Ermənistan Prezidenti açıq şəkildə tarixi zorlayır: yalnız faktlar

Noyabrın 3-də prezident Sarkisyan Ermənistanın Qarabağ münaqişəsi barədə mifləri necə yaratdığını açıq-aşkar nümayiş etdirdi. Bu, dünya birliyinin “qısa müddətli yaddaşı”na arxalanaraq həyata keçirilir. Sənədlər göstərir ki, Sarkisyanın Qarabağ tarixi ilə bağlı səsləndirdiyi 14 cümlədən 9-u ağ yalandan ibarətdir.

Noyabrın 3-də axşam Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın RBK xəbər saytının telekanalına müsahibə verib. O, müsahibəyə Qarabağ münaqişəsinin köklərinin sovet tarixinin dərinliklərinə gedib çıxmasından başlayıb. Sarkisyan bildirib:

“Müasir problem 1920-ci ildə yaradılıb. Sovet İttifaqının o vaxtkı rəhbərliyinin qərarı ilə Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibinə verildi. O vaxt bu addımı atmadan da problemi həll etmək mümkün idi. Bundan sonra Qarabağda ermənilərlə azərbaycanlıların dinc şəkildə birgə yaşaması üçün lazımi şərait yaratmağa Azərbaycanın 70 il, 70 ildən də çox vaxtı var idi. 1920-ci ildə Qarabağda təxminən 350 min insan yaşayırdı, onların 90-95 faizi ermənilər idi. 1990-cı ildə isə orada cəmi 150 min adam yaşayırdı. İnsanlar oranı tərk etmişdi. Bu təbiidir, çünki orada heç bir şərait yox idi. Erməni məktəbləri fəaliyyət göstərmirdi. Gənclərin işləmək, öz həyatlarını qurmaq, normal ailə qurmaq imkanı yox idi. Ona görə də insanlar buradan çıxıb gedirdilər. Sovet İttifaqı dağıldıqdan sonra Bakının məqsədlərini tamamilə açıq şəkildə bildirən hadisələr başlandı. Ermənilərin kütləvi etnik təmizlənməsi aparılırdı. Bu hadisələr 1980-ci illərin sonlarında Sumqayıtda, Bakı və Marağada baş verib. Mən qaçqınlardan danışıram – bir milyondan artıq erməni Azərbaycanı, bütün bu şəhərləri tərk etmişdi…“.

 

Qarabag.com Ermənistan prezidentinin bəyanatını real faktlara uyğunluğuna görə ekspertizadan keçirib. Aşağıda o dövrün sənədləri ilə əlaqəli onun nitqinin tarixi hissəsinin əsas fraqmentləri verilmişdir.

Müasir problem 1920-ci ildə yaradılıb. Sovet İttifaqının o vaxtkı rəhbərliyinin qərarı ilə Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibinə verildi“.

  1. Dağlıq Qarabağa dair qərar 1920-ci ildə deyil, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosunun Plenumunun 5 iyul 1921-ci ildə keçirilmiş səsverməsinin yekunlarına əsasən qəbul edilmişdir.

  2. 5 iyul 1921-ci ildə qəbul edilmiş qərar, Dağlıq Qarabağı Azərbaycan Sovet Sosialist Respublikasına “verməyi” deyil, “Dağlıq Qarabağı Azərbaycan SSR hüdudları daxilində saxlamağı nəzərdə tuturdu [RKP (b) Mərkəzi Komitəsinin Qafqaz Bürosu Plenumunun iclasının protokolundan / / Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixi haqqında (sənədlər və materiallar). Bakı, 1989. Səh. 92].

  3. Dağlıq Qarabağın taleyi (o vaxt de-yure hələ mövcud olmayan) Sovet İttifaqının ali rəhbərliyinin qərarı ilə deyil, Qafqaz Bürosu üzvlərinin real səsverməsi yolu ilə müəyyən edilirdi. Bunu həmin büro üzvlərinin bir gün əvvəlki səsvermə nəticələri də təsdiqləyir. Həmin gün iclas iştirakçılarının hər biri öz fikrini müdafiə etdiyinə görə razılığa gələ bilməmişdilər. Ona görə də iyulun 5-də Dağlıq Qarabağa dair daha bir səsvermə keçirmək barədə rara gəldilər. Əgər qərar əvvəlcədən yüksək səviyyədə qəbul edilsəydi, onu hələ iyulun 4-də keçirilən iclasda təsdiqləyərdilər.

