməliyyatlarda iştirak edən digər şəxslərin xatirələrindən və erməni silahlı qruplaşmalarının komandanlığının sənədlərindən istifadə etmişdir. Vardumyanın qələmindən 8-9 may 1992-ci il hadisələrinin təsvirindən belə bir nəticəyə gəlmək olar ki, xüsusi olaraq XVIII əsrə aid edilən şəhər qalası atəşə tutulurdu, döyüşlər həmçinin məscid ətrafında aparılırdı[4].

11 may 1992-ci ildə, Azərbaycan prezidentinin vəzifələrini müvəqqəti icra edən Yaqub Məmmədov Rusiya prezidenti Boris Yeltsinə müraciət göndərdi. Həmin müraciətdə qeyd olunurdu ki, “Şuşa şəhəri demək olar ki, darmadağın edilib» [5].

Həmin ay, Azərbaycanın mədəniyyət naziri, Polad Bül-Bül oğlu UNESCO-nun direktoru Frederik Mayora, Beynəlxalq Muzeylər Şurasının baş katibi, Elizabet de Porta, habelə, Avropa ölkələrinin mədəniyyət nazirlərinə müraciət göndərdi [6]. Müraciətdə Şuşanın mədəni- tarixi abidələrinin müdafiə edilməsi xahiş olunurdu. Azərbaycanın naziri qeyd edirdi:

Bu çox gözəl, bir zamanlar kurort şəhəri olmuş, qədim memarlıq və incəsənət abidələri ilə zəngin olan şəhərdə şəhərin və Qarabağın tarixi muzeyləri, Azərbaycan peşəkar musiqisinin və vokal incəsənətinin baniləri olan Üzeyir Hacıbəyovun və Bül-Bülün memorial muzeyləri, Dövlət xalça muzeyinin filialı, Şuşa rəsm qalereyası yaradılmışdır. Bu muzeylərin fondlarında xalqımıza və, bununla birgə, ümumilikdə, mədəniyyət tarixinə aid olan minlərlə unikal eksponat var. İşğalçılar vəhşicəsinə, tank və müasir raket silahları gücünə, həmin dəyərləri məhv edir, yer üzündən silir və soyğunçuluq aktları həyata keçirir, yad torpaqları, yad mədəniyyəti mənimsəyirlər“.

Polad Bül-Bül oğlunun müraciətinin yekun hissəsində belə deyilirdi: Sizə müraciət edərək, israrla, xalqımızın taleyinin, əsrlər boyunca onlar tərəfindən yaradılmış unikal mədəniyyət abidələrinin taleyinin qayğısına qalmağınızı xahiş edirəm… Sizdən, qan axıdılmasının və vəhşiliyin dayandırılması üçün, bütün nüfuzunuzdan istifadə etməyinizi, ölkələrinizin hökumətlərinə, parlamentlərinə təsir göstərməyinizi xahiş edirik“.

Biz Fransanın, Almaniyanın, Britaniyanın və BAŞ-ın 12 aparıcı nəşriyyatının 9 may 1992-ci ildən 30 iyun 1992-ci ilədək olan müddət ərzində bütün nəşrlərini tədqiq etdik [7]. Onlardan heç biri Şuşadakı Azərbaycan mədəni abidələrinin dağıdılması barədə, qısa belə olsa, heç bir qeyd nəşr etməmişdir. Onlarda Azərbaycanın mədəniyyət nazirinin beynəlxalq ictimaiyyətə müraciəti barədə də heç bir şey qeyd edilməmişdir. Qərbin aparıcı xəbər agentliklərinin, məsələn, France Press, Associated Press, Reuters UK, Reuters US, UK Press, eyni dövr ərzində məlumatları ilə də analoji vəziyyət mövcud idi. UNESCO-nun, BMT-nin, Avropada təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin, Avropa Şurasının Parlament assambleyasının rəsmi press- relizlərinin tədqiqi göstərmişdir ki, Şuşadakı Azərbaycan mədəni abidələrinin qorunub saxlanması problemi onları da maraqlandırmırdı (bu barədə heç bir qeyd yox idi).

