Ağdam şəhərinin inzibati ərazi bölgüsünün tarixi – Qarabag
Ağdam şəhərinin inzibati ərazi bölgüsünün tarixi

20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəs haqqında Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ağdam rayonu (Ağdam şəhəri də daxil olmaqla) Azərbaycanın nəzarətialtına qaytarılmışdır. Ağdam – döyüş əməliyyatları aparılmadan erməni işğalından azad edilmiş ilk şəhərdir. Qarabag.com Ağdam şəhərinin Qarabağ xanlığından müasir dövrə qədər inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Ağdam rayonunun inzibati mərkəzi olan Ağdam şəhəri Qarabağ düzənliyinin cənub-qərb hissəsində, Qarqar çayının sol sahilində yerləşir.

Ağdamın əsası 1741 (1747) – ci ildə qoyulmuşdur.
[SSRİ: 1 yanvar 1980-cu il üçün müttəfiq respublikaların inzibati ərazi bölgüsü. 1980-cı il, səh. 443]
[Azərbaycan SSR: 1 yanvar 1961-ci il tarixinə inzibati ərazi bölgüsü, səh. 12]
[1799-cu il sərhədlərinin müəyyən edilməsi ilə Qafqaz diyarının xəritəsi. Tiflis.,. 1899-cu il]

1813-cü ildə Gülüstan sülh müqaviləsinə görə Qarabağ xanlığı (Ağdam da daxil olmaqla) Rusiya İmperiyasının tərkibinə daxil oldu.
[Е. Veydenbaum. Qafqaz üzrə bələdçi kitabçası. Tiflis, 1888-ci il., Səh. 146]

1823-cü ildə Ağdam tatar (türk) kəndi kimi göstərilir.
[1823-cü ildə Gürcüstanda baş idarəçi Yermolovun əmri ilə  həqiqi dövlət müşaviri Mogilevski və polkovnik Yermolov 2-ci tərəfindən tərtib edilmiş Qarabağ əyalətinin təsviri . Tiflis, 1866-cı il., Səh. 286]

1964 və 1980-ci illər üçün müttəfiq respublikaların inzibati-ərazi bölgüsünə görə Ağdam 1828-ci ildə rəsmi olaraq şəhər kimi təsdiq edilmişdir. Lakin V. Sidorovun ” Qafqaz.  Yol qeydləri və təəssüratları” 1897-ci il kitabında  Ağdam böyük kənd kimi göstərilir.
[Azərbaycan SSR İnzibati-ərazi bölgüsü. 1964-cü il,  Səh. 12]
[SSRİ: 1 yanvar 1980-cu il üçün müttəfiq respublikaların inzibati ərazi bölgüsü. 198-ci il0, səh. 443]
[V. Sidorov. Rusiya üzrə. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatkar. Sankt-Peterburq. 1897-xi il, səh. 238]

1835-ci ildə Qarabağ əyaləti (Ağdam da daxil olmaqla) Rusiya İmperiyası Zaqafqaziyasının müsəlman əyalətlərinin tərkibinə daxil oldu.
[O. Yevetski. Zaqafqaziya diyarının statistik təsviri. Sankt-Peterburq, 1835. S, 24]

1840-cı il Qarabağ əyaləti (Ağdam da daxil olmaqla) yeni yaradılmış Xəzər vilayətinə daxil edilib, bütün mahalların adları məntəqələrə, əyalətlər isə qəzalara dəyişdirilimişdir. Nəticə etibarilə, Qarabağ əyaləti eyni adlı qəza oldu.
[1871-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1870. İkinci bölmə. Bakı quberniyasının tarixi icmalı., səh. 44-45]

1846-cı ildə Ağdamı özündə birləşdirən Qarabağ qəzasının adı dəyişdirilərək Şuşa qəzası adlandırılmışdır.
[1868 – ci il üçün Qafqaz təqvimi. Tiflis, 1868. Üçüncü bölmə Qafqaz və Zaqafqaziya diyarının mülki idarələrinin tarixi icmalı., səh 398]

1855-ci ildə Ağdam Şuşa qəzasının Kəbərli mahalının tərkibində göstərilir.
[1856-cı il üçün Qafqaz təqvimi ., səh. 390]

1868-ci ildə Şuşa qəzası (Ağdam da daxil olmaqla) Yelizavetpol quberniyasının tərkibinə daxil oldu.
[Rusiya İmperiyası Qanunlarının tam toplusu. İkinci toplu. Cild XLII. İkinci bölmə. Sankt-Peterburq, 1871., səh. 383]
[1869-cu il üçün Qafqaz təqvimi. Tiflis, 1868. İkinci bölmə., səh. 115]
[1892-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1891. Bölmə II. Xronoloji göstərici., səh. 33]
[E. Kondratenko. 1917-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1916-cı il. Statistika şöbəsi., səh. 64]

Azərbaycan Demokratik Respublikası (1918-1920) illərində Ağdam Gəncə quberniyasının Şuşa qəzasının tərkibinə daxil idi.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Qanunvericilik aktları”(sənədlər Toplusu) 1998-ci il, səh. 157;176]

1919-1920-ci illərdə Ağdam Qarabağ general-qubernatorluğunun tərkibinə daxil edilmişdir.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) 1998-ci il Qanunvericilik aktları (Sənədlər toplusu), 1998-ci il, səh.389]

1925-1929-cu illərdə Ağdam, Ağdam qəzasının inzibati mərkəzi kimi göstərilir.
[1 yanvar 1925-ci il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1925-ci il, səh. 200]
[S.İ. Sulkeviç. SSR İttifaqının inzibati-siyasi quruluşu (1914-cü ildən 1 iyul 1925-ci ilə qədər ərazi dəyişiklikləri haqqında materiallar) 1926-cı il, səh. 207]
[Zaqafqaziya. 1 avqust 1927-ci i üçün inzibati sərhədlər]
[SSR İttifaqının İnzibati ərazi bölgüsü və 1917-ci ildən 1929-cu ilədək quberniya, vilayət və respublikaların sərhədlərinin dəyişdirilməsi haqqında qərarların xronoloji qaydada sadalanması ilə mühüm yaşayış məntəqələrinin siyahısı 1929-cu il,  səh. 114;125]

8 avqust 1930-cu ildə Ağdam qəzası mərkəzi Ağdam şəhərində olmaqla ilə eyni adlı rayona çevrildi.
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il tarixinə İnzibati ərazi bölgüsü.1979, səh. 6]
[SSR İttifaqının (SSRİ-nin rayon və şəhərləri) inzibati-ərazi bölgüsü 1931-ci il, səh. 226]

Azərbaycanın müstəqillik əldə etməsindən sonra 1991-ci ildə Ağdam rayonu, mərkəzi Ağdam şəhərində olmaqla, özünün inzibati-ərazi statusunu qoruyub saxladı.

23 iyul 1993-cü ildə Ağdam erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülh ilə müharibə arasında. 2003-cü il, səh. 385]

image_pdfimage_print