XIX – XX əsrin əvvəllərində Qarabağ əhalisinin etnik tərkibi (cədvəl)
Cədvəllərdə Qarabağda ermənilərlə müsəlmanların 7 zaman kəsiyinə olan nisbəti göstərilmişdir: üçü XIX əsrin birinci yarısına, ikisi də həmin əsrin sonuna, ikisi də XX əsrin birinci iki onilliyinə aiddir. Yeddi zaman kəsiyindən altısı haqda məlumat Rusiya imperiyasının rəsmi sənədlərindən götürülmüşdür; bir halda, 1830-cu illər üçün bu dövrdə Cənubi Qafqaza səfər edən Paris Coğrafiya Cəmiyyətinin qurucularından biri Jan-Batist Benua Eyriesin (Jean-Baptiste Benoît Eyriès) səyahət qeydlərinin rus dilindəki tərcüməsindən məlumat alınmışdır.
1828-1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü [Q. Kazaryan Ermənilərin 1828-ci ildə İrandan Erməni vilayətinə köçürülməsi // Ermənistan SSR Elmlər Akademiyası №7, iyul 1957-ci il səh. 71].
Onların böyük hissəsi Qarabağda yerləşdirildi.
[S. Qlinka Adderbidjan ermənilərinin Rusiya sərhədlərinə köçürülməsinin təsviri. Moskva, 183. Səh. 87 və 127; Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi. Sənədlər toplusu. Ermənistan SSR Elmlər Akademiyası, İrəvan, 1972. c. II (1814-1830), səh. 497 və 602; N. Volkova XIX-XX əsrlərdə Zaqafqaziyada etnik proseslər. // Qafqaz etnoqrafik məcmuəsi IV. Moskva, 1969. Səh. 6].
İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. Birinci və ikinci cədvəlləri müqayisə edərkən bu dəyişikliklər aydın şəkildə görünür.
1889-1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Civanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir. (1750-ci illər Zəngəzur Qarabağ xanlığının tərkibinə daxil idi və 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərinə əsasən, Qarabağın tərkib hissəsi hesab olunurdu).
Mənbələr:
- Gürcüstanın və Qafqazın bəzi digər vilayətlərinin Təsviri (19.07.1811) ilə daxili işlər naziri O. P. Kozodavlevaya təqdim olunmuş qeyd // Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi. Sənədlər toplusu. Cild I (1801-1813. Ermənistan SSR Elmlər Akademiyasının nəşriyyatı. İrəvan, 1972. Səh. 559-562.
- Hesablama 35 rəsmi sənəddə yer alan Qarabağın 614 kəndinin (köçəri düşərgələri də daxil olmaqla) və orada yaşayan ailələrin etnik məlumatlarına əsasən aparılmışdır “1823-cü ildə Gürcüstanın Baş Qubernatoru Yermolovun əmri ilə həqiqi dövlət müşaviri Moqilevin və Polkovnik 2-ci Yermolov tərəfindən tərtib edilmiş Qarabağ vilayətinin təsviri“. 1866-ci ildə Tiflisdə Qafqaz canişinliyi Baş İdarəsinin mətbəəsində nəşr olunmuşdur.
- Eyrienin (Eyriere) rəhbərliyi altında fransız dilində tərtib edilmiş və qravyuralar ilə bəzədilmiş Asiya ətrafında mənzərəli səyahət. Moskva, 1840. Səh. 25.
- 1892-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1891. Şöbə III, səh. 24-25.
- 1907-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1906. II Əlavə “1897-ci il siyahıyaalınmasının məlumatlarına əsasən Zaqafqaziya diyarının əhalisinin dini etiqad və ana dili üzrə bölüşdürülməsi”, səh. 105-110.
- 1907-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1906. “1 yanvar 1905-ci il tarixinə Yelizavetpol quberniyasının yerli əhalisi” Əlavəsi, səh. 234-237.
- 1915-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1914. Statistika şöbəsi, səh. 230-233.