Azərbaycanın monumental heykəltəraşlığının banilərindən biri: Cəlal Qaryağdı

Qarabag.com Azərbaycan milli heykəltəraşlıq məktəbinin banilərindən biri, əslən Şuşadan olan Cəlal Qaryağdı haqqında materialı təqdim edir.


Heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı 15 iyul 1915-ci ildə Şuşa şəhərində tacir ailəsində anadan olmuşdur. Lakin 1962-ci ilin “Qısa bədii ensiklopediya” kitabında onun doğum tarixi 2 (15) İyun 1914-cü il kimi, 1995-ci ilin, “SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət” kitabında isə 22 fevral 1914-cü il kimi göstərilir. O, azərbaycanlı xanəndə Cabbar Qaryağdı oğlunun qardaşı oğludur.
[“Bakinskiy Raboçiy” qəzeti, №142 (23931) 3.01.2001., səh. 3]
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 132]
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 3]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il, səh. 58]

1928-1932-ci illərdə Cəlal Qaryağdı Bakı Rəssamlıq Məktəbində (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci), 1932-1935-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasında (indiki Tbilisi Dövlət Rəssamlıq Akademiyası, Gürcüstan) təhsil almışdır. Lakin 2013-cü ilin “Cəlal Qaryağdı. 1914-2001” kitabında onun akademiyada oxuması 1934-1937-ci illərə aid edilir.
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 132]
[“Bakinskiy Raboçiy” qəzeti, №142 (23931) 3.01.2001., səh. 3]
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 98]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il, səh. 58]

Onun ilk işləri arasında “A. S. Puşkin” , “Molla Pənah Vaqif” (1938-1939), “Heyvandarlıq”, “Bağçılıq” (1938-1939), “Bisutun qayalarını parçalayan Fərhad” (1946) barelyefləri, Samur-Dəvəçi kanalı üçün (indiki Samur-Abşeron kanalı) “Kolxozçu” heykəli (1939-1940-cı illər) və Bakıda Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyinin fasadında Azərbaycan şairi Molla Pənah Vaqifin heykəli (1940-1941) vardır.
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 132 – 133]
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 9-10;13;19;15]
[“Bakinskiy Raboçiy” qəzeti, №142 (23931) 3.01.2001., səh. 3]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il, səh. 58]

Böyük Vətən müharibəsi illərində (1941-1945) Cəlal Qaryağdı cəbhə qəzetləri üçün siyasi karikaturalar çəkirdi. O, aşağıdakı müharibə iştirakçılarının büst – portretlərini yaratmışdır: Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, ilk azərbaycanlı qadın – snayper Ziba Qəniyevanın, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun və Adil Quliyevin barelyefləri.
[“Bakinskiy Raboçiy” qəzeti, №142 (23931) 3.01.2001., səh. 3]
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 133]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]

1948-cı ildə Qaryağdı “Çoban” kompozisiyası ilə Ümumittifaq Təsviri İncəsənət Sərgisində iştirak etmişdir.
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 98]

1950-cı ildə Cəlal Qaryağdı Sovet İttifaqının banisi V. İ. Leninin ən yaxşı abidə layihəsi üçün müsabiqənin qalibi olmuşdur. 1955-ci ildə o, Azərbaycan SSR Hökuməti evinin (indiki Azərbaycanın Hökuməti evi) qarşısında ucaldılmışdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra abidə sökülmüşdür. Onun yerində Azərbaycan Respublikasının bayrağı ucaldılmışdır.
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 32;98]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 133]
[L.Bretanitskiy. A. Salamzadə. Sovet Azərbaycanının memarlığı. 1973-cü il, səh. 130-131]

1954-cı ildə Cəlal Qaryağdıya Azərbaycan SSR-in əməkdar incəsənət xadimi adı verilmişdir.
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 98]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]

1957-cı ildə Cəlal Qaryağdı Rəssamların birinci Ümumittifaq qurultayında Azərbaycanı təmsil etmişdir. O, Azərbaycan ədəbiyyatının, incəsənətinin və musiqisinin bir çox xadimlərinin – şairə Xurşudbanu Natəvanın, dirijor maestro Niyazinin, kamançaçı Qabil Əliyevin, opera müğənniləri Bülbülün, Rəşid Beybudovun, bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun heykəltəraşlıq portretlərini yaratmışdır.
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 17;19;59;98]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]

1960-cı ildə Cəlala Azərbaycan SSR-in xalq rəssamı adı verilmişdir. O, iki dəfə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 98]

Cəlal Qaryağdı Azərbaycanın görkəmli xadimlərinə – Bakıda şair Mirzə Ələkbər Sabirin (1958) və yazıçı Nəriman Nərimanovun (1972), Qazax şəhərində Səməd Vurğunun (1966\1972), Lənkəran şəhərində Həzi Aslanovun (1983), Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin (1977), Xızıda dramaturq Cəfər Cabbarlının (1999) abidələrinin müəllifidir.
[F.Şuşinski. Şuşa.1968-ci il, səh. 133]
[Cəlal Qaryağdı.1914-2001. 2013-cü il, səh. 50;52;98]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il, səh. 282]

Cəlal Qaryağdı 1 yanvar 2001-ci ildə vəfat etmişdir. O, Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur.
[“Bakinskiy Raboçiy” qəzeti, №142 (23931) 3.01.2001., səh. 3]