25 oktyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsi (27.09.2020-10.11.2020) zamanı Azərbaycan ordusu döyüş əməliyyatları nəticəsində Qubadlı şəhərini erməni işğalından azad etmiş və şəhərin üzərində nəzarəti bərpa etmişdir. 23 dekabr 2020-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev şəhərə səfər etmişdir və orada Azərbaycanın bayrağını qaldırmışdır. Qarabag.com Qubadlı şəhərinin XIX əsrin əvvəllərindən bu günədək inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.
Qubadlı rayonunun inzibati mərkəzi Qubadlı şəhəri (əvvəllər Kubbatı, Kubat, Kubatlu, Kubatlı) – Bərgüşad çayının sahilində Qarabağ yaylasının cənub-şərq hissəsində, yerləşir.
[Gürcüstanda baş idarə rəhbəri Yermolovun Sərəncamı ilə həqiqi dövlət müşaviri Mogilevski və polkovnik 2-ci Yermolov tərəfindən1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsviri. Тiflis, 1866-cı il, səh. 97]
[Gürcüstanın ümumi xəritəsi. Poçt və böyük keçid yollarının, stansiyaların və verstlər arasındakı məsafələrin göstərilməsi ilə. Sankt-Peterburq, 1823-cü il]
[E. Kondratenko. 1917-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1916-cı il. Statistika şöbəsi., səh. 55]
[Azərbaycanın yaşayış yerlərinin siyahısı. Narkomprodun nəşri. Kənd təsərrüfatı siyahıya alınmalarının materialları üzrə 1917 və 1921-ci illər Баку, 1922-ci il, səh. 43]
[Azərbaycan SSR İnzibati-ərazi bölgüsü.1979-cu il, səh. 55]
1823-cü ildə Qubadlı ilk dəfə tatar (türk) kəndi Kubattı kimi göstərilir, həmin ilin “Gürcüstanın Baş Xəritəsi” ndə isə balaca Kubat kəndi kimi qeyd edilir.
[Gürcüstanda baş idarə rəhbəri Yermolovun Sərəncamı ilə həqiqi dövlət müşaviri Mogilevski və polkovnik 2-ci Yermolov tərəfindən1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsviri. Тiflis, 1866-cı il, səh. 97]
[Gürcüstanın ümumi xəritəsi. Poçt və böyük keçid yollarının, stansiyaların və verstlər arasındakı məsafələrin göstərilməsi ilə. Sankt-Peterburq, 1823-cü il]
1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Qarabağ xanlığı (Qubadlı kəndi də daxil olmaqla) Rusiya İmperiyasının tərkibinə daxil oldu.
[E. Veydenbaum. Qafqaz üzrə bələdçi kitabçası. Tiflis, 1888-ci il., səh. 146]
1835-ci ildə Qarabağ əyaləti və Qubadlı kəndi Rusiya imperiyasının Zaqafqaziyasının müsəlman əyalətlərinin tərkibinə daxil edilmişdir.
[О. Yevetskiy. Zaqafqaziya diyarının statistik təsviri. Sankt-Peterburq, 1835., səh 24]
1840-cı ildə Qarabağ əyaləti (Qubadlı kəndi də daxil olmaqla) yeni yaradılan Xəzər vilayətinə daxil edilib, bütün mahalların adları məntəqələrə, əyalətlər isə qəzalara dəyişdirilib. Nəticə etibarilə, Qarabağ vilayətinin adı dəyişdirilərək Qarabağ qəzası adlandırıldı.
[1871-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1870. İkinci bölmə. Bakı quberniyasının tarixi icmalı., s. 44-45]
1846-cı ildə Qubadlı kəndini özündə birləşdirən Qarabağ qəzasının adı dəyişdirilərək Şuşa qəzası adlandırılmışdır.
[1868 – ci il üçün Qafqaz təqvimi. Tiflis, 1868. Üçüncü bölmə Qafqaz və Zaqafqaziya diyarının mülki idarələrinin tarixi icmalı., səh 398]
1893-cü ildə Qubadlı Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində Kubatlı kimi göstərilir.
[1886-cı ildə Zaqafqaziya diyarının ailələr üzrə siyahılarından çıxarılmış əhalisi haqqında statistik məlumatlar toplusu. Tiflis, 1893-cü il., səh. 251]
[Rusiya İmperiyasının Tam Qanunları toplusu. İkinci toplu. Cild XLII. İkinci bölmə. Sankt-Peterburq, 1871., səh 383]
Azərbaycan Demokratik Respublikası (1918-1920) illərində Qubadlı kəndi Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil idi.
