Zəngəzurda Azərbaycanlıların etnik təmizləməsinin tarixi

Qarabag.com 1917-ci ildən 1991-ci ilədək olan müddət ərzində Zəngəzurda Azərbaycanlıların etnik təmizləməsi haqqında tarixi sorğu materialı hazırlayıb. Materialın hazırlanmasında 7 mənbə istifadə olunub.

1917-ci ilin dekabr ayı – 1918-ci ilin avqust ayı: Zəngəzur qəzasının birinci sahəsində ermənilər tərəfindən 15 kənd dağıdılıb, 625 nəfər öldürülüb
[Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 73-74]

Erməni ordusu, Andranikin komandanlığı altında Zəngəzura soxuldu. Oktyabrın sonuna qədər 115 qəsəbə talan edilmiş, 7700 nəfər müsəlman öldürülmüş, 2500 nəfər yaralanmış, 50 000 nəfər doğma yerlərindən qovulmuşdur.
[Həsənli C. Azərbaycan Respublikası diplomatiyasının tarixi: 3 cilddə. Cild. II: Sovet hakimiyyəti dövründə Azərbaycanın xarici siyasəti (1920-1939 illər). Moskva, 2013. Səh. 172]

26.11.1918: Ermənilər Mehridə müsəlman qəsəbələrini: Lehvazı, Teyi, Mülkü, Vartanazor 1 və Vartanazor 2 dağıtdılar və 200 nəfər dinc əhali bıçaqdan keçirdilər
[Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 255]

1918-ci ilin dekabr ayı: Daşnaklar tərəfindən Zəngəzur qəzasının Qafan rayonunun 100-dən çox kəndi dağıdıldı. Bu kəndlərin 40 mindən çox əhalisi qovulmuşdur.
 [Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 218]

20.12.1918: AXC parlamentinin 4-cü iclasında H. B.Ağayev birinci istəyin mətnini səsləndirdi: “Son dövrlər ərzində, daxil olan məlumatlara əsasən, Andranik, onun tabeçiliyində olan dəstə ilə birgə, Azərbaycan Respublikasının sərhədini keçərək, Şuşa, Zəngəzur və Cavanşir qəzalarında, əhalini talan edərək, əhalini məhv edərək və onları fəlakətlərə və bütün növ məhrumiyyətlərə məruz qoyaraq özbaşınalıq edir…”
İclasda AXC xarici işlər naziri F.X.Xoyski bildirdi: “…Andranik, Azərbaycan Respublikası hakimiyyətinin Bakı əməliyyatları ilə məşğul olduğundan istifadə edərək, bu rayonu müsəlman elementindən təmizləməyə çalışaraq Zəngəzurda özbaşınalıq etməyə davam etmişdir və, bu məqsədlə, orada yerləşən müdafiəsiz müsəlman qəsəbələrini oda vermiş və qılıncdan keçirmişdir.” Həmçinin o, bildirdi ki, Andranikin planı Zəngəzur və Şuşanı müsəlman əhalisindən “təmizləmək” və bu parçaları Azərbaycanın diri bədənindən qoparmaqdır.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998. Səh. 36-37]

1919-cu ilin yanvar ayı: Zəngəzur qəzasından olan 40 minədək müsəlman Qarabağın Cəbrayıl, Şuşa və Cavanşir qəzalarının hüdudlarına və respublikanın digər yerlərinə qaçdı.