1992-ci ilin may-iyun aylarında, münaqişə zonasına BMT Təhlükəsizlik Şurasının [8], Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müşavirənin [9], Qırmızı xaçın [10] xüsusi missiyaları, habelə, Fransadan humanitar nümayəndə heyəti [11] gəlmişdir. Onların nümayəndələrindən heç biri Şuşa şəhərinin erməni silahlı qruplaşmaları tərəfindən ələ keçirilməsi nəticəsində Azərbaycan mədəni abidələrinin qorunub saxlanması problemi haqqında heç bir bəyanat vermədi.   

8 may 2019-cu ildə, Azərbaycan xarici işlər nazirliyi Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yaydı. Həmin bəyanatda qeyd olunurdu:

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi- mədəniyyət və dini abidələrin dağıdılması, məhv və təhqir edilməsi, mənimsənilməsi üzrə məqsədyönlü siyasəti çərçivəsində, yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək tarixi və mədəni abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, xan sarayı və karvansara, “Aşağı Gövhərağa” və “Saatlı” məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və digər abidələr vardır“.

Qərb KİV-lərindən və beynəlxalq təşkilatlardan bu məlumatın açıqlanmasına dair heç bir reaksiya verilmədi.

8 noyabr 2020-ci ildə, Azərbaycan ordusu Şuşa şəhərini ələ keçirdi. 10 noyabr tarixində, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağda hərbi əməliyyatlara son qoymuş razılaşma imzalanmışdır. Bu sənədə uyğun olaraq, Azərbaycanın 1990-cı illərin əvvəlindən başlayaraq erməni işğalı altında olan 6 rayon üzərindəki suvereniteti bərpa olunmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinə əsasən, bütün bu rayonlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.

17 noyabr tarixindən etibarən, UNESCO-nun baş direktoru Odri Azule, The Metropolitan Museum of Art-ın prezidenti Den Vays, Ümumdünya kilsələr şurasının katibi İoan Sauka,  Qarabağdakı xristian abidələrinin qorunub saxlanmasına görə dərin narahatlıqlarını bildirmişdirlər

19 noyabr tarixində, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozel Borrel “Dağlıq Qarabağda və onun ətraflarında mədəni və dini irsin qorunub saxlanması və bərpa olunmasının” əhəmiyyətini bildirmişdir.

Həmin gün, Fransa prezidenti Emmanuel Makron «bu regionun dini və mədəni irsinin qorunması üçün qərarlı tədbirlər görmək istəyi» barədə bildirdi. Fransa Senatının 25 noyabrda qəbul etdiyi qətnaməsində Qarabağ ərazisində “erməni mədəni və dini irsinin qorunub saxlanmasının” zəruri olduğu qeyd olunurdu. Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr üzrə komissiyasının sədri, Kristian Kambon bildirmişdir [19:44], ki «UNESCO-nun Fransada yerləşən qərargah- mənzili dərhal bu regiondakı bütün mədəni və dini irsin bütövlüyünü və toxunulmazlığını təmin etməlidir». Milli məclisin deputatı Valeri Buaye əlavə etmişdir ki, [20:36]: «…Qarabağın qəlbində yerləşən insanlıq xəzinəsinin qorunub saxlanması üçün, biz indi və burada reaksiya verməliyik». «Əziz həmkarlar, yalnız Ermənistana deyil, bütün bəşəriyyətə məxsus olan irs sizinlə ortaq irsimizdir», – bunu Senatda “Respublikaçılar” fraksiyasının sədri Brüno Retayo qeyd etmişdir [19:34].  

15 noyabrdan 30 noyabradək olan müddət ərzində Qarabağda xristian abidələrinin qorunub saxlanması problemi haqqında aşağıda qeyd olunan Qərb nəşriyyatları məlumat vermişdir: The Wall Street JournalThe New York TimesSky NewsDaily MailDeutsche WelleLe FigaroPro OrienteThe Art NewspaperOstkirchenLe PointLa CroixEurasia ReviewFrance InfoLe ProgressGeo FrSmithsonian MagazineVOA NewsKathpress.  

