Qarabağ xanı Pənah Əli Xanın yüksələn qüdrətinin rəmzi: Şahbulaq qalası
Ağdam şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra, 23 iyul 1993-cü il tarixində Şahbulaq qalası vandalizmə məruz qaldı. Ağdamın erməni işğalından azad edilməsi ilə 20 noyabr 2020-ci ildə Ağdam şəhərindən təxminən 10 km aralıda yerləşən Qarabağ xanlığının ikinci inzibati mərkəzi olan Şahbulaq qalasının bərpası istiqamətində işlər aparılır.
Azərbaycanda simfonik musiqinin banilərindən biri: Soltan Hacıbəyov
Qarabag.com Azərbaycan musiqisinin inkişafında böyük rol oynamış görkəmli şəxsiyyətlərdən biri, əslən Qarabağdan olan böyük bəstəkar Üzeyir Hacıbəyovun qardaşı oğlu haqqında materialı təqdim edir.
Kəlbəcərin XX əsr üçün demoqrafik statistikası
Qarabag.com Kəlbəcərin (şəhər, rayon) 1912-ci ildən 1989-cu ilə qədər demoqrafik məlumatları haqda arayışı təqdim edir.Materialın tərtibində rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur.
Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, əslən Şuşadan olan Süleyman Sani Axundov
Yazıçı, ictimai xadim, dramaturq, aktyor Süleyman Sani Axundov 3 Oktyabr (21 oktyabr) 1875-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur.
Şuşanın Saatlı məscidi: burada Molla Pənah Vaqif dərs deyirdi
Saatlı məscidi Şuşa şəhərinin qədim memarlıq və dini abidələrindən biri hesab olunur. Məscid eyni adlı məhəllədə yerləşir. 14 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı Saatlı məscidini ziyarət etmişdir və ona Məkkə şəhərindən gətirilmiş Quranı hədiyyə etmişdir.
Statistika yalan söyləmir: Cəbrayılın demoqrafik göstəriciləri
Qarabag.com Cəbrayılın (qəza, rayon, şəhər) 1872-ci ildən 1989-cu ilə qədər demoqrafik məlumatları haqda arayışı təqdim edir. Sadalanmış məlumatlara görə, bu diyarda azərbaycanlıların sayının əsrlər boyu ermənilərin sayından çox olduğu faktı göz qabağındadır. Materialın tərtibində rəsmi rus və sovet mənbələrindən istifadə olunmuşdur. Bundan əvvəl Qarabag.com, XIX əsrin əvvəllərində Qarabağda yaşayan ailələrin ümumi sayının təxminən 20%-ni ermənilərin təşkil etdiyini təsdiqləyən, ermənilərin köçürülməsinə qədərki Qarabağın etnik tərkibi ilə bağlı “Sənədlər Qarabağın “erməni möcüzəsi”nin sirrini açır” materialını paylaşmışdı.
Azərbaycanın Ukraynadakı ilk səfiri: əslən Şuşadan olan Yusif Vəzir Çəmənzəminli
Qarabag.com Azərbaycan yazıçısı, siyasətçi, publisist, dramaturq, pedaqoq, tarixçi, tərcüməçi, rəssam, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Yusif Vəzir Çəmənzəminli haqqında məqalə hazırlamışdır.
31 il bundan əvvəl azərbaycanlı jurnalist Salatın Əsgərova Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirilib
1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” (Azərbaycan gəncləri) qəzetinin müxbiri Salatın Əsgərova vəzifə öhdəliklərini yerinə yetirən zaman ermənilər tərəfindən qətlə yetirilmişdir. O Birinci Qarabağ Müharibəsinin ilk azərbaycanlı şəhid qadın jurnalisti və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk qadın jurnalist olub.