Zəngilan şəhərinin inzibati ərazi bölgüsünün tarixi

20 oktyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin (27.09.2020-10.11.2020) gedişatında Azərbaycan Ordusu Zəngilan şəhərini erməni işğalından azad etmişdir. Bu, Qarabağın ərazisində Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş üçüncü Azərbaycan şəhəridir. Qarabag.com Zəngilan şəhərinin XIX əsrin əvvəllərindən bu günədək inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Zəngilan rayonunun inzibati mərkəzi – Zəngilan şəhəri (əvvəllər Zengiyan, Zeygilan, Zəngələn, Pirçivan, Zəngilan) Azərbaycanın cənub-qərb hissəsində, Oxçuçay çayının sahilində yerləşir.
[XIII-XVII əsrlərdə Azərbaycan şəhərləri və şəhər sənətkarlığı  M. H. Heydərov 1982, səh 25]
[Gürcüstanda baş idarə rəhbəri Yermolovun Sərəncamı ilə həqiqi dövlət müşaviri Mogilevski və polkovnik 2-ci Yermolov tərəfindən1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsviri.  Tiflis, 1866-cı il., səh. 208]
[Kənd cəmiyyətlərinin göstərilməsi və əhalinin dini etiqadı üzrə bölüşdürülməsi ilə Elizavetpol quberniyasının xəritəsi. 1888-ci il]
[E. Kondratenko. 1917-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1916-cı il. Statistika şöbəsi., səh. 56]
[Azərbaycanın yaşayış yerlərinin siyahısı. Narkomprodun nəşri. Kənd təsərrüfatı siyahıya alınmalarının materialları üzrə 1917 və 1921-ci illər Bakı, 1922-ci il, səh 43]

Azərbaycan tarixçisi M. H. Heydərovun “XIII-XVII əsrlərdə Azərbaycanın şəhərləri və şəhər sənətkarlığı” adlı kitabında 1982-ci ildə İran tarixçisi Həmdullah Qəzvinyə görə Zəngilanın əsasının 636-cı ildə qoyulması qeyd olunur.
[Azərbaycanın şəhərləri və şəhər sənətkarlığı XIII-XVII əsrlər. M. H. Heydərov 1982-ci il, səh. 11;25]

1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Qarabağ xanlığı (Zəngilan kəndi də daxil olmaqla) Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir.
[E. Veydenbaum. Qafqaz üzrə bələdçi kitabçası. Tiflis, 1888. səh. 146]

1823-cü ildə Zəngilan Zeyqilan kəndi kimi göstərilir.
[Gürcüstanda baş idarə rəhbəri Yermolovun Sərəncamı ilə həqiqi dövlət müşaviri Mogilevski və polkovnik 2-ci Yermolov tərəfindən1823-cü ildə tərtib edilmiş Qarabağ əyalətinin təsviri.  Tiflis, 1866-cı il., səh.208]

1835-ci ildə Qarabağ əyaləti və Zəngilan kəndi Rusiya imperiyasının Zaqafqaziyasının müsəlman əyalətlərinin tərkibinə daxil edilmişdir.
[O. Yevetski. Zaqafqaziya diyarının statistik təsviri. Sankt-Peterburq, 1835. səh 24]

1840-cı ildə Qarabağ əyaləti (Zəngilan kəndi də daxil olmaqla) yeni yaradılmış Xəzər vilayətinə daxil edilmişdir. Bütün mahalların adları dəyişdirlərək sahələr, vilayətlər isə – qəzalar adlandırılmışdır. Nəticə etibarilə, Qarabağ vilayətinin adı dəyişdirilərək Qarabağ qəzası adlandırılmışdır.
[1871-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1870. İkinci bölmə. Bakı quberniyasının tarixi icmalı., s. 44-45]

1846-cı ildə Zəngilan kəndini də özünə daxil edən Qarabağ qəzasının adı dəyişdirilərək Şuşa qəzası adlandırılmışdır.
[1868- ci il üçün Qafqaz təqvimi. Tiflis, 1868. Üçüncü bölmə Qafqaz və Zaqafqaziya diyarının mülki müəssisələrinin tarixi icmalı., səh 398]