  4. İyulun 5-də keçirilən səsvermədə Qafqaz bürosunun 7 üzvü – üç gürcü, iki rus, bir azərbaycanlı və bir erməni iştirak edirdi. Erməni, Amayak Nazaretyan iyulun 4-də keçirilən iclasda Qarabağı Azərbaycanın hüdudları daxilində saxlamağın lehinə” s vermişdi. [RKP(b) MK-nın Qafbüro Plenumunun axşam iclasının protokolundan// Tarixə…, səh. 90-91]. 

  5. Hazırda adı Yerevan küçələrindən birinə verilmiş erməni sovet xadimi Anastas Mikoyan hələ 1919-cu ilin mayında Sovet Rusiyasının rəhbəri Leninə yazırdı: “Erməni hökumətinin agenti olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsini istəyirlər. Lakin bu, Qarabağ əhalisi üçün Bakıdakı həyat mənbəyindən məhrum olmaq və heç vaxt heç bir bağlılıqları olmadıqları İrəvan ilə əlaqələnmək deməkdir. Erməni kəndliləri beşinci qurultayda Sovet Azərbaycanını tanımaq və ona qoşulmaq barədə qərar qəbul elədilər [RKP(b) MK-nın üzvü A. İ. Mikoyanın RKP(b) MK-ya və Sovnarkomun sədri V. İ. Leninə məruzəsindən // Tarixə…, səh.16]. 

  6. Dağlıq Qarabağ Azərbaycana “verilməyib”, Azərbaycanın tərkibində qalıb. Çünki ona qədər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində, daha əvvəl isə türklərin idarə etdiyi və təxminən 80% türk əhalisindən ibarət olan Qarabağ xanlığının ərazisində olub.

  7. Dağlıq Qarabağla qonşu olan Zəngəzur haqqında isə 30 noyabr 1920-ci ildə bu bölgənin “Ermənistana verilməsi barədəqərar qəbul edilib. [Siyasi Büronun və AKP Mərkəzi Komitəsinin birgə iclasının protokolundan //Tarixə…, səh. 63-64]. Ancaq Zəngəzur əvvəl Qarabağ xanlığının tərkibində idi 1914-cü ildəki siyahıyaalmaya görə, orada 56.2% müsəlmanlar, 42.8% ermənilər yaşayırdı [1915-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1914. Statistika şöbəsi, səh. 230-233].      

1920-ci ildə Qarabağda 350 min nəfər yaşayırdı”.

  1. 1914-cü ildən 1921-ci ilədək Qarabağ sakinlərinin hesablamaları aparılmayıb.
  2. 1921-ci ildə Dağlıq Qarabağ Muxtar vilayəti əhalisinin kənd təsərrüfatı məqsədli siyahıyaalınması aparılıb. Müəyyən edilib ki, əhalinin sayı 135.591 nəfər təşkil edir [A. Koçaryan, səh. 8]. Beləliklə, prezident Sarkisyan Dağlıq Qarabağ sakinlərinin o vaxtkı sayını 60%-dən çox artırmışdır.

90-95 faizi ermənilər idi

  1. Həqiqətən də, 1921-ci ildəki siyahıyaalmaya əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 94.4% ermənilər idi [A. Koçaryan, səh. 8]. Lakin bu, həqiqətin yalnız bir hissəsidir.

  2. Sarkisyan boş yerə 1920-ci ilə olan məlumatı əsas götürmür və daha əvvəl orada olan vəziyyəti unudur. Həmin tarixdən 100 il əvvəl ermənilər Qarabağ əhalisinin maksimum 21%-ni təşkil edirdilər. 1828-1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyə ermənilərinin kütləvi şəkildə. nubi Qafqaza köçürülməsini həyata keçirdi. Onların əsas məskunlaşdığı yerlərdən biri Qarabağ oldu. Lakin buna baxmayaraq, hələ 1914-cü ildə onlar Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması üçün əsas ərazi olmuş [1915-ci il Qafqaz təqvimi. Tiflis, 1914. Statistika şöbəsi, səh. 230-233], Şuşa qəzasında əhalinin yalnız yarısını təşkil edirdilər. 1914-cü və 1921-ci illər arasındakı zaman kəsiyində müsəlmanların ermənilərə olan nisbəti 43%-dən 5.6%-ə qədər azaldı. Bu, 1918-1920-ci illərdə erməni Daşnaksütyun partiyasının silahlı birləşmələri tərəfindən Qarabağdan müsəlmanların kütləvi sürgünü nəticəsində baş verdi.   