[“Azərbaycan Demokratik Respublikası (1918-1920) 1998-ci il qanunvericilik aktları (sənədlər və materiallar)// Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında xalq məktəblərinin üçüncü vəzifəsinin təsis edilməsi haqqında qanun. No 111. səh.157]
1919-1920-ci illərdə Qubadlı kəndi Qarabağ general-qubernatorluğunun
tərkibinə daxil idi.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) 1998-ci il qanunvericilik aktları// Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar. № 337., səh 389]
Zəngəzur qəzasının qərb hissəsinin 1920-ci ilin noyabrında Ermənistana birləşdirildirilməsindən sonra Qubadlı kəndinin daxil olduğu Zəngəzurun şərq hissəsi Qubadlı qəzasına çevrildi.[Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixinə dair. 1918-1925: Sənədlər və materiallar.1989 / /// AKP (b) MK-nın siyasi bürosu və təşkilat bürosunun birgə iclasının protokolundan. 30 noyabr 1920-ci il tarixli, səh. 44]
[Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə dair. 1918-1925: Sənədlər və materiallar.1989-cu il // Azərbaycan SSR Sovetlərinin I qurultayında Qubadlı qəzasının nümayəndəsi Ç.İldırımın çıxışı. 11 may 1921-ci il, səh 53-54]
[1 may 1924-cü ilin məlumatlarına görə SSRİ-nin inzibati bölgüsü. 1924-cü il, səh 34;61]
1926-1929-cu illər üçün Qubadlı kəndi Kürdüstan qəzasının tərkibində göstərilir.
1926-cı il üçün Qubadlı Kubatlı sahəsinin tərkibində, 1929-cu ildə isə Kürdüstan qəzasının Pusyan dairəsinin tərkibində göstərilir.
[1 yanvar 1926-cı il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1926-cı il, səh 191]
[1917-ci ildən 1929-cu ilədək quberniya, vilayət və respublikaların sərhədlərinin dəyişdirilməsi haqqında qərarların xronoloji siyahısı ilə SSR İttifaqının inzibati ərazi bölgüsü və ən mühüm yaşayış məntəqələrinin siyahısı, 1929-cu il, səh. 115]
1930-cu ildə Qubadlı, Kürdüstan dairəsinin Qubadlı rayonunun tərkibində.
[Т.F. Aristova.Zaqafqaziya kürdləri (tarixi-etnoqrafik oçerk). 1966-cı il, səh. 40]
Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ Xalq Komissarları Sovetinin 23 iyul 1930-cu il tarixli qərarına əsasən “Dairələrin ləğv edilməsi haqqında” Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarlığı tərəfindən 8 avqust 1930-cu il tarixli eyniadlı qərarı ilə Kürdistan dairəsi ləğv edildi. Elə həmin il mərkəzi Qubadlı kəndində olan Qubadlı rayonu onun tərkibindən çıxarıldı.
[Dövlətin və hüququn tarixi Azərbaycan SSR. (1920-1934-cü illər) 1973-cü il, səh. 412]
[SSR İttifaqının inzibati ərazi bölgüsü. 10-cu nəşr. 15 noyabr 1930-cu il tarixinə alınmış məlumatlara görə, səh. 50]
3 yanvar 1932-ci ildə Qubadlı rayonu ləğv edildi.
[SSR İttifaqının inzibati ərazi bölgüsü. 1/XI – 1931-ci ildən 1/VII-1932-ci ilə qədər baş vermiş dəyişikliklər, səh. 119-120]
14 mart 1933-cü ildə mərkəzi Qubadlı kəndində olmaqla Qubadlı rayonu yenidən təşkil olundu.
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il üçün İnzibati-ərazi bölgüsü. 1979-cu il, səh. 7]
1962-ci ildə Qubadlı şəhər tipli qəsəbə statusunu aldı.
[SSRİ: müttəfiq respublikaların inzibati ərazi bölgüsü 1965-ci ilin yanvar ayına qədər. 1980, səh 424]
4 yanvar 1963-cü ildə Qubadlı rayonunun ləğvi ilə əlaqədar Qubadlı qəsəbəsi Zəngilan rayonunun tərkibinə daxil edilmişdir. Lakin 17 iyun 1964-cü ildə yenidən bərpa edilmiş Qubadlı rayonunun inzibati mərkəzinə çevrildi.
[Azərbaycan SSR İnzibati-ərazi bölgüsü.1964-cü il, səh.42]
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il üçün İnzibati-ərazi bölgüsü. 1979-cu il, səh. 7]
[SSRİ: müttəfiq respublikaların inzibati ərazi bölgüsü 1965-ci ilin yanvar ayına qədər. 1980, səh. 695]
Azərbaycanın müstəqillik əldə etməsindən sonra 1991-ci ildə Qubadlı rayonu, mərkəzi Qubadlı şəhərində olmaqla özünün inzibati-ərazi statusunu qoruyub saxladı.
1992-ci ildə Qubadlı şəhəri kimi göstərilir.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülh ilə müharibə arasında. 2003-cü il, səh. 241]
31 avqust 1993-cü ildə Qubadlı Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülh ilə müharibə arasında. 2003-cü il, səh. 385]