Qarabağ kimindir: tarixin dərinliklərindən az bilinən 10 fakt
- Qədim dövrlərdə Qarabağda alban tayfaları məskunlaşmışdı. Sonralar albanlarla Mərkəzi Asiya türklərinin qarışması nəticəsində Azərbaycan milləti təşəkkül tapdı.
- Eramızdan əvvəl I əsrin ikinci yarısında ermənilər Qarabağı ələ keçir dilər və eramızın IV əsrin sonuna qədər hərbi gücü hesabına hakimiyyətləri altında saxladılar. Erməni tarixçi Arakelyanın qeyd etdiyi kimi, Ermənistan hökmdarları Qarabağa nəzarət etmək üçün “ən dəhşətli və qəddar üsullardan” istifadə edirdilər.
- Ermənistan hökmdarları Qarabağın yerli alban əhalisinin erməniləşdirilməsi siyasəti yürüdürdülər. Bunun üçün orada erməni müstəmləkəçilərinin yaşayış yerləri yaradılmış və xristian dininin təbliğatından istifadə edilmişdir. Buna baxmayaraq, görkəmli Sovet şərqşünası İlya Petruşevski müəyyən edib: “Qarabağ heç vaxt erməni mədəniyyət mərkəzlərinə aid olmamışdır“.
- Ərəb səyyahı Əl-Məsudinin yazdığına görə, X əsrdə Qarabağda hələ də Albanlar yaşayırdı.
- XI əsrdə Qarabağda türklərin məskunlaşması və tədricən yerli albanlarla qarışması başlandı. Yerli tarixi vilayətlərin və yaşayış yerlərinin ilkin adları orta əsrlərdə Qarabağda türk tayfalarının yaşadığını sübut edir.
- Son orta əsrlər dövründə, xüsusən XVII əsrdə İran ermənilərinin Qarabağa ilk köçləri baş verdi. Amma hətta erməniləşdirilmiş albanların nəvələri də bu miqrantları yad kimi qəbul edirdilər. Buna görə də erməni miqrantlar ayrı məskunlaşdılar və 300 il sonra onların nəslindən olanlar Qarabağ torpağında gəlmə olduqlarını xatırlayırdılar.
- Yerli ermənidilli qarabağlılar türk qonşuları ilə normal münasibətdə yaşayırdılar. Hər iki tərəfdəki hakim zadəganların üzvləri bir-biri ilə evlənirdilər. Rus məmurlarının sözlərinə görə, 1823-cü ildə qarışıq əhalisi olan kəndlər var idi. 1928-ci ildə Qarabağı tədqiq edən Sovet şərqşünası Petruşevskinin qeyd etdiyi kimi, bir çox yerli ermənidilli sakinlər müsəlman müqəddəslərinə sitayiş edirdilər.
- Rusiya imperiyasının Daxili işlər nazirliyinin məlumatına görə, 1811-ci ildə Qarabağda 12.000 ailə yaşayırdı. Onlardan yalnız 2500-i, yəni 20%-i erməni, qalanları isə müsəlman idi.
- 1823-cü ilin aprelində Qarabağda Rusiya vergi sisteminin tətbiqi üçün iki məmur tərəfindən tərtib edilmiş “Qarabağ vilayətinin Təsviri” sənədindən belə görünür ki, o zaman orada 614 kənd var idi. 450 – türk, 150 – erməni. Ailələrin ümumi sayı 20.095 idi: onlardan 15.729 (78.3%) türklər, 4.366 (21.7%) ermənilər idi.
- 1828-1830-cu illərdə Rusiya İmperiyasının rəhbərliyi İran və Türkiyədən 140.000 ermənini Cənubi Qafqaza köçürdü. Bu miqrantların böyük hissəsi Qarabağda məskunlaşdı. Əgər 1823-cü ildə orada 20.095 ailənin yaşadığı, hər ailədə orta hesabla 7-10 nəfərin yaşadığını nəzərə alsaq, kütləvi erməni miqrasiyası ərəfəsində Qarabağ sakinlərinin təxmini sayı 140.000-200.000 nəfər idi. Onların 78% müsəlman idi. Bu rəqəmlər İran və Türkiyə ermənilərinin kütləvi şəkildə köçürülməsindən sonra Qarabağ əhalisinin etnik tərkibinin nə dərəcədə dəyişdiyi barədə aydın təsəvvür yaradır. Nəticədə türklər və ermənilər arasında münasibətlər mənfi istiqamətdə dəyişməyə başladı.
Yuxarıda göstərilən bütün faktlar, Rusiya İmperiyasının Moskvadakı Rusiya Dövlət Kitabxanasında saxlanılan rəsmi sənədlərinə, habelə Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunun İrəvanda saxlanılan elmi əsərlərinə əsaslanır. Skanlar və daha detallı məlumatlar Qarabağda üstünlük hüququ: Rusiya və erməni sənədləri Avropa miflərini dağıdır materialında təqdim olunur.