“1990-cı ildə orada cəmi 150 min adam yaşayırdı”

1989-cu ildə keçirilmiş Ümumittifaq siyahıyaalmasına görə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində 188.000 insan yaşayırdı. [1988-ci ildə Azərbaycan SSR xalq təsərrüfatı. Bakı, 1990. Səh.375].

“Erməni məktəbləri işləmirdi”

  1. 31 iyul 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayətinin rəsmi dili erməni dili elan edildi [Sovetlər AMİK-nin “ASSR-də dövlət müəssisələrinin milliləşdirilməsi haqqında” dekreti//Tarixə…, səh.162-163]. Muxtariyyətin idarə edilməsi prinsiplərini tənzimləyən 26 noyabr 1924-cü il tarixli normativ sənəddə “Dağlıq Qarabağ Muxtar Vilayətində bütün kargüzarlıq, məhkəməməktəblərdris ana dilində aparılır” deyə qeyd edilib [Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında əsasnamə //Tarixə…, səh.268]. Sovet hakimiyyəti illərində erməni dilinin statusunun dəyişmədiyini 1981-ci ildə dərc edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanunu”ndan bilinir. Bundan belə çıxır ki, kargüzarlıq dili əvvəlki kimimuxtar vilayətin dili” idi (səh. 49-50)

  2. Yalnız erməni dilində tədris olunan ümumtəhsil məktəblərinin kütləvi açılışı sovet hakimiyyətinin ilk illərindən başladı. 1922-ci ildə bütün Qarabağ miqyasında erməni dilində tədris olunan 231 ibtidai/orta təhsil müəssisəsi fəaliyyət göstərirdi [31 yanvar 1922-ci il tarixində Azərbaycan maarif müəssisələrinin siyahıya alınması. 1-ci buraxılış: təhsil müəssisələri. Bakı, 1922]. Tədris ədəbiyyatı Ermənistandan təmin edilirdi, ancaq ödəniş Azərbaycan büdcəsindən həyata keçirilirdi [Azərbaycan SSR hökumətinin 1922-1923-cü il tarixli hesabatından// Tarixə…, səh.141]

  3. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində böyük əksəriyyəti erməni dilində fəaliyyət göstərən 207 məktəb [Xalq təsərrüfatı… Səh.386] var idi. Bundan əlavə, vilayətdə 6 orta təhsil müəssisəsi və bir ali məktəb fəaliyyət göstərirdi [Xalq Təsərrüfatı … Səh. 386].

Mən qaçqınlardan danışırambir milyondan çox erməni Azərbaycanı tərk edib”

  1. Bir milyondan artıq erməni 1980-ci illərin sonlarında Azərbaycanı heç cür tərk edə bilməzdi, çünki 1989-cu il siyahıya alınmasına görə orada 296.148 nəfəri şəhərlərdə olmaqla 390.505 erməni yaşayırdı.

  2. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində (30.04.1993) “yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması ilə bağlı narahatlıq və “çoxlu sayda mülki şəxslərin…, xüsusilə Kəlbəcər rayonunda yerdəyişməsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunurdu.

  3. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində (29.07.1993) Azərbaycan Respublikasının Ağdam rayonunun işğalıtəlaşla qeyd edilirAzərbaycan Respublikasında çoxlu sayda mülki şəxsin yerdəyişməsi ilə əlaqədar bir daha ciddi narahatlıq ifadə edilirdi. Bu qətnamədə həmçinin Ağdam rayonunun və Azərbaycan Respublikasının yaxın zamanlarda işğal olunmuş bütün digər rayonlarının işğalıqınanılır.

  4. BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsində (14.10.1993) növbəti dəfə “Azərbaycan Respublikasında çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı ciddi narahatlıq” ifadə edilib.

  5. BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində (12.11.1993) Azərbaycan Respublikasının Zəngilan rayonunun və Horadiz şəhərinin işğalıtəlaşla qeyd edilirdi; “böyük sayda mülki şəxslərin… Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində ən son yerdəyişməsi ilə bağlı ciddi narahatlıq ifadə olunurdu. Bundan başqa, həmin sənəddə “Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı, dinc əhaliyə qarşı hücumlar və Azərbaycan Respublikasının ərazisinin atəşə tutulmasıqınanılırdı.

  6. BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı heç bir qətnaməsində noyabrın 3-də prezident Sarkisyan tərəfindən bəyan edilmişermənilərin kütləvi etnik təmizlənməsi bir milyondan çox erməninin Azərbaycanı tərk etməsi” barədə bir dəfə də olsun heç bir söz qeyd edilməyib.