1888-ci ildə Zəngilan Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində Zəngələn kimi göstərilir.
[Kənd cəmiyyətlərinin və əhalinin dini etiqadına görə paylanılması göstərilməklə Elizavetpol quberniyasının xəritəsi. 1888-ci il]
[Rusiya İmperiyasının Tam Qanunları toplusu. İkinci toplu. Cild XLII. İkinci bölmə. Sankt-Peterburq, 1871-ci il, səh 383]

Azərbaycan Demokratik Respublikası (1918-1920) illərində kənd Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil idi. 1919-1920-ci illərdə Zəngilan kəndi Qarabağ general-qubernatorluğunun tərkibinə daxil edilmişdir.
[Azərbaycan Demikratik Respublikası (1918-1920) Qanunvericilik aktları (Sənədlər toplusu), 1998-ci il, səh. 157; 389]

1920-ci ilin noyabrında Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra Zəngilan kəndi Qubadlı qəzasının tərkibinə daxil edilmişdir.
[Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar vilayətinin yaranması tarixinə dair. 1918-1925: Sənədlər və materiallar.1989-cu il // 30 noyabr 1920-ci il tarixində AKP MK-nin siyasi bürosu və təşkilat bürosunun birgə iclasının protokolundan, səh. 63-64]
[Azərbaycanın yaşayış yerlərinin siyahısı. Narkomprodun nəşri. Kənd təsərrüfatı siyahıya alınmalarının materialları üzrə 1917 və 1921-ci illər. Bakı, 1922-ci il, səh. 43]

1925-1929-cu illərdə Zəngilanın adı Cəbrayıl qəzasının tərkibində çəkilir. 1926-cı ildə Zəngilan kəndi Zəngilan rayonunun tərkibində, 1929-cu ildə isə Cəbrayıl qəzasının Zəngilan dairəsinin tərkibində göstərilir.
[1 yanvar 1925-ci il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1925-ci il, səh. 201]
[ 1 yanvar 1926-cı il üçün SSR İttifaqının ərazi və inzibati bölgüsü, 1926-cı il, səh. 190]
[1917-ci ildən 1929-cu ilədək quberniya, vilayət və respublikaların sərhədlərinin dəyişdirilməsi haqqında qərarların xronoloji siyahısı ilə SSR İttifaqının inzibati ərazi bölgüsü və ən mühüm yaşayış məntəqələrinin siyahısı, 1929-cu il, səh. 115;189]

8 avqust 1930-cu ildə mərkəzi Zəngilan kəndində olan Zəngilan rayonu təşkil edilmişdir.
[Azərbaycan SSR İnzibati-ərazi bölgüsü. 1964-cü il, səh. 42]
[Azərbaycan SSR 1 yanvar 1977-ci il tarixinə İnzibati-ərazi bölgüsü.1979-cu il, səh. 6]

1934-1957-ci illər üçün Zəngilan rayonunun inzibati mərkəzi Pirçevani, Pirçəvan, Pirçivan
kimi göstərilir.
[SSR İttifaqının inzibati ərazi bölgüsü. 1934, səh. 234]
[SSRİ:1 yanvar 1941-ci il üçün inzibati-ərazi bölgüsü, 1941-ci il, səh. 234]
[SSRİ: 1 yanvar 1951-ci il üçün müttəfiq respublikaların inzibati-ərazi bölgüsü, 1951-ci il, səh. 302]

31 avqust 1957-ci ildə kəndin adı Pirçevandan Zəngilan adlandırılaraq dəyişdirilmişdir. Elə həmin il Zəngilan şəhər tipli qəsəbə statusunu aldı.
[1yanvar 1977-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü.1979-cu il, səh. 9;211]
[SSRİ: 1965-ci ilin yanvar ayına müttəfiq respublikaların inzibati-ərazi bölgüsü, səh. 424]

9 sentyabr 1967-ci ildə Zəngilan şəhər statusunu aldı.
[1 yanvar 1977-ci il tarixinə Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü.1979-cu il, səh. 9]
[SSRİ: 1 yanvar 1980-cı il üçün müttəfiq respublikaların inzibati-ərazi bölgüsü, 1980 – ci il, səh. 444]

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Zəngilan rayonu Zəngilan şəhərinin mərkəzi ilə inzibati-ərazi statusunu qoruyub saxlamışdır.

29 oktyabr 1993-cü ildə Zəngilan şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülh ilə müharibə arasında. 2003-cü il, səh. 386]