Şıx baba türbəsi
Şıx baba türbəsi və xanəgahı Cəbrayıl rayonunun Şıxlar kəndinin qəbiristanlığında, köhnə ticarət-karvan yolunda (İpək Yolu) yerləşir. Yerli sakinlər arasında abidə “Şıx baba piri” kimi tanınır.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 145]
[M. Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 15]
[M. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. Cild V. 2011-ci il, səh. 15; 64; 223]
Azərbaycan epiqrafisti Məşədixanım Nemətovaya görə, türbə XIV əsrə aiddir.
[M. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. Cild V. 2011-ci il, səh. 15-16]
[Erməni terrorunun obyekti – Azərbaycan xalqının maddi-mədəniyyət abidələri. 2007-ci il, səh. 19]
Xalq rəvayətinə görə, türbədə dəfn olunmuş şeyx, Şeyx Vəli əd-Din nəslinin nümayəndəsi idi (1070-ci ildə vəfat etmişdir), o, “Qədiriyyə” sufi cəmiyyətinə mənsub idi və XVI əsrin sonlarında Cəbrayıl rayonunun Dağ Tumas kəndinə köçdükdən sonra şeyxin təlimlərini yaymağa davam edirdi.
Cəmiyyətin Azərbaycanda fəaliyyətə başlaması XIII əsrə aid edilir.
“Erməni terrorunun obyekti – Azərbaycan xalqının maddi mədəniyyətinin abidələri” adlı 2007-ci il kitabında qeyd olunur ki, yazıların paleoqrafiyasına, oyma texnikasına və türbənin içərisində və ətrafında yerləşən məzar daşlarının bədii tərtibatına görə “Qədiriyyə” xanəgahının fəaliyyət müddəti XIII-XIV əsrlərə aid edilir.
Məşədixanım Nemətovanın 1992-ci il “Azərbaycanda pirlər” kitabında tarix olaraq XII-XIII əsrlər göstərilir.
Bununla belə, Məşədixanım Nemətova aşağıdakıları qeyd edirdi:
“Sözügedən kompleks aşkar edilənədək bu cəmiyyətin mərkəzinin Azərbaycanda mövcud olması barədə bizim heç bir məlumatımız yox idi”.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 146]
[M. Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 19]
[Erməni terrorunun obyekti – Azərbaycan xalqının maddi-mədəniyyət abidələri. 2007-ci il, səh. 17]
Türbə daşdan inşa edilmişdir. İçəridən və xaricdən planda əsasən o yuvarlaq formaya malikdir. Abidənin dairəvi günbəzi çökmüş, türbəni isə içəridən və bayırdan iki ardıc kolu basmışdı. Günbəzin dirəndiyi qalan hissələrdə türbə ikiqat örtüyə malik idi: daxildə günbəz, xaricində isə çadır örtüyü.
[M. Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 16]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 146]
Məşədixanım Nemətova 1991-ci il “Azərbaycanda pirlər” kitabında qeyd edir:
“Abidənin mərkəzində şeyxin qəbri yerləşir. Onun üzərində günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsinin axtarışları heç bir nəticə vermədi”. Lakin, şeyxin qəbri üzərindəki daş yığınları arasında tapılmış məzar daşlarından birində “Bu Şeyx Əkbərin məzarıdır” yazısı var idi. Bu qəbir yazısı şeyxin davamçılarından birinin məzarıdır.
[M.Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 16-18]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 145-146]
[M. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. Cild V. 2011-ci il, səh. 64;223]
Bir vaxtlar türbə, hal-hazırda onun giriş hissəsinin yalnız kiçik bir parçasının salamat qaldığı bişmiş kərpicdən olan kvadrat hasarla əhatə olunmuşdu. Hasarın arxasında, ərazisi indi də yerli sakinlərin qəbiristanlıq kimi istifadə etdikləri orta əsrlərə aid böyük bir nekropol var.
[M. Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 17;19]
[M. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. Cild V. 2011-ci il, səh. 15; 28; 66; 223]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 145-147]
[Erməni terrorunun obyekti – Azərbaycan xalqının maddi-mədəniyyət abidələri. 2007-ci il, səh. 19]
Türbənin içərisində və ətrafında səpələnmiş formada onun (yəni şeyxin) davamçılarına məxsus məzar daşları var: Abd ər-Rəhman b. Şeyx Hüseynə, Şeyx Muhiyəddinə, Şeyx Əkbərə və başqalarına. Yazıların paleoqrafiyasına, oymanın texnikasına və daşların bədii tərtibatına görə Məşədixanım Nemətova onları XIII-XIV əsrlərə aid edir. Nekropolda yerləşən məzar daşları XIV-XX əsrin əvvəllərinə aiddir. Bir çox abidələr isə torpaqla örtülmüşdür.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 146]
Qapı yerinin oxvari tağı üzərində heç bir yazı yoxdur. Türbənin girişində, kandarda suls elementli nəsx xəttilə ərəb dilində yazısı olan məzar daşı yerləşmişdir: “Pərəstiş edilən Rəcəb ayı, yeddi yüz yeddinci il” (27.12. 1307-26.1.1308-ci il). (Analoji mətn, əvvəlki ilə eyni formada, hasarın arxasında türbənin yanındakı qəbir daşının üzərində də var:“Rəcəb (ayı), yeddi yüz yeddinci il”)
“Azərbaycanda pirlər” kitabında aşağıdakılar qeyd olunur: “Belə güman etmək olar ki, abidə müqəddəs şeyxin məqbərəsinin astanasında dəfn olunmuş şəxsə aiddir. Ad yazılmadığına görə dəfn olunan şəxsin qadın olduğunu ehtimal etmək olar. Daş elə bil bina tikiləndə buraya qoyulmuşdur.”
[M. Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 16-17]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədixanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 146]
Hasarın yanındakı oyuqda, həyət tərəfdən türbənin girişinin qarşısında yerləşmiş fallos şəklində mərmərdən olan qəbir daşı var. Onun üstündə suls elementli nəsx xəttilə ərəb dilində olan kitabədə aşağıdakılar qeyd olunmuşdur:
“Bilik bulağından içdi. Bu, qəbir Şeyx Qiyasəddinin oğlu alicənab (“Azərbaycanda pirlər” kitabında mərhəmətli kimi qeyd olunur) şeyxzadə Şeyx Əbdüssəlamındır. 20 ramazan 759 h.q. (27.08.1358-ci il) vəfat etmişdir.”
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 146]
[M.Nemət. Azərbaycanda pirlər. 1992-ci il, səh. 17]
[Erməni terrorunun obyekti – Azərbaycan xalqının maddi-mədəniyyət abidələri. 2007-ci il, səh. 19]
Azərbaycanın müstəqilliyi dövründə bərpa işlərinin aparılması mümkün olmamışdır, belə ki, 1993-cü ildə Cəbrayıl rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, bundan sonra isə türbə və onun ətrafındakı qəbirlər vandalizmə məruz qalmışdır.