Qarabağ – xəyanət və satqınlıq: 1904, 1991, 2020 – Qarabag
Qarabağ – xəyanət və satqınlıq: 1904, 1991, 2020

1991-ci ildə Dağlıq Qarabağda olan erməni millətçilərinin nümayəndəsi Rusiyanın ermənilərin tərəfini saxlayaraq münaqişəyə müdaxilə etməməsi ilə bağlı öz narazılığını bildirirdi.  İndi isə onlar öz uğursuzluqlarında Moskvanı günahlandırır və “Rusiya həmişə bizə xəyanət edib” deyə iddia edirlər. Hələ 1904-cü ildə rus ictimai xadimi Vasili Veliçko qeyd edirdi ki: “Ermənistanın şübhəli hökmdarları hər zaman güclü qonşu monarxiyalardan asılıdır və hər zaman sistematik olaraq onlara xəyanət edirlər”

Rusiya; 1991; Qazaxıstan; ermənilər; Vasili Veliçko; İkinci Qarabağ müharibəsi (2020)

1991-ci ilin sentyabr ayında müasir Rusiya Qarabağ münaqişəsində ilk dəfə arbitr qismində çıxış etməyə cəhd göstərdi. Sentyabrın 21-də Rusiya prezidenti Boris Yeltsin və onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev Bakıya gəldilər, oradan da Stepanakertə getdilər, sentyabrın 22-də isə Yerevanda oldular. Növbəti gün danışıqlar Azərbaycan, Ermənistan (Dağlıq Qarabağın erməni millətçilərinin nümayəndələri də daxil olmaqla), Rusiya və Qazaxıstanın iştirakı ilə Rusiyanın cənubunda – Jeleznovodskda davam etdi.  Sentyabrın 23 axşam yekun ortaq rəsmi bəyanat səsləndirildi. 

Lakin erməni millətçilərinin liderləri əldə olunmuş razılaşmalardan və danışıqlar prosesinin başlamasından narazı idilər. Erməni millətçilərindən ibarət nümayəndə heyətinin 22-23 sentyabr görüşlərində müstəqil status ala bilməməsi, Rusiya və Qazaxıstan prezidentlərinin Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün çıxış etməmələri onları qane etmirdi. Vasitəçilərin “bütün hərbiləşdirilmiş qrupların tərksilah və ləğv edilməsi”, həmçinin “bu il deportasiya olunmuş bütün sakinlərin geri qaytarılması” ilə bağlı açıqlamalarını da millətçilər bəyənmədi. Halbuki Yeltsin və Nazarbayev həqiqətən də silahlı qarşıdurmaya son qoymağa çalışdılar və məqsədləri nəinki Bakının, həmçinin hələ 1989-cu ildə (kütləvi qovulmadan öncə) Dağlıq Qarabağda yaşayan 40.000 azərbaycanlının maraqlarına və fikirlərinə məhəl qoymayan erməni millətçilərinin nazını təmin etmək deyildi.

18 oktyabr 1991-ci ildə Dağlıq Qarabağın erməni millətçilərinin əldə edilmiş razılaşmalara dair iradlarını ətraflı şəkildə 22-23 sentyabr tarixlərində aparılan danışıqlarda, tanınmayan “Qarabağ heyəti”nin üzvü olan rus publisisti,  Andrey Nuykin “İzvestiya” qəzetinin səhifələrində qeyd etmişdir (1991-ci ildə Moskvada, erməni millətçiliyi ruhundakı məqalələri səbəbi ilə “etnik nifrəti qızışdırmaq” ittihamı ilə açılan cinayət işində təqsirləndirilən şəxs).

Yeltsinin gəlməsi ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ümidlər məyusluqla nəticələndi” -deyə Nuykin qeyd edirdi. O, vurğulayırdı ki, guya Yeltsinin uğursuz missiyası nəticəsində xalqın Rusiya tərəfindən müdafiəsinə olan son ümidi təhlükə altına düşdü“. Bununla yanaşı bu nəşrdə “məyusluq” sözünə üç dəfə rast gəlinir və Nuykin qeyd edirdi ki, o, hətta “getdikcə artır”.  Daha sonra isə o, Rusiya prezidentinin tutduğu neytral mövqedən “rus xalqı”nın Dağlıq Qarabağ erməniləri qarşısında günahkar olması nəticəsinə gəlirdi.  “Rus xalqı isə yalan təbliğata aldanaraq, təəssüf ki, kənar bir müşahidəçi olaraq qalırdı. Bu günah yuyulmalıdır. Uzun müddət əziyyət çəkən bölgə sakinlərinin hüquq və azadlıqlarının müdafiəsi Rusiyanın bütün diplomatik, iqtisadi, intellektual və, hətta yeni geniş miqyaslı soyqırım cəhdləri halında isə  hərbi gücü ilə təmin edilməlidir” Yəni, Rusiyanın, məhz ermənilərin tərəfində münaqişəyə daxil olmağa borclu olması haqda fikirlər irəli sürülürdü. 

29 ildən sonra 2020-ci ilin payızında ermənilər eyni məqsədə nail olmağa çalışırdılar,  və Rusiyanın neytral qalmasından dolayı çox məyus oldular.  Buna bir çox videoçarxlar və postları sübut kimi göstərmək olar, misal:

1890-cı illərdə Qafqazda yaşamış rus publisisti və ictimai xadim Vasili Veliçko 1904-cü ildə yazırdı: “Əgər “uydurma” sözündən əlavə, erməni tarixinin lövhələrində inandırıcı həqiqətləri dəqiq təsvir edəcək bir söz yazmaq lazım olsa idi, onda “xəyanət” sözündən qaçmaq olmazdı.” Sərhədləri daima dəyişən bir ölkə olan Ermənistanın şübhəli hökmdarları həmişə güclü qonşu monarxiyalardan asılıdır və onlara daima xəyanət edirlər” [V.L. Veliçkonun əsərləri. Birinci cild. Qafqaz. Sankt-Peterburq, 1904. Səh. 68-69].

Veliçko əmin idi ki, ermənilər, XIX-cu əsr boyunca onlara İrandan və Türkiyədən kütləvi köçürülmə, həmçinin Qaqfazda, xüsusəndə Qarabağda ən yaxşı şəkildə yerləşmələri üçün ən əlverişli şərait yaradan rus monarxiyası ilə də məhz belə edəcəklər

Veliçko hesab edirdi ki, ermənilərin məqsədi “bölgənin müxtəlif əhalisi arasında üsyan qaldırmaq və əlverişli şərtlər olduğu təqdirdə” (məs. Rusiyanı uğursuz müharibəyə cəlb etmək) mifik erməni çarlığını Qafqazdakı Rusiya hakimiyyətinin xarabalıqları üzərində yenidən qurmaqdır [həmin əsər, səh. 125].  Bu sözlər sanki gələcəkdən xəbər verirdi. Birinci Dünya Müharibəsi dövründə imperiyanın zəifləməsi ilə bölgədəki Rusiya monarxiyasının devrilməsində erməni radikal təşkilatları, ilk növbədə Daşnaksütyun mühüm rol oynadılar. Xəyanət təkrarlandı. İndi isə onlar bəyan edirlər ki, “Rusiya hər zaman bizə xəyanət edib”.  

 

 

image_pdfimage_print