Şuşa şəhərinin erməni işğalından azad edilməsindən (8.11.2020) və İkinci Qarabağ müharibəsində (27.09.2020-10.11.2020) qələbədən sonra Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçirilməsi ənənəsi bərpa edilmişdir. Ümumilikdə festival beş dəfə keçirilmişdir.
Qarabag.com Azərbaycan bəstəkarı, musiqiçisi, Azərbaycanda uşaqlar üçün balet janrının banisi, Azərbaycanda musiqişünaslıq sahəsində ilk sənətşünaslıq elmləri namizədi Əşrəf Abbasov haqqında materialı təqdim edir.
Qarabag.com 1904-cü ildən 1989-cu ilə qədər Füzulinin (əvvəllər Qarabulaq, Karyagino) (şəhər, rayon) demoqrafik məlumatları haqda arayışı təqdim edir. Materialın tərtib edilməsi zamanı rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.
Məmmədbəyli və ya Yəhya ibn Məhəmməd əl-hac türbəsi Azərbaycanın Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşir. Tikili 28 Mart-27 aprel 1305-ci ildə Əli Məcdəddin adlı memar tərəfindən ucaldılmışdır.
Azərbaycanlı müğənni-xanəndə Xan Şuşinski (əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov) 20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Lakin azərbaycanlı publisist Mustafa Çəmənlinin, 2007-ci il tarixli "Xan Şuşinski" adlı kitabında onun doğulduğu yer Şuşa qəzasının Ballıca kəndi (indi Azərbaycanın Xocalı rayonu) göstərilir. Xan Şuşinskinin əsli Qarabağ xanları -Cavanşirlər nəslindən idi.
Qarabag.com Zəngilanın 1908-ci ildən 1989-cu ilədək demoqrafik göstəriciləri haqqında arayışı (şəhər, rayon) təqdim edir. Materialın tərtib edilməsi zamanı rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.
Qarabag.com müasir Azərbaycan xalça sənəti məktəbinin banisi və Azərbaycanda ilk xalçaçılıq istehsalının təşkilatçısı - Lətif Kərimov haqqında materialı təqdim edir.
Karvansaray tacir Məşədi Şükür Mirsiyab oğlunun vəsaiti hesabına 1880-ci ildə Şuşada inşa edilmişdir. Bina tacir Hacı Əmiraslanın sökülmüş karvansarayının yerində tikilmişdir. Azərbaycan tarixçisi Çingiz Qacarın sözlərinə görə, karvansaray azərbaycanlı memar Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmişdir.
Qarabag.com Ağdamın 1908-ci ildən 1989-cu ilə qədər olan demoqrafik göstəriciləri haqqında arayışı (şəhər, uzeyd, rayon) təqdim edir. Materialın tərtib edilməsi zamanı rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.