Şuşanın yetirmələri – muğənnilər, xanəndələr
Qarabag.com Şuşanın görkəmli yetirmələri haqqında materialların nəşrini davam edir və Azərbaycanın məşhur müğənnilərinin və xanəndələrinin siyahısını təqdim edir.
№ |
Ad, Soyad |
Yaşadığı illər |
Tarixdəki iz |
1. |
1873-1927 |
“Zabul” muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında “Zabul Qasım” adı ilə məşhurlaşmışdı. O, nəinki peşəkar müğənni idi, eyni zamanda opera artisti kimi də tanınırdı. Ömrünün son illərində Şuşanın musiqi məktəbində muğam dərsi deyirdi. |
|
2. |
1876-1964 |
İslam Abdullayev Azərbaycan musiqisi tarixində Segah muğamının və onun digər növlərinin ifası ilə tanınır – “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı”, “Orta Segah”, “Xaric Segah”. Bu segahların inanılmaz oxuduğu üçün ona Segah İslam təxəllüsü verilib. |
|
3. |
1926-1990 |
Müğənni bir çox muğam növündə ifa edirdi, o cümlədən Rast, Şur, Bayatı-Şiraz, Segah-zabul və s. |
|
4. |
1884-1954 |
Təxəllüsü: Əhməd Ağdamski, Azərbaycanın opera müğənnisi (lirik tenor), teatr və kino aktyorudur. XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycanlı aktrisalar yox idi, buna görə də onların rollarını kişilər ifa edirdi , o cümlədən Əhməd Ağdamski, onun mülayim səsi, incə bədən quruluşu və boyunun uca olmaması ona qadın rollarını yaratmağa kömək edirdi. |
|
5. |
1873-1945 |
Məcid Behbudov “Mirzə Hüseyn segahı” “Şüştər”, “Çahargah” kimi muğamların ifaçısı olaraq tanınırdı. Bununla yanaşı o Qafqaz millətlərinin dillərində mahnılar ifa edirdi, Azərbaycan Opera Teatrının inkişafında fəal iştirak edirdi, 1910-cu illərdə yaranmış bir sıra muğam opera və operettalarda çıxış edirdi. |
|
6. |
1841-1927 |
Bülbülcan təxəllüsü ilə məşhurlaşan Əbdülbağı Əli oğlu Zülalov Azərbaycanın muğam məktəbinə böyük təsir göstərib. Onun mədəni irsi bir sıra görkəmli Azərbaycan müğənnilərini yetişdirib. |
|
7. |
1839-1898 |
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu – Azərbaycan musiqisinin vokal sənətinin ən görkəmli nümayəndələrindən biridir. Hacı Hüsü həmçinin muğamat nəzəriyyəsi üzrə mütəxəssis idi, bu janrın bir çox Cənub ölkələrindəki ifa etmə təcrübələrindən xəbərdar idi, eləcə də Azərbaycan muğamlarının xüsusiyyətlərindən. O, Qatar muğamının yaradıcısıdır. |
|
8. |
1893-1963 |
1938-ci ildə Əbdül-Müslim Maqomayevin “Nərgiz” operasında Molla Mütəllim rolunun ifasına görə “Şərəf” Ordeni ilə təltif edilib. 1940-cı ildə Əli Zülalov Azərbaycan SSR-nin Əməkdar artisti adına layiq görülüb. 1956-cı ildən M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti idi. |
|
9. |
1895-1976 |
1926-1975-ci illərdə Qəmbər Zülalov Azərbaycan Opera teatrının solisti idi. Burada o Üzeyir Hacibəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” operalarında müxtəlif partiyaları ifa edirdi. 26 aprel 1958-ci ilin 26 aprel tarixində opera sənətinin inkişafı üçün xidmətlərinə görə Azərbaycan SSR-nin Əməkdar artisti adına layiq görülüb. |
|
10. |
1910-1992 |
Sürəyya Sədrəddin qızı Qacar – Azərbaycan və sovet müğənnisidir (mezzo-soprano. Sürəyya Qacarın yaradıcılığında əsas yeri Azərbaycan milli mahnıları, muğamlar, həmçinin SSRİ xalqalrının mahnıları eləc də sovet bəstəkarlarının mahnıları tuturdu. İki “Şöhrət” Ordeni və medallarla təltif edilib. |
|
11. |
1861-1944 |
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu həm xanəndə həm də xalq mahnıları elə cə öz bəstəsinə aid mahnıları ifa edən bəstəkar olaraq böyük şöhrət qazanmışdı, o, yeni mətnlər-təsniflərin müəllifi idi. Cabbar Qaryağdıoğlu Qafqazdan kənarda da tanınırdı. Xanəndənin sənəti ilə Fyodor Şalyapin, Sergey Yesenin, Reynqold Qliyer valeh olmuşdular. Böyük Sovet Ensiklopediyasında Qaryağdını böyük xanəndə, Azərbaycan milli musiqisinin mütəxəssisi adlandırırlar. |
|
12. |
1864-1940 |
Keçəçioğlu Məhəmməd – Azərbaycan xanəndə-müğənnisi, Şuşa vokal muğam məktəbinin nümayəndəsidir. O, sadəcə özünəməxsus tərzdə “Nava”, “Mahur”, “Mani” xüsusilə də “Bayati-Qacar” kimi klassik muğamları ifa edirdi. |
|
13. |
1872-1962 |
Məşədi Məmməd Fərzəliyev güclü səs, geniş səs diapazonu ilə seçilirdi. O, böyük ustalıqla zərbi-muğamları ifa edirdi, xüsisilə də “Eyratı”, “Mansuriyyə”, “Qarabağ şikəstəsi” və s. Azərbaycan incəsəti tarixində xanəndə Məşədi Məmməd Fərzəliyev “Şüştər” muğamının möhtəşəm ifası ilə məşhurdur. |
|
14. |
1901-1979 |
Əsl adı – İsfəndiyar Aslan oğlu Cavanşirov, Xan Şuşinski təxəllüsü ilə çıxış edirdi. Xanəndənin öz sözlərinə görə, sənətdə püxtələşməsində Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski böyük rol oynayıblar. Güclü səsə və geniş səs diapazonuna malik Xan Şuşinski bütün muğamları məharətlə ifa edirdi, lakin heç kəs onun kimi Mahur-hindini ifa edə bilmirdi. Xan Segah muğamının bütün növlərini möhtəşəm ifa edirdi, və xüsusilə də “Qarabağ şikəstəsini”. |