İkinci dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Onun atası, Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş texniki direktor, rəis müavini və idarə heyətinin üzvü vəzifələrini tutmuşdur. Onun anası azərbaycanlı həkim, əslən şuşalı olan Kərim bəy Mehmandarovun qızı idi. O, 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasına qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş “Difai” (azərb. dilindən tərcümədə müdafiə) gizli antiterror təşkilatının Qarabağda ilk rəhbərlərindən biri idi.