Kamança ifaçısı Elman Bədəlov
Kamança ifaçısı Elman Kərim oğlu Bədəlov 4 iyun 1929-cu ildə Ağdam şəhərində anadan olub. “Azərbaycan muğamı ensiklopediyası”nda onun anadan olduğu yer kimi Ağdam rayonu göstərilir. Elman Bədəlovun valideynləri əslən Şuşadan idilər.
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 459;466]
Elman uşaqlıqda Ağdam pionerlər evinin üzvü olmuşdur. Burada, o tarda çalmağı və rəsm çəkməyi öyrənirdi. Lakin sonradan Elman özünü kamançada ifaya həsr etməyə qərar verdi.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 459;460]
Elman Bədəlov əvvəlcə pedaqoji texnikumu bitirmişdir, 1943-cü ildə isə Ağdam Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin Ağdam musiqi məktəbində kamançadan dərs deyirdi.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 461;462]
Tələbə ikən, axşamlar Elman Bədəlov Ağdam Dövlət Dram Teatrının orkestrində kamança çalırdı. 1944-1945 və 1947-ci illərdə Elman Bədəlov Respublika olimpiadalarında iştirak etmişdir, 1957-ci ildə isə Bədəlov tar ifaçısı kimi Azərbaycan gənclərinin 2-ci festivalının laureatı olmuşdur.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 460;461;462]
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
1951-1957-ci illərdə Elman Bədəlov Qarabağın müxtəlif kəndlərində riyaziyyatdan dərs demişdir.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 461]
1957-1961-ci illərdə Elman Bədəlov indiki Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Bakı Musiqi kollecində oxumuş, 1980-ci ildə isə o, indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirmişdir.
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 463]
1958-ci ildən ömrünün sonuna qədər Elman Bədəlov Azərbaycan Televiziya və Radio Xalq Çalğı Alətləri Orkestrinin kamançaçalanlar qrupunun solisti və konsertmeysteri olmuşdur (indiki Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri).
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
Elman Bədəlov muğam üçlüyünün tərkibində çıxış etmiş, Yaponiya, Danimarka, İsveç, Norveç və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmişdir.
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 464]
1982-ci ildə Elman Bədəlova Azərbaycan SSR-in əməkdar artisti adı verilmişdir.
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
Bədəlov indiki Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbində və Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində, həmçinin Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında dərs demişdir. Onun şagirdləri arasında Ədalət Vəzirov, Ağacəbrayıl Abbasəliyev və s. kimi azərbaycanlı kamança ifaçıları var.
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 463]
1983-ci ildə Elman Bədəlov Səmərqənddə (Özbəkistan) keçirilən Beynəlxalq Muğam simpoziumunda iştirak etmişdir.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 465]
Elman Bədəlov 25 iyun 1991-ci ildə Bakıda vəfat etmişdir.
[M. Çəmənli. Sənət hekayələri. 2014-cü il, səh. 466]
[Azərbaycan muğamı ensiklopediyası. 2012-ci il, səh. 68]