Şuşanın yetirmələri – Rejissorlar

Qarabag.com, Şuşаnin görkəmli yetirmələri haqqında materialların nəşrini davam etdirir və tək Azərbaycanda deyil, həm də SSRİ-də teatr və kinematoqrafiya tarixində dərin iz qoymuş rejissorların siyahısını təqdim edir.

Ad, Soyad

Yaşadığı illər

Tarixdə iz

1.

Şəmsi Bədəlbəyli

1911-1987

Şəmsi Bədəlbəyli – Azərbaycanın məşhur teatr rejissoru, Azərbaycan SSRİ Xalq Artistidir. O, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin atası, bəstəkar Əfrasiyab Bədəlbəylinin isə qardaşıdır.

2.

Ənvər Behbudov

1912-1993

1954-cü ildən 1959-cu ilədək Behbudov V.Kaçalov adına Kazanda yerləşən Böyük Dram teatrının baş rejissoru idi, 1959-cu ildən 1964-cu ilədək isə M.Qorki adına Rostovda yerləşən Dram teatrının baş rejissoru idi. 1965-ci ildə ənvər Behbudov RSFSR-nin Xalq artisti adına layiq görülərək, bu adı daşıyan ilk azərbaycanlı oldu. 1966-cı ildən Ənvər Behbudov Azərbaycan Opera və Balet Teatrının baş rejissoru idi. O, burada məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” operasını təşkil etmişdi. 1969-cu ildən Behbudov Azərbaycan Rus Dram Teatrının baş rejissoru vəzifəsində çalışırdı. 1978-1993də Azərbaycan SSRİ-nin Kinematoqrafçılar İttifaqının katibi idi.

3.

Mehdi Məmmədov

1918-1985

Mehdi Məmmədovв 1956—1960-cı illərdə M. Axundov adına Azərbaycan opera və Balet teatrında baş rejissor, 1960-1963də M.Əzizbəyov adına Azərbaycan Dram teatrının baş rejissoru, 1978-1982-ci illərdə S.Vurqun adına Azərbaycan Rus Dram Teatrında rejissor olaraq çalışmışdır. 1971-1976-cı illərdə Azərbaycan Teatr cəmiyyətin (hal-hazırda Teatr xadimləri ittifaqı) sədri idi. O, bir sıra incəsənət və estetika nəzəriyyəsi haqda əsərlərin, tərcümələrin müəllifidir.

4.

Lətif Səfərov

1920-1963

Lətif Səfərov 1950-ci illərin əvvəllərində bir neçə sənədli filmin quruluş verib. 1955-ci ildə o, özünün ilk filmi olan “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkib. Bu filmin baş rol ifaçısı olaraq Rəşid Behbudov dəvət edilmişdir. 1957-ci ildə L.Səfərov Həsən Seyidbəylinin “Kənd həkimi” əsəri əsasında “Qızmar günəş altında” filmini çəkir. 1958-ci ildə o, “Bakı və bakılılar” kinooçerkini çəkib. Bir müddət sonra isə Lətif Səfərov əbədi sevgi haqqında “Leyli və Məcnun” filmini çəkmişdir. 1958-ci ildə o, Azərbaycan SSRİ-nin Kinematoqrafçılar İttifaqının Birinci Katibi təyin edilib.