Şeyx İbrahim türbəsi Füzuli rayonunun Aşağı Aybasanlı kəndinin qəbiristanlığında yerləşir. Yerli sakinlər arasında abidə “İbə türbəsi” və ya “İbə İbrahim” türbəsi kimi tanınır.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 138]
[R. Qarabağlı. Qarabulaqdan Füzuliyədək. 2004-cü il, səh. 86]
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 68]
Məqbərə 1632-1633-cü illərdə inşa edilmişdir. Bu, abidənin qapı yerinin sol küncündə daxilə yerləşdirilmiş yarısilinmiş iki sətirli ərəb yazısı ilə təsdiqlənir:
“Onlara salam olsun, Allahın mərhəməti və xeyir-duası İbrahim Musa əl-Kazımın oğlu, ona salam olsun, Əlimərdanın oğlu Əvəzəli, D-M-G-L-İ, Müqəddəsin türbəsinin yaxınlığında yaşayan 1042 h.q (1632/1633)” Ehtimal ki, yazıda göstərilən Əvəzəli adlı şəxs türbəni inşa etmiş həmin ustadır.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 68]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 138]
Güman edilir ki, XX əsrin əvvəllərində indiki türbə yerli sakinlər tərəfindən dağıdılmış məqbərənin bünövrəsi üzərində yenidən inşa edilmişdir.
1980-ci ildə Kürdlər kəndindən olan Usub adlı yerli sakin xatırlayırdı:
“Mən balaca uşaq olanda dedilər ki, İbə İbrahim türbəsi uçub. O vaxtlar Məşədi İmamverdinin təşəbbüsü ilə İlanlı dağından çoxlu daş çıxartdılar, sonra 20 öküz arabası ilə o daşları türbəyə apardılar və türbəni yenidən tikdilər”.
Məqbərənin yenidən inşa edildiyinin başqa bir təsdiqi qəbiristanlıqda yerləşən xatirə abidələridir.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 70]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 139]
Türbənin planı, xaricdən səkkizbucaqlıdır və onun daxili divarı dairəvi formada hamar şəkildə icra olunmuş və əhəng məhlulu ilə suvanmışdır. Türbə əhəng daşından, onun günbəzi isə bişmiş kərpicdən inşa edilmişdir. Məqbərənin daxili hissəsi beş tərəfdən onun günbəzinə yaxın yerləşdirilmiş kiçik pəncərələrlə zəif işıqlandırılır.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 138]
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 70]
Məqbərəyə giriş şərq tərəfdəndir, hansı ki, çatma tağla tamamlanır. Qapı yerinin hündürlüyü 1,5 m, eni isə 0,73 metrdir. Məqbərənin qapısının yuxarı sol küncündə ağacın altında dayanmış qadın, onun yanında isə at həkk olunmuşdur.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 68]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 139]
Məqbərənin içərisində, mərkəzdə qəbir yerləşmişdir. Burada dəfn olunan şəxsin başı və ayaqları tərəfdən daşlar qoyulmuşdur. Birinci daşın üzərindəki ərəb dilində yazı: “Onu (yazını) Hüseyn Qarqazi yazdı. Mərhəmətli, rəhmli Allahın adı ilə 132. Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn … Əl Müzəffər … Bu müqəddəs məzarın təmiri … bəy oğlu mərhum Məhəmməd bəyin oğlu Şərif bəy.” (1302 h.q.-1884\1885-ci il)
Azərbaycanlı memar Rizvan Qarabağlı qeyd edir ki, məqbərədə Şeyx İbrahimin adı keçən heç bir yazı yoxdur. O, vurğulayır ki, yazıların bir hissəsi, şübhəsiz ki, naməlum səbəblərdən qırılmış daşın digər hissəsində qalmışdır. Memarın fikrincə, şeyxin ölüm tarixi kimi 1302 (1884-1885) (məqbərənin mərkəzindəki məzarın üzərindəki yazı nəzərdə tutulur) rəqəmini qəbul etmək mümkün deyil. Belə ki, o məqbərənin inşa edilməsi tarixi ilə (1632-1633) uyğun gəlmir. Qarabağlı həmçinin aşağıdakıları qeyd edir:
“Yerli yaşlı sakinlərin sözlərinə görə, məqbərə dağılanda onunla birlikdə şeyxin məzarı da dağılmışdı. (Lakin R. Qarabağlının 2004-cü ildə yazdığı “Qarababulaqdan Füzuliyədək” kitabında qeyd olunur ki, yerli sakinlərə görə məqbərə və məzar Azərbaycanın sovetləşdirilməsindən sonra dağıdılmışdır). Bunun əsasında demək olar ki, məqbərənin və məzarın bərpası zamanı buraya qoyulmuş üzəri yazılı daş parçası səhvən başqa bir məzardan götürülmüşdür. Daşın qəbrin alt tərəfinə, yəni başı aşağı yerləşdirilməsi faktı bu fikri bir daha təsdiqləyir.”
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 70-71]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 139]
[R.Qarabağlı. Qarabulaqdan Füzuliyədək. 2004-cü il, səh. 89]
İkinci daşın üzərində Azərbaycan dilində yazı : “Bu məzarda uyuyan Zati-aliləri İmam Musa Kazımın möhtərəm nəvəsi … Kərbəlayi Mirzə Əlidir. 1325 h.q.” (1907/1908).
Üçüncü daşın üzərində olan ərəb dilində yazı: “Allahın salamı. Mərhəmətli, rəhimli Allahın adı ilə. Allaha həmd olsun, onun elçisinə xeyir-dua verin … və içəri daxil olun. O, Aman Allah! O, on dörd pak və təmiz olanlar və Allahın mərhəməti və Onun xeyir-duası. Onu yazdı (yazı) Mirzə Heydər Qarqazi.” Yazının xətti XIX-XX əsrin əvvəllərinə aid edilir.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 139]
Azərbaycanlı memar R. Qarabağlının “Füzuli rayonunun memarlıq abidələri” 2017-ci il kitabında aşağıdakılar qeyd olunur:
“Lakin XX əsrin əvvəllərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülmüşdür. Sonralar yerli sakinlərin köməyi ilə türbənin yarıuçuq günbəzinə toxunmadan onun üst hissəsində yenidən dəmir-beton günbəzlə örtmüşlər. (Bu məqbərənin interyerinin tavanında aydın nəzərə çarpır). Ancaq bu örtük də təbii suları saxlamadığından, onun da çöl tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Doğrudur, metal təbəqə təbii suları türbənin mərkəzinə ötürmür, lakin abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görünüşünə xələl gətirir”.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 68]
1980-1990-cı illərin əvvəllərində türbənin giriş qapısı tərəfindən kiçik bir dəhliz tikildi. Bu tikili ziyarətçilər üçün nəzərdə tutulmuşdu ki, məqbərəyə girmədən öncə onlar ayaqqabılarını çıxarsınlar. R. Qarabağlının sözlərinə görə, bu tikili də həmçinin abidənin memarlığına uyğun gəlmirdi.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 71]
1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən Füzulinin işğalı ilə türbə vandalizmə məruz qalmışdır. Məqbərənin xarici metal örtüyü və ona bitişik dəhliz dağıdılmışdır.