…”Sisian dairəsi 1-ci polis sahəsinin bütün müsəlman kəndləri, 2-ci sahəsinin əksər kəndləri, 3-cü, 4-cü və 5-ci sahələrin böyük hissəsi tamamilə məhv edilib. Ermənilər bir çox kəndi yerlə bir etmiş və 50000 nəfər müsəlman qaçqın Cəbrayıl qəzasında məskunlaşmışdır”. Zəngəzur qəzasında 115 müsəlman kəndi darmadağın edilmişdir. 3257 nəfər kişi, 2276 nəfər qadın, 2196 nəfər uşaq öldürülmüşdür. 1060 nəfər kişi, 794 nəfər qadın, 425 nəfər uşaq yaralanmışdır. Bütün qəza üzrə 10068 nəfər müsəlman əhali öldürülmüş və şikəst edilmişdir.
 [Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh.. 77-78]

29.01.1919: Zəngəzur qəza rəisi H. Mahmudbəyovun teleqramında X. Xasməmmədova bildirilir ki, Zəngəzur qəzası Axçi dərəsinin müsəlmanları yer üzündən silinmək təhlükəsi ilə üz- üzədir. Kuşilu, Acılu, Arkazu, Aksarlu qəsəbələri ermənilər tərəfindən yanvar ayının əvvəlində darmadağın edilmiş, Şaqarcıq, Açaquv, Oxçi kəndləri mühasirədən sonra ermənilərə təslim olmuş, Kirataq, Molodu, Qovnu, Qarabağlı, Qavarlı, Kiçi, Başbaki, Mahmudlu, Keydaşı, Qaçaq, Kuruqot, Qaçyan, Kiri, Abcıbacı kəndləri isə silahların təslim edilməsini tələb edən, əks halda, onları məhv etməklə hədələyən ermənilər tərəfindən mühasirəyə alınmışdır.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Ordu (Sənəd və materiallar). Bakı, 1998. Səh. 196]

10.04.1919: Zeyvə kəndinin erməniləri qəfil Zəngəzur qəzası Tarovlu kəndinin müsəlmanlarına hücum çəkdi. Bu hücum bütün qəza üzrə müsəlmanlara qarşı mənfur hərəkətlərin başlaması üçün işarə oldu. Əliquluuşağı kəndindən başlayaraq, Zəngəzur qəzasının 4-cü sahəsinin hüdudlarına qədər, iki millət arasında atışma başladı ki, burada ermənilərin qismən hücumları müşahidə edilir. Müsəlmanlar daha çox müdafiə taktikasından istifadə edirlər, lakin, kifayət qədər patron və silah olmadığına görə, müsəlmanların vəziyyəti son dərəcə ağırdır.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Ordu (Sənəd və materiallar). Bakı, 1998. Səh. 203]

1919-cu ilin oktyabr- noyabr ayı: Erməni hakimiyyətinin öz müntəzəm ordusunu, erməni əhalisi arasında paylanması üçün silahları və müxtəlif növ döyüş sursatını Zəngəzura göndərməsi davam edir. Zəngəzurdan müsəlman qaçqınların sayı təxminən 60 min nəfər təşkil etmişdir.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 375]

07.11.1919: Levestamın qrupu, 6 dağ topunun və 2 haubitsa köməyi ilə Dığa hücum həyata keçirdi. Hücumu geri çevirmək və Levestamı Dığ qəsəbəsinin tutulmasından uzaqlaşdırmaq mümkün oldu.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Ordu (Sənəd və materiallar). Bakı, 1998. Səh. 240]

17.11.1919: Zaqafqaziyada ittifaq ali komissarının müavini K.C. Reyə olan müraciətində Nazirlər Şurasının sədri N.Y. Usubbəyov Azərbaycan hakimiyyətinin bundan sonra Zəngəzurda müsəlman qəsəbələrinin erməni üsyançıları tərəfindən talan edilməsinə son qoymaq, 60 min məzlum müsəlman qaçqınlarını öz ocaqlarına geri qaytarmaq və qayda- qanunu bərpa etmək niyyəti barədə söhbət açır.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 370]

23.11.1919- 17.01.1920: Zəngəzur qəzasında ermənilər tərəfindən 40-a yaxın müsəlman kəndi məhv edilib
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 436]

29.11.1919-cu ilə qədər: erməni ordusu Zəngəzur qəzasının Oçunir, Davidan, Atkiz, Şabadan, Anişu və Quşnilar qəsəbələrini darmadağın etdi. Kilatax qəsəbəsi və onun ətrafındakı bütün müsəlman kəndləri bütün rabitə vasitələrindən məhrum edilib və ermənilər tərəfindən mühasirəyə alınıb
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 383]

