Laçının işğalının tarixi: Erməni aqressiyasının Dağlıq Qarabağın hüdudlarından kənara çıxması
18 may 1992-ci ildə erməni silahlı birləşmələri Qarabağın dağlıq hissəsinin ərazisinə aid olmayan Azərbaycanın Laçın rayonunu işğal etmiş və şəhəri yandırmışlar. Rayonun işğalı ermənilər üçün strateji xarakter daşıyırdı, belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən ən qısa yol – Laçın dəhlizi buradan keçir. 28 il ərzində dəhliz vasitəsilə hərbi və təsərrüfat xarakterli yüklər daşınırdı.
[Tomas de Vaal. Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında. Moskva – 2005. səh. 249]
9 May 1992-ci ildə Şuşa (8 may 1992-ci il) işğal olunduqdan sonra erməni silahlı birləşmələri Şuşadan şərqə doğru hərəkət edərək Laçın rayonuna hücuma başladılar. O vaxta qədər qadınların, uşaqların və qocaların böyük bir hissəsi rayon mərkəzini tərk etmişdi. Lakin sakinlərin böyük bir hissəsi, Ermənistanın Qoris rayonu tərəfindən, erməni silahlı birləşmələrinin bombardman etmələrindən rayonun Mədəniyyət Evində gizlənərək qorunurdu. Həmin gün aviasiya atəşləri nəticəsində 7 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdır.
[“Bakinski raboçi”qəzeti. 9.05.1992. № 92 (22371), səh. 1]
[“Bakinski raboçi” qəzeti. 12.05.1992. № 93 (22372), səh 1]
[“Bakinski raboçi” qəzeti. 15.05.1992. № 96 (22375), səh. 2]
13 may 1992-ci ildə erməni silahlı birləşmələri Şuşa və Laçın arasında yerləşən Zarıslı kəndi yaxınlığında cəmləşdilər. Elə həmin gün ermənilər ultimatum irəli sürdülər. Onlar Laçının sakinlərindən bir həftə ərzində buranı tərk etməyi tələb edirdi, əks halda erməni silahlı birləşmələri Laçına Ermənistanın Qoris rayonu tərəfindən də hücuma keçməklə hədələyirdilər. Həmin gün erməni silahlı birləşmələri rayonun ərazisini “Qrad” və “Kristal” raketləri ilə atəşə tutmağa başladılar, Laçın şəhəri demək olar ki, tamamilə dağıdılmışdı.
[“İzvestiya” qəzeti. 13.05.1992. № 111 (23685), səh. 1]
[“Literaturnaya qazeta”. 13.05.1992. № 20 (5397), səh. 2]
[“Bakinski raboçi” qəzeti. 12.05.1992. № 93 (22372), səh. 1]
18 may 1992-ci ildə Laçın şəhəri ərazisində Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər davam edirdi. Döyüşlərdə təkcə azərbaycanlılar deyil, rayonun yerli, kürd əhalisi də iştirak edirdi. Lakin buna baxmayaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonunu işğal etdilər. Müxtəlif mənbələrə görə, əhalisinin sayının 47 000 – 59 500 min adam təşkil etdiyi bütün azərbaycanlı və kürd əhalisi Laçından qovulmuşdur.
[“İzvestiya” qəzeti. 18.05.1992. № 115 (23689), səh. 1]
[Ş. N. Salamov. Qarabağ ideyaların müharibəsi. Millətçilik – Terrorizm – Soyqırım. Tbilisi-2016. səh. 37]
25 may 1992-ci ildə BMT-nin müşahidəçiləri Azərbaycanın Baş naziri, səhiyyə və kənd təsərrüfatı nazirləri, ictimai təşkilatların sədrləri ilə, habelə Dağlıq Qarabağdan, Şuşadan və Laçından olan qaçqınlarla görüşdülər.
[“İzvestiya” qəzeti. 25.05.1992. № 121 (23695), səh. 2]
1 dekabr 2020-ci il tarixində Azərbaycanın İkinci Qarabağ müharibəsində (27.09.2020-10.11.2020) qələbəsi nəticəsində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli müqavilənin şərtlərinə əsasən Laçın rayonu işğaldan azad edilmiş və Azərbaycana təhvil verilmişdir. Laçın dəhlizi boyunca Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.