Qarabağ xanları

Yarandığı tarixdən etibarən qısa bir müddət ərzində, Qarabağ xanlığı regionda əhəmiyyətli siyasi və iqtisadi təsirə malik olmuşdur. Qarabag.com xanlığın türk Cavanşir nəslindən olan hökmdarları və onların tarixə verdikləri töhfələr haqqında olan materialı təqdim edir. 

Pənah-əli bəy (təxminən 1693 – 1759) türk Cavanşirlər nəslindən idi.

1736-cı ildə Nadir şahı dəstəkləməyən Cavanşir nəsli Qarabağdan Xorasana köçürülmüşdür. Pənah əli bəyin qardaşı, Nadir şahın yanında eşikağası (adyutant) vəzifəsində xidmət edən, Fəzl-Əli-bəy qətlə yetirilmiş, Pənah-Əli bəy isə, öz həyatına görə narahat olaraq, ona yaxın olan insanlarla birlikdə, 1738-ci ildə Qarabağa qaçmışdır.
 [E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 146]

1747-ci ildə, Nadir şahın ölümündən sonra, Pənah-Əli-bəy keçmiş Qarabağ bəylərbəyliyinin böyük bir hissəsini özünə tabe etmiş və Qarabağ xanlığını yaratmışdır.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 146]

1748-ci ildə, Pənah-Əli-xan xanlığın ilk paytaxtını – Bayat qalasını inşa etdirmişdir.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 146]

Elə həmin il, Nadir şahın qardaşı oğlu, fars şahı Adil şah (1747 – 1748), onu Qarabağ xanı kimi qəbul etmişdir.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 147]

1751/ 1752-ci ildə, Pənah-Əli-xan bütün sakinləri Bayatdan inşa etdirdiyi Şahbulaq qalasına köçürmüşdür.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 147]

1750-1755 illərdə, Pənah-Əli-xan Zəngəzuru Qarabağ xanlığına daxil edir.
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. Bakı, 1959. Səh. 70]

1756-cı ildə, yeni Şuşa qalasının inşası tam başa çatdırıldıqda, xan Şahbulaq qalasının bütün sakinlərini oraya köçürdü. İlk vaxtlar bu şəhər, xanın şərəfinə Pənahabad adlandırılırdı
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 147]

Pənah-Əli xan 1759-cu ildə Şirazda vəfat edib. Ağdamda Qarabağ xanlarının ailə qəbiristanlığında dəfn olunub.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 147-148]

İbrahim Xəlil-xan (1732 – 1806), 1759-cu ildən etibarən Qarabağ xanlığının hökmdarı, Pənah-Əli-xanın oğludur. Onun hakimiyyəti dövründə, Qarabağ xanlığı Azərbaycanın qüdrətli xanlıqlarından biri olmuşdur. 1796-cı ildə Qacarlar dövlətinin hökmdarı olmuş türk Qacar sülaləsindən olan Ağa Məhəmməd-xanın qoşunlarına qarşı mübarizə aparırdı.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 1-2, 2014. Məqalə: Qarabağ xanları: nəslin mənşəyi, Xanlığın Rusiya imperatorluğuna tabe edilməsi. Səh. 148-149] 

1768/ 1769-cu ildə, İbrahim Xəlil-xanın sərəncamı ilə, Şuşada sonralar qızı Gövhər Ağa tərəfindən bərpa edilmiş böyük Cümə məscidi inşa edilmişdir.
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. Bakı, 1959. Səhifə 101]

14 may 1805-ci ildə, İbrahim Xəlil-xan Kürəkçay müqaviləsini imzaladı ki, bu müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperatorluğunun tabeçiliyinə keçdi.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 134]

8 iyul 1805-ci ildə, Rusiya imperatorunun fərmanı ilə, ona general- leytenant rütbəsi verilmişdir.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 135]

1806-cı ildə polkovnik- leytenant Lisaneviçin alayının yegərləri tərəfindən öldürüldü.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 135]

Mehdi-Qulu-xan – (təxminən 1763, yaxud təxminən 1772 – 1845), 1806-cı ildə, atası İbrahim Xəlil-xanın vəfatından sonra, hakimiyyətə gəlmişdir.

Bundan bir il öncə, ona 8 iyul 1805-ci ildə, Rusiya imperatorunun fərmanı ilə, general- mayor rütbəsi verilmişdir.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 137]

“Qafqazın, məqsədlərindən biri Azərbaycan xanlarını onların mülklərindən məhrum etmək olan, general Yermolov tərəfindən idarə edildiyi dövrdə (1816- 1827 illər), Mehdi-Qulu-xan, 21 noyabr 1822-ci ildə, fars torpaqlarına qaçmaq məcburiyyətində qalmışdır, daha sonra isə, 1822-ci ilin dekabr ayında, Qarabağda xan hakimiyyəti ləğv edildi”.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 138]

1827-ci ildə, o, Ağ Karvansaraya təqdim edildi. Daha sonra, onun general- mayor rütbəsi və şəxsi əmlakı geri qaytarıldı.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 138- 139]

Qarabağ xanı Mehdi-Qulu-xan 14 may 1845-ci ildə Ağdamda vəfat edib.
[E.E. İsmayılov. Qafqaz və Qloballaşma. Cild 8, nəşr 3-4, 2014. Məqalə: Qarabağ xanları: Sülalənin böyük xəttinin nəsil təsviri Səh. 139]