09.12.1919: Ermənilərin Zəngəzurdakı hərbi əməliyyatları davam edir, dinc müsəlman əhali məhv edilir və bir çox qəsəbə yandırılır. Oxçi və Kqi dərələrinin müsəlman qəsəbələri müntəzəm erməni hissələrinin artilleriyası ilə tamamilə darmadağın edilib. Müsəlman əhalinin əksəriyyəti qılıncdan keçirilib. Zəngəzur rayonunun Keçikli, Əskərli və Pirçəvan kəndləri darmadağın edilib. Qalan müsəlman əhalisi, bu hadisələrin təzyiqi altında, öz qəsəbələrini tərk edir. Erməni ordu hissələri, silah və pulemyotlara sahib olmaqla, müsəlman əhalisinin və onların mülkiyyətinin məhv edilməsi baxımından fəallıq göstərir.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 388]

30.12.1919: Qafqazda ittifaq ali komissarı V.N.Qaskelə məktubunda, Gürcüstanda AXC diplomatik nümayəndəsinin müavini F. Vəkilov erməni tərəfinin 23 noyabr 1919-cu ildə Tiflisdə imzalanmış razılaşma şərtlərinin pozulduğu bildirir. O, həmçinin qeyd etmişdir ki, Zəngəzurda müsəlmanlara edilən hücumlar ağır təəssürat yaradır və mübahisəli məsələlərin sülh yolu ilə həll edilməsi ideyasını tamamilə qeyri- populyar edir.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 419]

19.01.1920- 22.01.1920: Erməni ordusu, silahlı bandalarla birgə, Şuşa qəzası istiqamətində Zəngəzura hücuma keçiblər, yol boyunca müsəlman kəndlərini məhv edib ki, həmin kəndlərdən 9 darmadağın edilib.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998. Səh. 243]

08.03.1920: AXC DİN M.N.Vəkilova teleqramda bildirilir ki, Dilicandan 7 minlik Erməni ordusu dağlarla Zəngəzura yola düşüb.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Ordu (Sənəd və materiallar). Bakı, 1998. Səh. 250]

09.03.1920: AXC Palramentinin Fövqəladə iclasında Müsavat partiyasının üzvü Şəfi-bəy Rüstəmbəyov bildirdi ki, İrəvan və Zəngəzur qəzalarında erməni hakimiyyəti müsəlman qəsəbələrini məhv etməyə başlayıb və əhalini məhvə və zorakılığa uğradıb.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998. Səh. 493]

Həmin iclasda M.Ə.Rəsulzadənin çıxışından: “Erməni hakimiyyəti Avropanın ictimai fikrini öz xeyrinə emal etməyi vərdiş halına gətirib, hansı isə Keybalıkənd təsadüfən bədbəxt hadisə ilə qarşılaşdığı zaman erməni xalqı bunun ətrafında inanılmaz səs- küy və birgə ah- nalə qalxır. Bu ah- nalə, Avropadan dəstək almaq məqsədilə, bütün dünyada yayılır. Lakin, bütöv vilayətlər insanlıqdan uzaq məhvə məruz qoyulduğu və müntəzəm erməni ordusu müsəlmanları insafsız şəkildə məhv etdiyi, 40-a yaxın qəsəbə darmadağın edildiyi, mülkiyyətləri atəşə verildiyi və qılıncdan keçirildiyi, onların qadınları, uşaqları və qocaları öldürüldüyü zaman bu barədə heç kim bilmir və bilmək də istəmir, erməni hakimiyyəti isə bu dəhşətlərə “gəlmə elementlərin və təxribatçıların qovulması” adını qoyur. Xeyr, bu ” təxribatçıların tutlması” deyil, adı çəkilən vilayətin müsəlmanlarının məhv edilməsidir. Bu, Avropanı baş vermiş fakt qarşısında qoymaq məqsədilə, orada süni şəkildə erməni əhalisinin çoxluq təşkil etməsi görüntüsünün yaradılması cəhdləridir.”
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998. Səh. 497]

