Şuşanın yetirmələri – Yazıçılar, publisistlər və dramaturqlar

5 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Qarabag.com dünya tarixində silinməz iz qoymuş Şuşаnın yetirmələri – mədəniyyət xadimləri haqqında bir sıra materiallar dərc etməyə başlayır.

İlk mətn yazıçılara, publisistlərə və dramaturqlara həsr edilmişdir.

Ad, Soyad

Yaşadığı illər

Tarixdə iz

1.

Əbdürrəhim bəy Haqverdiyev

1870-1933

Haqverdiyevin ən yaxşı əsərləri xalqın zülmünə qarşı etirazı əks etdirir, feodalizmin qalıqları və cəhalətə qarşı mübarizəyə çağırırlar. O, ədalət uğrunda mübarizə aparan, zülmə qarşı etiraz edən qəhrəmanların obrazlarını yaradıb. Haqverdiyev həmçinin milli teatrın inkişafında həm təşkilatçı həm rejissor kimi iştirak edib. 1907-ci ildən bəri Haqverdiyev “Molla Nəsrəddin” satirik jurnalının aparıcı müəlliflərindən biri idi.

2.

Süleyman Sani Axundov

1875-1939

Süleyman Sani Axundovun ilk əsəri 1899-cu ildə yazılmış “Hacı Qara” komediyası idi, burada müəllif artıq köhnəlmiş adət-ənənələri qınayır, pulgir və xəsis birinin mənfi obrazını yaradır. 1905-ci il rus inqilabından sonra yaratdığı əsərlərdə yazıçı daha geniş ictimai-siyasi problemlərə toxunurdu, və həmin problemləri demokratik mövqedən göstərirdi. 1920-ci ildən sonra yazdığı əsərlərində Axundov despotizmi, patriarxal təməlləri və geridəqalmışlığı qınamağa davam edirdi.

3.

Haşım bəy Vəzirov

1868-1916

Haşım bəy Vəzirov – “Məktəb tərbiyəsi”, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək – su içmək deyil” pyeslərinin müəllifidir. O, maariflənməyə, elmə, ictimai-siyasi məsələlərə həsr edilmiş məqalələr yazırdı. Müxtəlif illərdə “İrşad” qəzetinin redkatoru vəzifəsini yerinə yetirirdi, “Təzə həyat” qəzetini çap edirdi, “İttifaq”, “Səda”, “Sədayi-həqq”, “Sədayi-Qafqaz” qəzetlərini isə redaktə edirdi. “Leyli və Məcnun” operasının ilk resenziyasının müəllifi hesab edilir.

4.

Nəcəf bəy Vəzirov

1854-1926

Nəcəf bəy Vəzirov – ilk Azərbaycan faciə janrında yazılan “Müsibəti-Fəxrəddin” əsərinin müəllifi və Azərbaycan teatrının banilərindən biridir. Bir müddət sonra ona artıq “müsəlman Ostrovski” təxəllüsü verilmişdi. O, 15-ə yaxın dramatik əsər yazmışdı, burada 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycanmülkidarlarının, tacirlərin və burjua iş adamlarının həyatı realistik şəkildə əks olunub. Vəzirovun realistik məişət dramları satirik yönəlməsi ilə fərqlənir. Vəzirov dövrünün aktual problemlərini qaldırırdı, lakin hesab edirdi ki, fikirlər təhsili təbliğ etmək yolu ilə dəyişə bilər.

5.

Ceyhun Hacıbəyli

1891-1962

Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra Hacıbəylini hakimiyyətin rəsmi çap orqanı olan “Azərbaycan” qəzetinin redaktoru təyin edirlər.1919-cu ildəƏlimərdan bəy Topçibaşevin rəhbərlik etdiyi Azərbaycan heyətinin tərkibində Ceyhun Hacıbəyli Versal sülh konfransına qatılmaq üçün Fransaya uçur. Və, 1920-ci ildə ADR öz fəaliyyətini dayandırdıqdan sonra o Azərbaycana qayıtmır, ömrünün sonuna qədər Parisdə yaşayır, və burada Azərbaycanın mədəniyyəti və tarixini təbliğ etməklə bağlı aktiv fəaliyyət göstərir. Hacıbəyli Azərbaycan tarixinə, dilinə və ədəbiyyatına həsr olunmuş bir çox hekayələrin, elmi işlərin və məqalələrin müəllifidir. Ceyhun Hacıbəylinin xüsusi diqqətini çəkən problemlər – qadın azadlığ, qadınların hüquq bərabərliyi, onların ictimai fəaliyyətdəki və sosialmübarizədəki rolları idi.

6.

Aqil Hacıyev

1947-2019

Aqil Hacıyev – Azərbaycanın ədəbiyyatşünası və yazıçısıdır. Turk folkloru haqda yazdığı silsilə işlərə görə Ankaradakı Türkiyənin Folklor cəmiyyəti tərəfindən həmin cəmiyyətin Fəxri üzvu seçilib.(1993) Rus-Qafqaz ədəbiyyat əlaqələri sahəsində etdiyi araşdırmalara görə Tiflisdə Sosial-iqtisadi elmlər üzrə Beynəlxalq Akademiyanın Həqiqi üzvu seçilib. (2003) Rus ədəbiyyatı tarixindəki problemlər haqqındakı işlərinə görə Sankt-Peterburqdakı Petrovski Elm və İncəsənət Akademiyasının Müxbir üzvu seçilib. (2003) Azərbaycanın elm və təhsil sahələrinin inkişafındakı fəaliyyətinə görə Şöhrət ordeni ilə təltif edilib. (2009)

7.

Xəlil İbrahim

1892-1938

Xəlil İbrahim – Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi, tənqidçisi, maarifləndiricisi və ictimai xadimidir. Xəlil İbrahim tamamilə müxtəlif problemlərdən yazırdı – ictimai-siyasi, mədəni-maarifləndirci, sosial və s. Qadın azadlığı mövzusu cəhalətə son qoyma məsələləri ilə bir cərgədə dururdu, eləcə də teatr tamaşaları haqda rəylər və publisist məqlələr də bu cərgədə idi. O, bütün janrlarda özünü savadlı mütəxəssis olaraq göstərirdi.

8.

Yusif Vəzir Çəmənzəminli

1887-1943

Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Eyni zamanda Çəmənzəminli Krımda və Polşada da AZərbaycanın diplomatik nümayəndəsi idi. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı bu ölkələrin ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bərabər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər.1921-ci ildə yazıçınınelmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitabları işıq üzü görür.1930-1935də o özünün “Qızlar bulağı”, “Studentlər”, “1917-ci ildə” romanlarını çap edir, komik pyes olan “Həzrəti Şəhriyar” əsərini qələmə alır.