Qarabağ: küfr, barbarlıq və ikili standartlar – foto dəlillər

Prezident Makron Azərbaycanın bu əraziləri azad edəndən sonra “Dağlıq Qarabağın dini və mədəni irsinin qorunması üçün qətiyyətli qərarlar qəbul etmək” istəyi barədə bəyan edib.  Lakin, 30 ilə yaxın müddət ərzində onlarla məscidin, müsəlman məqbərələrinin və qəbristanlıqların barbarcasına məhv edilməsini Fransa və digər Avropa ölkələrinin hakimiyyəti diqqətsiz qoymağa üstünlük verirdilər.   

Будущие планы Армении: разрушенные города, мечети и несколько недавно построенных церквей.

Şuşadakı dağıdılmış Saatlı məscidi

Azərbaycan fotojurnalisti Quliyevin Babək “Qarabağ: dünən, bu gün, sabah” (fotoşəkillərdən ibarət) kitabında 2006-cı ilə aid bir çox fotoşəkillər təqdim edilib, burada 1991-1993-cü illərdə erməni işğalının başlanmasından bəri Qarabağın şəhər və kəndlərinin məhv edilən məscidləri və müsəlman qəbristanlıqları əks edilib.  Bu foto dəlillər hazırki paylaşım əlavə olunur.

Həmin kitabın son səhifəsində növbəti məlumatlar qeyd edilib: «Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi, 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 (4 milyon 6 yüz min) milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir». İndi isə, işğal olunmuş ərazilərin azad edilməsindən sonra məlum olur ki, daha da böyük sayda dini və tarixi-mədəni obyekt məhv edilib (təkcə məscidlərin sayı – 67). Avropa ölkələrinin liderləri bu barədə heç bir narahatlıq göstərməyiblər. Lakin indi, Qarabağ Azərbaycana qaytarıldığından sonra, noyabrın 19-da Emmanuel Makron “Dağlıq Qarabağın dini və mədəni irsinin qorunması üçün qətiyyətli qərarlar qəbul etmək” istəyi barədə bəyan edib.

Mosquée sacrée d'Agdam détruite

Dağıdılmış Ağdamın müqəddəs məscidi

Noyabrın 24-də Qafqaz Müsəlmanlar İdarəsi, Azərbaycanın yəhudi icmalarının rəhbərləri, həmçinin Alban-udin xristian icmasının lideri beynəlxalq ictimaiyyətə erməni işğalı illəri ərzində Qarabağın böyük sayda dini və tarixi-mədəni obyektlərinin məhv edilməsi barədə müraciət ediblər.  

«… Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub», – müxtəlif məzhəbli din xadimlərinin birgə bəyanatında qeyd olunur. Onlar vurğulayıblar ki,  “Ermənistan bizim ölkəmizə qarşı dini mövqedə yalançı təbliğatla məşğuldur, iddia edir ki, güya Azərbaycan bizim azad edilən ərazilərdə dini-mədəni abidələrin dağıdılmasına dair addımlar atır, və bununla da , öz təxribatçı hərəkətlərinin məsuliyyətini bizim ölkəmizin üzərinə atır”.

«Azərbaycanın dövlət başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq, sülh şəraitində birgəyaşayış təmin olunacaqdır», – dini xadimlər qeyd ediblər.

Азербайджанские кладбища, разрушенные армянами

Ermənilər tərəfindən dağıdılmış Azərbaycan qəbirsanlıqları

Noyabrın 23-də Prezident İlham Əliyev ayın 20-si azad edilən Ağdamda dağıdılmış məscidi ziyarət edib. Burada o, qeyd edib ki, Qarabağ konfliktində vasitəçi çıxış edən Minsk qrupunun nümayəndələri  bu şəhəri bir neçə il əvvəl, erməni işğalı altında olarkən ziyarət ediblər. “Onlar iki dəfə burada missiyalarını yerinə yetiriblər və mənə Ağdam məscidini ziyarət etdiklərini söyləyiblər. Bəs nəyə görə bu məsələni qaldırmayıblar?

Nəyə görə bu Qərb liderlərinin narahatlığına səbəb olmayıb? Deməli, müsəlman məscidlərini murdarlamaq olar, orada inək, donuz otarmaq, dağıtmaq olar. Əgər belədirsə, qoy gedib öz ölkələrindəki problemlər ilə məşğul olsunlar, bizim işlərimizə isə  burun soxmaq lazım deyil”, – Azərbaycanın lideri qeyd edib.

 

 

 

Digər fotolar Babək Quliyevin

Şuşada dağıdılmış Azərbaycan qəbirsanlığı Qarğabazar kəndində XVII əsrin Karvansarayı (Fizuli) Şuşada dağıdılmış Azərbaycan qəbirsanlığı
Şuşada dağıdılmış məscid Şuşada dağıdılmış məscid Şuşada dağıdılmış məscid
Азербайджанские кладбища, разрушенные армянами
Şuşada dağıdılmış məscid Şuşada dağıdılmış məscid Şuşada dağıdılmış məscid