Qarabag – Səhifə 3 – evidence base of historical rights of Azerbaijanis

Qutlu Musa və ya Xaçındərbətli türbəsi

Qutlu Musa və ya Xaçındərbətli türbəsi Ağdam şəhərindən 23 km məsafədə, Ağdam rayonunun Xaçındərbətli kəndi yaxınlığında yerləşir. Yerli sakinlər arasında abidə “Sarı Musa” məqbərəsi kimi tanınır.

Kəlbəcərin işğalı: ermənilər necə BMT və Avropa Şurasına etinasızlıq göstərmişlər

27 mart 1993-cü il tarixidə erməni silahlı birləşmələri Azərbaycanın Kəlbəcər rayonuna hücuma başladılar. Erməni qoşunlarının əsas zərbəsi Kəlbəcərin qərbindən, Ermənistanın Vardenis rayonu tərəfindən endirilmişdir. Hücumdan əvvəl Kəlbəcər rayonunun yüksək dağlıq kəndləri “Qrad” qurğuları və erməni aviasiyasının bomba zərbələri ilə atəşə tutulmuşdur. Bir çox yaşayış məntəqələri məhv edilmişdir.

Laçının XX əsr üzrə demoqrafik statistikası

Qarabag.com Laçının (əvvəllər Abdülər, Abdallar) 1907-ci ildən 1989-cu ilə qədər olan demoqrafik göstəriciləri haqqında arayışı (şəhər, rayon) təqdim edir. Materialın tərtib edilməsi zamanı rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur. 

Qarabağ xanı Pənah Əli Xanın yüksələn qüdrətinin rəmzi: Şahbulaq qalası

Ağdam şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra, 23 iyul 1993-cü il tarixində Şahbulaq qalası vandalizmə məruz qaldı. Ağdamın erməni işğalından azad edilməsi ilə 20 noyabr 2020-ci ildə Ağdam şəhərindən təxminən 10 km aralıda yerləşən Qarabağ xanlığının ikinci inzibati mərkəzi olan Şahbulaq qalasının bərpası istiqamətində işlər aparılır.

Kəlbəcərin XX əsr üçün demoqrafik statistikası

Qarabag.com Kəlbəcərin (şəhər, rayon) 1912-ci ildən 1989-cu ilə qədər demoqrafik məlumatları haqda arayışı təqdim edir.Materialın tərtibində rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.

Şuşanın Saatlı məscidi: burada Molla Pənah Vaqif dərs deyirdi

Saatlı məscidi Şuşa şəhərinin qədim memarlıq və dini abidələrindən biri hesab olunur. Məscid eyni adlı məhəllədə yerləşir. 14 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı Saatlı məscidini ziyarət etmişdir və ona Məkkə şəhərindən gətirilmiş Quranı hədiyyə etmişdir.