1992-ci ildə beynəlxalq təşkilatların, Qərb hökumətlərinin və KİV-lərinin, Şuşa şəhərində Azərbaycan mədəni abidələrinin qorunub saxlanması kontekstində susması və 2020-ci ildə onların xristian obyektlərinin qorunması ilə bağlı birgə xoru Qərb “multikulturalizminin” əsl üzünü açıq- aydın şəkildə nümayiş etdirir.

Qeydlər

  1. Şəhər hakimiyyətinin verdiyi məlumatlara görə, 1988-ci ilin ortalarında, Şuşa əhalisinin sayı 14.000 nəfərə yaxın təşkil edirdi [«Bakinskiy raboçiy» qəzeti 28.07.1988, səh. 3].
  2. «Bakinskiy raboçiy» qəzeti 29.05.1988, səh. 2.
  3. Vardumyan O. Şuşanın azad edilməsi. Edit-Print nəşriyyatı, 2012.
  4. Memarlıq abidələrinin atəşə tutulmasına və ya hərbi əməliyyatların bilavasitə olaraq onların yanında aparılmasına Vardumyanın kitabının 38, 45, 46-48, 50 səhifələrində işarə olunur.
  5. Azərbaycan prezidentinin vəzifələrini müvəqqəti olaraq icra edən Yaqub Məmmədovun Rusiya prezidenti Boris Yeltsinə müraciət göndərməsi barədə məlumat “Novoye russkoye slovo” rusdilli amerikan nəşriyyatının 12.05.1992-ci il tarixli nəşrində, səh. 5-də mövcuddur.
  6. Azərbaycanın mədəniyyət naziri Polad Bül-Bül oğlunun müraciətinin mətni “Bakinskiy raboçiy” qəzetində 15.05.1992-ci ildə, səh. 2-də nəşr edilmişdir. 1992-ci ilin sentyabr ayı üzrə 9(44) saylı “Armyanskiy vestnik” nəşrində qeyd olunub ki, bu müraciət UNESCO-ya Azərbaycanın xarici işlər nazirliyi tərəfindən, həmin ilin may ayının 11-də (yəni, erməni silahlı qruplaşmaları Şuşa şəhərini işğal etdikdən iki gün sonra) göndərilmişdir.
  7. Biz aşağıdakı nəşriyyatların 9 may 1992-ci ildən 30 iyun 1992-ci ilədək olan müddət ərzində Şuşa şəhərinin mədəni, dini və tarixi abidələri haqqında hər hansı məlumatın olub- olmadığını yoxlamışıq: Le Monde, L’express, Le Figaro, Journal de Montreal, Les Echos, Sud Ouest, Church Times, The New York Times, Washington Post, The Telegraph, Frankfurter Rundschau, National Zeitung.
  8. BMT-nin Təhlükəsizlik şurasının Qarabağ münaqişəsi zonasına BMT Katibliyinin əməkdaşı F.Vendrellin başçılıq etdiyi xüsusi missiyanın göndərilməsi haqqında qərarı haqqında Moskvanın “İzvestiya” qəzeti 13.05.1992-ci ildə bildirmişdir [səh. 2]. Həmin nəşriyyat 25.05.1992-ci ildə bu nümayəndə heyətinin Bakıya gəldiyini bildirmişdir [səh. 2].
  9. Qarabağ münaqişəsi zonasına Avropa təhlükəsizlik və əməkdaşlıq üzrə müşavirə təşkilatının Mario Rafaellinin başçılıq etdiyi missiyasının göndərilməsi barədə 9 may 1992-ci ildə “Novoye russkoye slovo” rusdilli amerikan nəşriyyatı bildirmişdir [səh. 1].
  10. Beynəlxalq Qırmızı xaçın nümayəndə heyətinin Bakıya səfəri barədə 25.05.1992-ci ildə Moskvanın “İzvestiya” qəzeti bildirmişdir [səh. 2].
  11. Fransadan Bakıya humanitar nümayəndə heyətinin getməsi barədə 25.05.1992-ci ildə Moskvanın “İzvestiya” qəzeti bildirmişdir [səh. 2].
image_pdfimage_print