Dağıdılmış Ağdamın yeganə salamat qalmış binası: Cümə məscidi
Məscid 1868-1870-ci illərdə azərbaycanlı memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 261;270]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 18]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 164]
Azərbaycanlı memar Şamil Fətullayev qeyd edirdi ki, məscid Qarabaği tərəfindən bu ərazinin bazar günləri təşkil olunan bazarı olan böyük qəsəbəyə çevrildiyi dövrdə ucaldılmışdır.
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 261]
Məscidin planı kvadrat şəkillidir və onun tikintisində əsasən yerli əhəng daşından istifadə edilmişdir. Məscidin minarələri bişmiş kərpicdən inşa edilmişdir. Məscidin əsas fasadının ağ rəngi hündür, dərin və tağşəkilli tağtavanla örtülmüş portalın tutqun interyeri ilə bir qədər ziddiyyət təşkil edir. Lakin, portalın daxilindəki giriş qapısının üzərindəki yazı uzaqdan görünür. Bu portalın sağ və sol tərəflərində sıralarla pəncərələr yerləşdirilmişdir. Fasad boyunca üfüqi şəkildə çəkilmiş relyef xətti, eləcə də divarın səviyyəsindən bir qədər yuxarı qaldırılmış pilyastrlar məscidin daxili konstruktiv həlli ilə vəhdət təşkil edir. Ağdam Cümə məscidinin portalı Bərdədəki İmamzadə məscidinin portalına bənzəyir. Məscid binasının yaxınlığında qəbirüstü abidələr var.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 18]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Neymətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 164]
Məscidin ibadət zalı planının əsası üçün ortada dörd sütunları ilə olan ənənəvi kvadrat formasıdır. Bu səkkizguşəli daş sütunların mütənasib boyunun xüsusi olaraq mərkəzdə yerləşdirilməsi zalı üç nefə bölür. Kvadratın hər bir tərəfindən – şərq və qərb tərəflərindən olan dərin tağların üç cərgəsi, zalın sahəsini genişləndirdi və ona düzbucaqlı formasını verdi. Yan tağların zirvəsi içəriyə baxan eyvan şəklində yerinə yetirilmişdir və qadınların ibadət etməsi üçün nəzərdə tutulmuşdur.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 18]
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il, səh. 209]
İbadət zalının cənub divarının ortasında mehrabın yüksək taxçası quraşdırılmışdır. Mehrabdakı bəzək işlərinin müəllifi rəssam-nəqqaş Məhəmməd Şükühi Təbrizidir və onun təmiri 1913-cü ilə aid edilir. Bu onun üzərindəki yazı ilə təsdiq edilir:
“Mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu, ustad Məhəmməd Nəqqaş Təbrizi”
“Hicri 1331 h.q” (1913-cü il, b. e)
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il, səh. 209]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 19]
2014-cü ilin “Qarabağ: münaqişə kontekstində tarix” kitabında qeyd olunur ki, məscidin mehrabında aşağıdakı ərəbdilli yazı var:
“Şövqlə istəyən, mehrabın tamamlanmasının sahibi. Əbədi Allah”.
Elə oradaca medalyonun üzərində ərəbdilli yazı var:
“Allahdan başqa tanrı yoxdur. Məhəmməd Allahın elçisidir. Əli Allahın köməkçisidir.”
Lakin Azərbaycanlı epiqrafçı Məşədi xanım Nemətovanın 2011-ci ilin “Azərbaycanın epiqrafik abidələri korpusu” kitabında yuxarıda qeyd olunan yazıların məscidin fasadında olduğu göstərilir.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 154]
[M. S. Nemət. Azərbaycanın epiqrafik abidələri korpusu. 1. 1991-ci il, səh. 206]
Məscidin ibadət zalı yan eyvanların ortasında və mehrabın yanlarında yerləşdirilmiş pəncərələrlə işıqlandırılır. Məscidin şimal tərəfindən giriş qapısı dərin tağlı şüşəbəndin daxilindədir, açıq şüşəbəndin yanlarında isə iki mərtəbəli otaqlar yerləşmişdir.