22- 23.03.1920: Erməni silahlı qüvvələri Cəbrayıl və Zəngəzur qəzaları hüdudlarındakı müsəlman qəsəbələrinə hücum edib. Bu qəsəbələrdən bəziləri məhv edilib.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Xarici siyasət (Sənəd və materiallar). Bakı, 1998. Səh. 489]

23.03.1920: Bir neçə erməni, Gerenzurdan Zəngəzur qəzasının Malxələf kəndini yandırmaq üçün gəlib, lakin hücumun qarşısı alınmışdır.
[Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Ordu (Sənəd və materiallar). Bakı, 1998. Səh. 272]

1920-ci ilin iyul ayı: Zəngəzur ərazisinin XI Qızıl ordusu tərəfindən işğal ərəfəsində, qəzanın əhalisi etnik tərkibinə görə qarışıq idi. Ermənistanın təcavüzü nəticəsində, Zəngəzurun müsəlman qəsəbələri darmadağın edilmiş, yandırılmışdır, müsəlman əhalinin qalan hissəsi isə Zəngəzurun müsəlman şərq hissəsində, əsasən, Qubadlı qəzasında məskunlaşmışdır
[Niftəliyev İ. Ermənilərin ekspansionist planlarında Azərbaycan SSR (XX əsrin 20-ci illəri). Bakı, 2010. Səh. 69-70]

1918- 1920: Şərqi Ermənistanda əsrlər boyu yaşamış Azərbaycanlılar ayrı- seçkiliyə məruz qalır və sosial olaraq kənara sıxışdırılırdılar. On minlərlə Azərbaycanlı Zəngəzurdan qovulmuşdur.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Səh. 120]

1940-cı illər: on minlərlə Azərbaycanlı, erməni repatriantları üçün yerin boşaldılması məqsədilə, Zəngəzurdan və Şərqi Ermənistandan Azərbaycana deportasiya edildi.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Səh. 120]

1948-1953: Ermənistan SSR-dən Azərbaycan SSR-ə zorla 150.000 nəfər köçürüldü.
 [Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 83-84]

1987-ci ilin noyabr ayı: Bakının dəmir yolu vağzalına etnikarası toqquşmalar səbəbi ilə Qafandan qaçmaq məcburiyyətində qalan Azərbaycanlıların olduğu 2 yük vaqonu gəldi.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Səh. 40]

25.01.1988: Bakı sakini Arif Yunusov Qafandan qaçqınların olduğu 4 qırmızı “İkarus” görmüşdür.
“Onların hamısı dəhşətli vəziyyətdə idi. Əsasən, qadınlar, uşaqlar və qocalar idi. Cavanlar az idi. Əksəriyyəti möhkəm döyülmüş vəziyyətdə idi. Onlar qışqırırdı…» – deyə Yunusov xatırlayır.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Səh. 40]

1988-ci ilin fevral ayı: Partiyanın Qafan komitəsinin ikinci katibi Aramais Babayan təsdiq etdi ki, 2 min Azərbaycanlı Qafan rayonunu tərk edib.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Səh 41]

1988: Qafanın 37 qəsəbəsinin əhalisi bir həftə ərzində qovulmuşdur, o cümlədən, Qafan rayonunun Şəhərcik kəndinin 300 ailəsindən 280 ailə sadəcə Bakıda və Sumqayıtda yaşayırdı.
[Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 86, 219-220]

08.08.1991: Ermənistanın Sünik vilayətinin (keçmiş Zəngəzur qəzası) son Azərbaycanlı kəndi olan Nüvədinin sakinləri öz evlərini tərk etdi
[Qərbi Azərbaycanın tarixi coğrafiyası. Sankt-Peterburq Universitetinin nəşriyyat evi, 2007. Səh. 33-34]