Qarabag – evidence base of historical rights of Azerbaijanis

 Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi

“Karvan” simfonik lövhəsi azərbaycanlı bəstəkar Soltan Hacıbəyov tərəfindən 1945-ci ildə (ikinci nəşr, 1952-ci ildə) yazılmışdır. 1946-cı ildə o, ilk dəfə azərbaycanlı dirijor Niyazi Tağızadə-Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilmişdir.

Kamança ifaçısı Elman Bədəlov

Kamança ifaçısı Elman Kərim oğlu Bədəlov 4 iyun 1929-cu ildə Ağdam şəhərində anadan olmuşdur. “Azərbaycan muğamı ensiklopediyası”nda onun anadan olduğu yer kimi Ağdam rayonu göstərilir. Elman Bədəlovun valideynləri əslən Şuşadan idilər

“Aşıq Qərib” operası

Zülfüqar Hacıbəyov tərəfindən 1915-ci ildə yazılmış “Aşıq Qərib” muğam operası (bəzi mənbələrdə həmçinin 1916-cı ildə yazıldığı göstərilir) ilk dəfə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası tərəfindən Bakıda 13 may 1916-ci ildə Tağıyev teatrının (milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrının yerləşdiyi bina 1992-ci ildə sökülüb, yerində isə sonralar Azərbaycan Dövlət Musiqi Teatrının indiki binası tikilib) səhnəsində tamaşaya qoyulmuşdur.

Hərbi həkim-partizan, Şuşada anadan olan: Aliyə Rüstəmbəyova

İkinci dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Onun atası, Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş texniki direktor, rəis müavini və idarə heyətinin üzvü vəzifələrini tutmuşdur. Onun anası azərbaycanlı həkim, əslən şuşalı olan Kərim bəy Mehmandarovun qızı idi. O, 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasına qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş “Difai” (azərb. dilindən tərcümədə müdafiə) gizli antiterror təşkilatının Qarabağda ilk rəhbərlərindən biri idi.

Şeyx Babı Yaqub türbəsi

Şeyx Babı Yaqub türbəsi Araz çayının yaxınlığında, Füzuli rayonunun Babı kəndinin qəbiristanlığında yerləşir.