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il, səh. 209]
Məscidin daxili məkanı günbəzlə, tağlarla və tağtavanlarla, məscidin daş korpusu isə Qarabağ zonası üçün ənənəvi olan bərk dördçatlı örtüklə örtülmüşdür. Məscidin şimal fasadı künclərində inşa edilmiş minarələr, məscidin simmetrik planlaşdırma strukturunu tamamlayır və ona bütövlükdə kvadrat formasını vermişdir. Minarələrin qəşəng silindrik həcmləri üfüqi qurşaqlarla örtülmüşdür. Belə bədii və dekorativ texnika ilə məscidin kompozisiyasında minarələrin hakim rolu daha da güclənir. Qarabağın digər məscidlərində olduğu kimi, minarələrin ən uzaq zirvələri də yüngül ağac materiallarından olan çardaqla tamamlanır. Azərbaycanlı memar Rizvan Qarabağlının 1995-ci il “Memar Kərbəlayi Səfixan Qarabaği” kitabında qeyd olunur ki, “Bütünlüklə isə minarələr sanki Qarabağ xalçasına bürünüb”.
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il, səh. 209]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 19]
Ağdam məscidinə memarlıq dilinin ciddiliyi və sadəliyi xasdır.
Lakin yuxarıda göstərilən bu xüsusiyyətlər fasadların kompozisiyası həllinin mürəkkəbləşdirilməsi hesabına sonradan itir (Şuşa məscidlərindəki kimi) Memar Şamil Fətullayev aşağıdakıları qeyd edirdi:
“Ağdam məscidində milli memarlığın özünəməxsusluğunu qoruyub saxlayan, ciddi memarlıq dili ilə ötürülən yerli inşaat ənənələri ən qabarıq şəkildə irəli çıxır. Avropa eklektizmi (memarlıqda bədii istiqamət, bir tikilidə keçmişin müxtəlif sənət formalarının istənilən kombinasiyada istifadəsinə yönəldilmiş) və stilizatorluğu ilə toxunulmayan Ağdam məscidi öz təcrübəsinə və yerli adət-ənənələrin biliklərinə, tikinti materiallarından və memarlıq texnikalarından ağlabatan istifadəyə əsaslanaraq düşünülmüş şəkildə inşa edən memarın yaradıcılığının bəhrəsidir. Beləliklə, Qarabaği yabançı və özgə təsirlərdən azad olan tikililərin memarlıq və konstruktiv cəhətdən doğruluğuna nail olur.”
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 261]
R.Qarabağlının 1995-ci il “Memar Kərbəlayi Səfixan Qarabaği” kitabında aşağıdakılar qeyd olunur:
“Ümumiyyətlə, Ağdam Cümə məscidi yerli inşaat materialları ilə təmiz milli memarlıq üsulunda tikilmiş memarlıq abidəsidir. Bir sözlə, bu məscidin simasında biz yerli memarlıq ənənəsi ilə Şərq memarlığının vəhdətini və sağlam bünövrəsini görürük. Bu da onu göstərir ki, Kərbəlayi Səfixan Qarabağda öz memarlıq irsinin təməl daşlarını möhkəm bünövrələr üzərində düzməyə başlamışdır.”
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 20]
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 261]
Birinci Qarabağ müharibəsi illərində (1988-1994) Cümə məscidində erməni silahlı birləşmələri tərəfindən törədilmiş 25-26 fevral 1992-ci il tarixli Xocalı soyqırımı nəticəsində həlak olmuş dinc sakinlərin cəsədləri yerləşdirilmişdir.
[T. Goltz. Azerbaijan diary. A rogue reporter”s Adventures In an Oil-Rich, War-Torn, Post-Soviet Republic. p., 122-123;150]
[Khojaly Genocide. 2013. p., 24-25]
1993-cü ildə Ağdamın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra şəhər yerlə-yeksan edildi, Cümə məscidi isə vandalizmə məruz qaldı. Məscidin minarələri erməni silahlı qüvvələri tərəfindən dayaq nöqtəsi kimi istifadə olunurdu, erməni snayperləri və pulemyotçuları isə onlarda mövqe tuturdular. Ağdam şəhərinin (20 noyabr 2020-ci il) erməni işğalından azad edilməsindən sonra, 24 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev məscidi ziyarət etdi və Məkkə şəhərindən gətirilmiş Quranı ora hədiyyə etdi. 2022-ci ilin mart ayından etibarən məsciddə bərpa işləri aparılır.