Zəngəzur qəzasının demoqrafiyası
Qarabag.com Zəngəzurun demoqrafiyası haqqında 1872-ci ildən 1916-cı ilədək olan məlumatı təqdim edir. Bu materialın hazırlanmasında 12 rəsmi mənbədən istifadə olunmuşdur.
1872-1874: Əhalinin sayı – 88.686.
[1886-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1885 Səh. 210]
1883-1884: Əhalinin sayı – 96.221 nəfər.
[1886-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1885 Səh. 210]
1886: Əhalinin sayı – 123.997 (kişi – 68.560, qadın – 55.437).
Ermənilərin sayı – 57.425
Türklər (tatarlar) – 37.653 (21.262 – kişi, 16.391 – qadın)
Ruslar – 469
İranlılar – 41
Tatlar – 1585
[1891-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1890. Əlavə “Zaqafqaziyanın məkanı və əhalisi haqqında məlumat”, səh.10;
1895-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1894. Bölmə V, səh. 54-55]
1889: Əhalinin sayı – 132.671
- Ermənilərin sayı – 63.547 (47.8%)
- Müsəlmanlar – 68.310 (51.5%) (şiələr – 55.966, sünnələr – 12.344)
[1893-cü ilə olan Qafqaz təqvimi. Tiflis, 1892. Qafqaz haqqında statistik və digər məlumatlar, səh. 24-25]
1891: Əhalinin sayı – 123.598.
Erməni qriqoryanlar – 57.425
Şiələr – 54.941 (30.515 – kişi, 24.426 – qadın); sünnələr– 10.899
Pravoslavlar – 4
Sektantlar – 465
[1897-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1896. Bölmə V, səh. 44-45]
1897: Əhalinin sayı – 137.871
Etnik-dini tərkib
- Ermənilər – 63.622
- Erməni qriqoryanlar – 63.617;
- erməni müsəlmanlar – 3,
- erməni katoliklər – 17,
- erməni pravoslavlar – 1,
- qədim dinlərə mənsub ermənilər və ateistlər – 1
- Türklər – 71.207
Onlardan tatarlar (azərbaycanlılar) – 71.206 (müsəlmanlar – 71.202, 3 erməni qriqoryan, 1 – protestant kilsəsinin tərəfdarı, )
- Ruslar – 1006
- Polyaklar – 18
- Gürcülər – 2
- Almanlar – 9
Sosial status üzrə
- Meşşanlar (orta sinif) – 342
- Kəndlilər – 127.972
- Zadəganlar (əsil-nəcabətli aristokratiya) – 6.015
- Ruhanilər (bütün konfessiyalar) – 859
Digər dövlətlərin nümayəndələri (Rusiya imperiyasından başqa)
- 239 (764 – kişi, 475 – qadın)
Əhalinin savadlılığı
- Savadsız – 133.203
- Savadlı – 3.218
[1907-ci ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1906. Əlavə III «1897-ci ilin əhali siyahıya alınması məlumatlarına əsasən Zaqafqaziya diyarının əhalisinin dini mənsubiyyəti və ana dili üzrə bölüşdürülməsi, səh. 108-109;
Rusiya İmperiyası əhalisinin ilk ümumi siyahıya alınması 1897-ci il. Daxili İşlər Nazirliyinin Mərkəzi Statistika Komitəsinin nəşri, 1904. Yelizavetpol quberniyası, səh. 2-181]
1900: Əhali sayı – 145.658.
[1904-cü ilə olan Qafqaz təqvimi, Qafqaz Statistika Komitəsinin nəzdində Qafqazdakı Mülki hissənin Baş rəisinin sərəncamı ilə nəşr edilmişdir. Tiflis, 1903. Bölmə III, səh. 116-117]
1905: Əhali sayı – 132.671
- Ermənilərin sayı – 66.181 (47.8%)
- Müsəlmanlar – 77.443 (51.5%) (şiələr– 61.215, sünnələr– 16.228)
[1907-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1906. Bölmə II, səh. 233-235]
1910: Əhali sayı – 290.170.
- Kişi – 147.216
- Qadın – 142.954
[1912-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1911 // Bölmə IV (statistik bölmə), səh. 236]
1913-1914: Əhali sayı– 209.951
- Ermənilərin sayı – 89.906 (42.8%)
- Müsəlmanlar – 118.216 (56.3%)
- Ruslar – 594
[1915-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1914. Statistik bölmə, səh. 218-219, 230-233]
1916: Əhali sayı – 224.197
- Ermənilərin sayı – 99.331 (44.3%)
- Müsəlmanlar – 119.480 (53.3%)
- Kürdlər – 3.638
- Ruslar – 1617
[1917-ci ilə olan Qafqaz təqvimi. Tiflis, 1916. Statistik bölmə, səh. 194-197]