"Karvan" simfonik lövhəsi azərbaycanlı bəstəkar Soltan Hacıbəyov tərəfindən 1945-ci ildə (ikinci nəşr, 1952-ci ildə) yazılmışdır. 1946-cı ildə o, ilk dəfə azərbaycanlı dirijor Niyazi Tağızadə-Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilmişdir.
Kamança ifaçısı Elman Kərim oğlu Bədəlov 4 iyun 1929-cu ildə Ağdam şəhərində anadan olmuşdur. "Azərbaycan muğamı ensiklopediyası"nda onun anadan olduğu yer kimi Ağdam rayonu göstərilir. Elman Bədəlovun valideynləri əslən Şuşadan idilər
Zülfüqar Hacıbəyov tərəfindən 1915-ci ildə yazılmış "Aşıq Qərib" muğam operası (bəzi mənbələrdə həmçinin 1916-cı ildə yazıldığı göstərilir) ilk dəfə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası tərəfindən Bakıda 13 may 1916-ci ildə Tağıyev teatrının (milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrının yerləşdiyi bina 1992-ci ildə sökülüb, yerində isə sonralar Azərbaycan Dövlət
İkinci dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Onun atası, Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş
Azərbaycanlı cərrah, tibb elmləri doktoru, tibb xidməti general-mayoru, professor Xanlar Cavad oğlu Hacıyev 27 noyabr 1903-cü ildə Şuşa şəhərində fəhlə ailəsində anadan olmuşdur.
Qarabag.com Sadıqcanın tarda ifaçılıq məktəbinin davamçısı, Azərbaycanın xalq musiqi folklorunun bilicisi, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin silahdaşı və dostu - tarzən Qurban Primov haqqında materialı təqdim edir