1

Azərbaycanda simfonik musiqinin banilərindən biri: Soltan Hacıbəyov

Qarabag.com Azərbaycan musiqisinin inkişafında böyük rol oynamış görkəmli şəxsiyyətlərdən biri, əslən Qarabağdan olan böyük bəstəkar Üzeyir Hacıbəyovun qardaşı oğlu haqqında materialı təqdim edir.

Bəstəkar, pedaqoq, ictimai xadim Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur.
[D. X. Danilov.Soltan Hacıbəyov. 1956-cı il., səh.5]

1930-cu ilin payızında Soltan Hacıbəyov Şuşadan Bakıya köçdü, burada əvvəlcə öz bacısının yanında, 1936-cı ildən isə onun tərbiyəsində böyük rol oynamış – Azərbaycan bəstəkarı, öz əmisi Üzeyir Hacıbəyovun yanında yaşamışdır.
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il., səh. 6]
[E. Abbasova. Soltan Hacıbəyov.1965-cı il., səh. 6]

Orta məktəbi bitirdikdən sonra Soltan Hacıbəyov Bakı Musiqi Məktəbinə daxil olmuşdur.
[D. H. Danilov.Soltan Hacıbəyov. 1956-cı il., səh. 6]

1938-1940-cı illərdə Hacıbəyov Bakı Musiqili Komediya Teatrının dirijoru, 1940-1942-ci illərdə isə qadınlardan ibarət sazçılar ansamblının bədii rəhbəri olmuşdur. Hacıbəyovun ilk əsəri, ona böyük şöhrət gətirmiş “Qızıl gül” operettası olmuşdur (1940).
[D. X. Danilov.Soltan Hacıbəyov. 1956-cı il., səh. 12]
[Musiqi ensiklopediyası. 1-xi cild. 1973-cü il., səh. 871]

1939-1946-cı illərdə Hacıbəyov Azərbaycan Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil almışdır.
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il., səh. 6]
[Musiqi ensiklopediyası. 1-ci cild. 1973-cü il., səh. 871]

1944-cü ildə Soltan Hacıbəyov İkinci Dünya müharibəsinə həsr olunmuş 1-ci simfoniyanı (1939-1945) yazmışdır. Bu əsər Azərbaycanın klassik musiqisi tarixində ilk simfoniyalardan biridir.
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırna.1964-cü il, səh. 9]
[E. Abbasova. Soltan Hacıbəyov. 1965-ci il., səh. 5]
[Azərbaycan Sovet Ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]

Rus bəstəkarı Reinqold Qliyer Soltan Hacıbəyovu belə qiymətləndirirdi: “Hər şey onu deməyə əsas verir ki, zaman keçdikcə, bəlkə də çox tezliklə Soltan Hacıbəyov əsl böyük bəstəkar olacaqdır. Onun istedadı şübhəsizdir, zövqə malikdir, texniki-bəstəkarlıq xüsusiyyətləri göz qabağındadır. Ən başlıcası isə odur ki, Soltan Hacıbəyov öz doğma milli torpağını yaxşı hiss edir”.
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956., səh. 14]

1947-ci ildə Hacıbəyov Moskva Konservatoriyasında rus bəstəkarı Dmitri Şostakoviçin sinfində təcrübə keçmişdir.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]

1948-1958-ci illərdə Hacıbəyov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər kimi işləmiş, 1955-1962-ci illərdə isə filarmoniyanın direktoru olmuşdur.
[Musiqi ensiklopediyası. 1 cild. 1973-cü il., səh. 871]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]

1947 (1948) – 1974-cü illərdə Soltan Hacıbəyov, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) müəllimi, dosenti, professoru (1964\1965) və rektoru (1969) olmuşdur.
[“Bakinski raboçiy” qəzeti. 21.09.1974-cü il., №222 (17139) səh. 3]
[D. X. Danilov. Soltan Hacıbəyov. 1956-cı il., səh. 9]
[Musiqi ensiklopediyası. 1 cild. 1973., səh. 871]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]

30 dekabr 1950-ci ildə Bakıda, müasir mövzuda ilk Azərbaycan baleti olan Soltan Hacıbəyovun “Gülşən” baletinin premyerası oldu. 1952-ci ildə bu baletə görə Soltan Hacıbəyov SSRİ-nin Dövlət mükafatına layiq görülmüşdür. “Gülşən” baletindən simfonik süita həmçinin ABŞ-da plastinkalara yazılmışdır.
[“Bakinski raboçiy” qəzeti. 21.09.1974-cü il., №222 (17139) səh. 3]
[D. X. Danilov.Soltan Hacıbəyov.1956-cı il., səh. 10]
[E. Abasova. Soltan Hacıbəyov.1965-ci il., səh. 10]
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma. 1964-cü il., səh. 7]

Hacıbəyovun “Karvan” simfonik mənzərəsi də ABŞ-da plastinkalara yazılmışdır və Macarıstanda, Yaponiyada, Bolqarıstanda ifa edilmişdir.
[E. Abasova. Soltan Hacıbəyov.1965-ci il., səh. 10]

1953-1968-ci illərdə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi vəzifəsini tutmuş, 1958-ci (1963) ildən vəfatına qədər (1974) SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olmuşdur. 1973-cü ildə Hacıbəyov Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilmişdir.
[“Bakinski raboçiy” qəzeti. 21.09.1974-cü il., №222 (17139) səh. 3]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il, səh. 147]

1962-ci ilin aprelində Soltan Hacıbəyovun uvertürası ilk dəfə olaraq Çikaqo şəhərində (ABŞ) Boston Simfonik Orkestri tərəfindən, 6-7 noyabr 1962-ci ildə isə Moraviya Filarmoniyasının orkestri tərəfindən (indiki Çexiya) Çexoslovakiya-Sovet dostluğunun qeyd edilməsi münasibətilə ictimai tədbirlər zamanı ifa edilmişdir.
[“Karvan” və Soltan Hacıbəyovun uvertürası. Aydınlaşdırma.1964-cü il., səh. 24;26]
[E. Abbasova. Soltan Hacıbəyov.1965-ci il., səh. 10;12]

1973-cü ildə Soltan Hacıbəyova SSRİ xalq artisti adı verilmişdir.
Hacıbəyov Bakı şəhər komitəsinin, Azərbaycan Kommunist Partiyası Nəsimi rayon komitəsinin üzvü və Bakı şəhər Xalq deputatları sovetinin deputatı seçilmişdir.
[“Bakinski raboçiy” qəzeti. 21.09.1974-cü il., No 222 (17139) səh. 3]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]

Soltan Hacıbəyov 19 sentyabr 1974-cü ildə Bakıda qəflətən vəfat etmişdir. O, Bakıda, Birinci Fəxri xiyabanda dəfn edilmişdir.
[“Bakinski raboçiy” qəzeti. 21.09.1974-cü il, No 222 (17139) səh. 3]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il, səh. 147]